“Facebook”dakı bu göstərici seçkidən sonra hansı nəticənin olacağını göstərir

Sosial şəbəkələrdə də Prezident İlham Əliyevə dəstək olanların sayı durmadan artır.

Facebook sosial şəbəkəsində Prezident İlham Əliyevə həsr olunan İlham Aliyev adlı səhifənin üzvlərinin sayı artıq 200 min nəfəri ötdü.

Bu səhifədə Prezidentin rəsmi səfərləri, görüşləri, çıxışları və digər fəaliyyətləri barədə operativ məlumatlar yerləşdirilir.

Məsələylə bağlı AZXEBER.COM portalına açıqlama verən İT mütəxəssisi Cahid İsmayıloğlu sözügedən səhifənin üzvlərinin artmasını prezidentin mövcud sosial bazasının yüksələn xətt üzrə inkişaf etdiyinin göstəricisi olduğunu söyləyib:

“Azərbaycan vətəndaşlarının 55 faizdən çoxu internet istifadəçəsidir. Bu günü-gündən də artmaqdadır. Eyni zamanda Azərbaycan üzrə 1 milyondan artıq “facebook” istifadəçəsi var. Bütün bu rəqəmlər onu sübut edir ki, artıq internet, sosial şəbəkələr ciddi bir sosial baza rolunda çıxış edir. Ölkə başçısının “facebook” səhifəsinin bu qədər kütləni özünə cəlb etməsi onu sübut edir ki, prezidentin mövcud sosial bazası böyükdür və yüksələn xətt üzrə inkişaf edir. Aydın izahını versək, bu prezident İlham Əliyevi dəstəkləyən vətəndaşların günü-gündən artmasının əyani sübutudur. Ümumiyyətlə prezident İlham Əliyevi dəstəkləyən vətəndaşların statistik rəqəmlərdə əksi hər prezident seçkilərindən sonra təsdiqini tapır. Deyərdim ki, sosial şəbəkələrdəki bu göstərici artıq seçkidən sonra hansı nəticənin olacağını göstərir. Qeyd edim ki, sosial şəbəkələrdə aktiv olan istifadəçilərin 99 faizi yaşı 18-dən yuxarı, seçkilərdə iştirak etmək hüququ olan vətəndaşlardır”.

“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev isə prezidentin sosial şəbəkələrdə aktiv olmasını onun vətandaşlara olan diqqətinin böyüklüyündən irəli gəldiyini bildirib:

“Prezident İlham Əliyevin səhifəsinin istifadəçilərinin sayı 200 000 nəfəri keçdi. Bu səhifə ölkədə ən çox izlənilən Facebook səhifələrindəndir. Qafqazda ən böyük səhvələrdən biri olan prezidentin səhifəsində operativlik mövcuddur. Burada məlumatların infoqrafika formasında təqdim olunması, səhifələrdə müxtəlif müsabiqələrin keçirilməsi, dövlət qurumları təmsilçilərinin səhifə istifadəçilərinin suallarını cavablandırması və s. kimi işlər həyata keçirilir. Vətandaşların da böyük maraqla izlədiyi bu səhifədə, həmçinin, onları maraqlandıran, onların problemləri ilə əlaqəli bütün suallara cavab verilir.

Apardığımız araşdırmalardan əldə etdiyimiz nəticələrdə göstərilir ki, Azərbaycan Prezidenti sosial şəbəkələrdə daha fəal təmsil olunur. Bura nəinki facebook səhifəsi, həmçinin Twitter hesabı, YouTube kanalı və Instagram səhifəsi də aiddir. Bu bir daha sübut edir ki, cənab prezident vətandaşlara qarşı daim diqqətli olub və onların problemləri ilə yaxından maraqlanır. Bütün sosial şəbəkə hesabları yüksək peşəkarlıqla idarə olunur. Burada şəxsən mənim ən çox bəyəndiyim məqam operativlik və yenilikçilikdir. Məlumatların infoqrafika formasında təqdim olunması, səhifələrdə müxtəlif müsabiqələrin keçirilməsi, dövlət qurumları təmsilçilərinin səhifə istifadəçilərinin suallarını cavablandırmasıdır”

Qeyd edək ki, səhifəyə üzv olanların sayı hər gün durmadan artır.

Fatimə İbrahimova
azxeber.com

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

0
Would love your thoughts, please comment.x
()
x