Bakı, 2 avqust (AzərTAc). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlunun elmi-publisistik, ədəbi-bədii, ictimai fəaliyyəti kitab şəklində nəşr edilmişdir.AMEA-dan AzərTAc-a bildirmişlər ki, “Elm” nəşriyyatında çapdan çıxmış nəşrdə müəllifin tədqiqatları, elmi-publisistik məqalələri, rəyləri, müsahibələri, bloq yazıları, şeir və hekayələri toplanmışdır. Yazılar 2000-ci ildən bugünədək olan dövrü əhatə edir.
Nəşrdə toplanılmış yazılarda dil tarixi, etnik tariximiz və dilimiz, gənclərin elmə marağının artırılması, dil problemləri, ədəbiyyatda Qarabağ problemi, ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının elmin bütün sahələrinə tətbiqi və digər mövzular öz əksini tapmışdır.
Kitabın elmi redaktorları professor Qəzənfər Kazımov, filologiya üzrə fəlsəfə doktoru Qudrət Cəfərov, rəyçiləri professorlar Sevil Mehdiyeva və İsmayıl Məmmədlidir.
Yeni nəşr müəllifin ikinci irihəcmli kitabıdır.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdırYoung scholar’s performance published in a book form
Scientific worker of ANAS Institute of Linguistics named after Nasimi PhD in philology Jahid Ismayiloglu has published book covering his scientific-publicist, literary-artistic and social performance.
Book publishing in the “Science” publishing-house embraces author’s researches, scientific-publicist papers, interviews, blog texts, poems and stories. Writings cover the period since 2000 up to day. Publication also involves papers on language history, ethnic history, recruit the youth to science, language problems, the problem of Karabakh, role of modern technology, application of ICT in all scientific spheres in the country etc.
Scientific editors: prof. Gazanfar Kazimov, PhD in philology Gudret Jafarov, reviewers: professors Sevil Mehdiyeva and Ismayil Mammadli.
Note that, edition is the second large-sclaed book of author.
©All rights are reserved. Citing to www.science.gov.az is necessary upon using news.