20 Yanvar 1990-cı il Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Tarixi arayış:
Bu faciə ermənilərin təşkili və təşəbbüsü ilə Moskvanın azərbaycanlılara qarşı soyqırımı idi. Respublikanın paytaxtı Bakı şəhərinə hücum edən sovet ordusunun tərkibində kifayət qədərqabaqcadan hazırlıq məşqləri keçmiş ermənilər var idi. Bu sovet əsgəri adını daşıyan ermənilər Rostov vilayətindən, Krasnodar vəStavropol ölkələrindən səfərbər edilmişdir. Bu fakt Sovet imperiyasının Azərbaycan Xalqına qarşı məkrini, paxırını aşkar etdi. Belə ki, çoxmillətli olan dövlətin başçıları münaqişədə olan xalqları bir-birinə qoymamalı idi. Beləliklə 1990-cı ilin yanvar ayını 19-dan 20-nə keçən gecə tarixdə misli görünməmiş faciənin nəticəsi belə oldu: 170 nəfər öldürüldü, 400 nəfərdən çox insan yaralandı, 30 nəfər itkin düşdü. Ölüm halları sonrakı vaxtlarda da davam etdi.
20 yanvara hazırlıq 1988-ci ildən başlanıb. Aydınlaşır ki, bu barədə M.Qorbaçov Müdafiə Naziri Dmitri Yazova verdiyi xüsusi göstərişə əsasən: “Armavirdə Livan ermənilərindən təşkil olunmuş “İz a-Din el-Kassam”terorrçu qrupun xristian qanadının liderlərindən olan Yusef Motarrekin başçılıq etdiyi 41 nəfərlik heyətə sovet hərbi geyimi paylanırdı. Bu dəstə Müdafiə Nazirliyinin sənədlərində “Voennaya deleqati” kodu ilə hallandırılırdı. 1990-cı ilin yanvar ayının 14-də Armavirdəki 016 nömrəli hərbi hissədən, polkovnik Arkadi Fedoseyevin imzası ilə Şimali Qafqaz Hərbi Dairəsinə göndərilən məktubda isə qeyd olunurdu ki, “Hərbi nümayəndələr” əmrə tabedilər. Heç bir “ÇP” yoxdur. Digər tərəfdən həmin ərəfədə Taqanroqdan, Donetskdən, Krasnodardan, Razdandan, Moskva ətrafından…Azərbaycan istiqamətinə hərbi hissələr yaraqlanırdı.
SSRİ Mərkəzi Komitəsinin Baş Katibi M.S.Qorbaçovun 1988-ci ilin mart ayının 19-da Təhlükəsizlik Şurasında irəli sürdüyü təklifə əsasən, regionlarda, yəni respublikalarda rus millətinin şərəf və ləyaqətini qorumaq üçün “Narodnaya volya” təşkilatının özəkləri yaradılması qərarlaşdırıldı. Əlbəttə, burada söhbət hərbi hissələrdən gedirdi. Nəticədə 1988-ci ilin iyul ayının 24–də MN-i bu təşkilatın özəklərini hərbi hissələrdəki fəaliyyətləri üçün əmr verir. Avqust ayının 13-də Təhlükəsizlik Şurasında bu məsələyə yenidən qayıdılır.
Artıq 1989-cu ilin dekabr ayının 24-nə olan məlumata görə MN.BQ-in (Müdafiyə Nazirliyi Baş Qərargahı) 1990-cı il yanvarın10-da Marşal D.Yazova hazırladığı hesabatdan çıxarış. Bax: MN-arxiv-4, qovluq 26, səh.22), regionlarda rus millətinin şərəf və ləyaqətini qorumaq üçün yaradılan “nizamlayıcı” (sənədlərdə belə adlanır) “Narodnaya volya”nın özəklərindən biri Həştərxanda, Volodarski yaşayış ərazisində yaradıldı. 1985-ci ildən 1988-ci ilədək MNDQ-də xidmət etmiş birinci dərəcəli kapitan Lyudvik Fyodroviç Paxomov özəyin rəhbəri təyin edildi. Kapitan L.F.Paxomova da Azərbaycan istiqamətində nəzərdə tutulan “dinc təlimdə” iştirak edəcəyi barədə xəbərdarlıq edildi. Məlumata görə, bu dəstənin də tərkibində artıq 70 nəfər qeydə alınmışdı. Onların əksəriyyəti də 80-ci illərdə Azərbaycanda hərbi xidmətdə olmuş və sonradan təxris edilmiş zabitlər idi. Voladarski ərazisində onlar üçün kiçik bir təlim düşərgəsi də tikilmişdi. Onlar burada əsasən silahdan istifadə qaydalarını yada salır, yeni silah və güllələrlə tanış olurdular. Polkovnik Nikifirov isə “Narodnaya volya” çılara psixoloji problemləri aşılayır, taktiki döyüş qaydalarından bəhs edirdi. Bakıda isən hadisələr məhvərindən çıxırdı.
Nəticədə 1990-cı ilin yanvar ayının 12-i saat 16:10 radələrində Bakı Ümumqoşun məktəbininzabitləri adından polkovnik D.Savelyev və siyasi şöbənin rəisi polkovnik O.Rusakov Moskvaya –Təhlükəsizlik Şurasına (M.Qorbaçova və D.Yazova) aşağıdakı məzmunda teleqram vururlar: “…Obstanovka v Bakukontroliruetsya Narodnom Frontom Azerbaydjana. Dlya razreşeniye nakopivşixsə problem yeşo ne polnostyu ispolzovanı politiçeskie metodı. Mı uverenı, mojno ne dopustit v Baku vtoroy Rumıni…”
Yanvar ayının 16-da isə marşal D.Yazov Azərbaycan rəhbərliyinə cavab teleqramında yazırdı:
“…Xoçu zaverit çto deystvi armii napravlenı na to, çto bı…razruşit orqanizaçionnıye strukturu rvuxşa k vlasti deateley Narodnoqo Fronta…”
Həmin gün, yəni 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıdan Moskvaya 357 zəng olunmuşdu. Kimin nə danışdığını, kimin kimə zəng etməsini tam bilməsək də, bu barədə də kifayət qədər material var…
Həmin an, yəni yanvar ayının 19-u, saat 19.00-da isə DQ kommunistlərinin başçısı B.Gevorkov Bakıdakı mənzilindən Moskva ilə danışırdı. Yanında da Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat rəhbərlərindən olan polkovnik Ağayan və polkovnik Septa.
Polkovnik Ağayan 1993-cü il sentyabr ayının 9-da Moskvada erməni diasporunu rəhbərləri ilə görüşündə 1990-cı ilin yanvar gecəsini xatırlayarkən qeyd edib: “Biz həmin vaxt Gevorkovun Bakıdakı mənzilində idik. Onda o, telefonla “Şərqi Büro” ilə danışırdı…”
Azərbaycan xalqına qarşı törədilən bu soyqırımın əsas məqsədlərindən biri Milli Azadlıq hərəkatını qabaqlamaq idi. Belə ki, kommunist rejimiartıq özünü doğrultmurdu, imperiyanın dağılması təhlükəsi yaranmışdı. Bu təhlükəni aradn qaldırmaq üçün Sovet hökuməti daxildə müəyyən qayda-qanun yaratmaq, o cümlədən xalqları bir-birinə qarşı qoymaq, yaranmış vəziyyətdən istifadə edib xalqların milli qürurunu, milli azadlı ideyasını aradan qaldırmaq təşəbbüsündə bulunurdu.
M.Qorbaçov bu təşəbbüsə üç əlverişli vasitə- “aşkarlıq”, “yenidən qurma” və “demokratiya” ilə başladı.milli məsələdə o, daha “irəli” gedib qeyd etdi ki, keçmiş Sovet rəhbərləri milli məsələni düzgün həll etməmişlər. Ancaq o, öz konsepsiyasını açıq bildirmədi, praktiki olaraq siyasi oyunlar apardı. Bu oyunlardan biri İttifaq daxilində torpaq bölgüsündən başladı. O, gizli surətdə ermənilərlə danışıqlar aparıb, Dağlıq Qarabağın Ermənistana verilməsinə razılıq verdi. Bu işi həyata keçirmək məqsədi ilə müəyyən ardıcıl planların həyata keçirilməsi üçün Moskva müəyyən işlərin icrasına keçdi. Bu işlərdən biri də H.Əliyevi Moskva rəhbərliyindən uzaqlaşdırmaq idi.
H.Əliyev Moskva rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilər məxfi planlarını aşkar etdilər: Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini Moskvadan tələb etdilər. Moskva müxtəlif siyasi oyunlarda ermənilərə kömək etmək, azərbaycanlıları günahlandırmaq siyasəti apardı.
Sumqayıtda və Bakıda “erməni poqromu” deyilən aksiyalar təçkil etdilər. Moskvanın və ermənilərin məqsədi aşağıdakılardan ibarət idi: dünya ictimaiyyətinə çatdırsınlar ki, müsəlmanlar erməniləri yola vermirlər; azərbaycanlılar xristian- müsəlman qarşıdurması yaradıblar; ermənilər soyqırıma məruz qalıblar və s.
Azərbaycan xalqı vəziyyətdən çıxmaq üçün milli azadlıq şüarını irəli sürdü. Moskva bundan narahat idi. Artıq ciddi bir tədbir həyata keçirmək labüddür. Bu tədbirlərdən biri də ssenari üzrə Bakıda “erməni poqromu” təşkil etmək oldu. 13 yanvar 1993-cü ildə Bakıda keçirilən “erməni poqromunun” təşkilatçıları Azərbaycanın o zamankı rəhbərlərinin iştirakı ilə E.Primakov və digər Moskvadan gəlmiş emissarlar olmuşdurlar. Bu emissarlar hələ yanvarın 5-dən Bakıda idilər. Bakıya qoşun yeridilməsi planı hazırlandı. Çünki Respublikanın o zamankı rəhbərləri Moskvaya məlumat vermişdilər ki, Azərbaycanda Sovet qruluşu təhlükədədir. Mitinqlərin və yürüşlərin ardı-arası kəsilmirdi.
Faciənin ertəsi günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməklə xalqa həmrəyliyini bildirən fərdi pensiyaçı Heydər Əliyev Bəyanatında bu suala cavab verdi: “Belə qərarı qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır”. SSRİ Konstitusiyasında yazılmış “hər bir müttəfiq respublikanın suverenliyi toxunulmazdır” prinsipini pozan ölkənin ali siyasi rəhbərlərini günahkar sayan Heydər Əliyev bu sözlərinə görə, təzyiqlərə məruz qaldı.
Fəaliyyətini əsasını xalqa xidmətdə görən bir siyasi xadim kimi o, hadisələrə siyasi qiymət verilməsinin tələbinin təşəbbüskarı oldu.
Onun qətiyyətlə dediyi “təqsirkarlar həmin hadisələr başlanan dövrdə Azərbaycanda fəaliyyət göstərən rəhbərlik, onların məsuliyyətsizliyi və xalqa can yandırmamasıdır” sözlərində həqiqət vardır. Hələ Naxçıvanda işləyərkən tale yüklü məsələlərin həllində düzgün siyasət yeridən dövlət başçımız sonrakı fəaliyyətində haqlı olduğunu bir daha sübut etdi.
Moskvadakı havadarlarına yarınmaq istəyən vəzirovlar, mütəllibovlar xalqın qəzəbindən qorxaraq ölənlərin sayını azaldır, qana-qan deyən adamları aldadaraq sakitləşdirməyə çalışırdılar. Ancaq günahsız insanların naləsi üzərində qurulan hakimiyyətin aqibəti puç oldu.
Dövlətçiliyimizə edilən qəsdin 20 Yanvar faciəsinin əsl mahiyyəti məhz H.Əliyevin düzgün siyasəti nəticəsində xalqa çatdırıldı.
Cahid.info