Yeni media – internet mediası – reket saytlar…

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərlə Azərbaycan dilində işıq üzü görən ilk milli qəzetin  –  “Əkinçi” qəzetinin nəşr edilməsinə nail olmuşdu. Bu zaman milli mətbuatımızın əsası qoyuldu. Bundan sonra mətbuatımız böyük bir yol keçdi, güclü sınaqlardan üzü ağ çıxmağı bacardı. Hazırda dünyada baş verən proseslər, demokratik cəmiyyətə ani keçid, qloballaşma, informasiya bolluğu, yeni texnologiyaların inkişafı mətbuatımıza həm yaxşı, həmdə pis təsirini göstərir. Çoxlu boşluqların mövcudluğu təəsüf ki, mətbuatımızı bu təsirlərin mənfiliklərindən qoruya bilmir, hörmətdən salır, bir sözlə mətbuatımıza ağır zərbələr vurur.

Yeni media – internet mediası

Son illərdə ölkəmizdə yeni media – internet mediası yaranmaqda və sürətlə formalaşmaqdadır. Bu cür medianın “yeni” adlandırılması onların yeni texnoloji üsullarla – internet, sosial şəbəkələr, mobil rabitə yolu ilə fəaliyyətindən qaynaqlanır.

Artıq bir çox metbu orqanlar diqqəti çap üsulundan ayırıb, bu cür üsullarla fəaliyyətə kökləməkdədir. Ciddi informasiya agentlikləri bu yolla həm operativliyini gücləndirir, maliyyəyə qənaət edir, dünyaya çıxır, agentlik kimi qısa zamanda özünü təsdiq edir. Məsələn, APA İnformasıya Agentliyi ilk gündən internet vasitəsi ilə fəaliyyətə başladı, bazarı qısa zamanda ələ keçirdi və hal-hazırda hegemonluğunu sürdürməkdədir. APA özünü təsdiq etməklə yanaşı ciddi informasiya resurslarını (lent.az, kulis.az və s.) da bazara yerləşdirə bildi. Əlbəttə ki, yeni texnoloji üsulların – internetin olmadığı bir şəraitdə bu qeyri mümkün olardı.

Ənənəvi çap nəşrlərinin onsuzda az olan tirajları getdikcə azalmaqdadır. Görünür birgün gələcək, bu cür nəşrlər tarix olacaq.

Xəbər saytları 

Özləri özlərini media qurumu olaraq cəmiyyətə sırımağa çalığan, yeni texnoloji üsullarla – internet vasitəsi ilə informasiya yayan, xəbər saytları (başqa ifadə tapmadığıma görə, forma və texniki təyinatına görə xəbər saytı olduğundan belə adlandırıram) da bu şəraitdə meydana gəlməkdə və göbələk kimi artmaqdadır. Bugün ölkəmizdə xəbər saytların sayı hesabı bəlli deyil. Bu cür saytların yaranmasına, artmasına səbəb olan yetərincə amillər mövcuddur:

–          Dövlət tərəfindən qeydiyyata alınmır, qanun qarşısında heçbir məsuliyyət daşımır;

–          Hər hansı bir KİV-in xəbər yayma potensialına malik olduğu halda KİV sayılmır;

–          Yerli (.az) və qlobal domain (.com, .net, .org) adlarının asant qeydiyyatı və bu ad altında fəaliyyət;

–          Ucuz, kustar yollarla, pulsuz sistemlərin köməyi ilə hazırlanan qeyri-peşəkar vebsaytlar;

–          Heç bir jurnalistika fəaliyyəti, təhsili olmayan işsiz-gücsüz, sadəcə klavyaturada yazmağı bacaran insanların çoxluğu və bu sferaya toplaşması;

–          Bəzi məmurların bunlardan qorxub-çəkinərək, ayda bir neçə dəfə onlara maliyyə yardımı etməsi, əlbəttə bu maliyyədən təmin olunan ofis, texniki avadanlıqlar və s.

Reket saytlar

Əlbəttə ki, bu üsullarla fəaliyyət göstərən, xəbər yayan, hər hansı bir resursun açıq aşkar fəaliyyətini reketlik olaraq adlandırsaq səhv etmərik. Özləri buna nə ad qoyurlar onu deyə bilmərəm.

Bunu deməyimə yetərincə faklarımda var, necə deyərlər hər şey göz qabağındadır. Bu saytlarda hər gün yerləşdirilən xəbərlərə baxmaq kifayətdir, birazda məntiqlə düşünmək. Bu cür xəbərlərin hansı məqsədlər üçün yazılmasını və yayılmasını düşünsək dediyimlə heçdə razılaşmamaq mümkün deyil. Buyurun bu saytları ziyarət edin özünüz nəticə çıxardın.

Reket saytlar:

www.mia.az

www.dia.az

www.pia.az

www.pat.az

www.gundem.az

www.gunxeber.com

www.gundeminfo.az

www.presspost.az

Siyahını artırmaq olar….

Qanun nə deyir?

«Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununa görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cəzaçəkmə müəssisələrində cəza çəkən, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər, habelə, dövlət qeydiyyatından keçməyən, yaxud fəaliyyəti qanunla qadağan olunan ictimai birliklər, siyasi partiyalar mətbu nəşr təsis edə bilməzlər.

Bundan başqa «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən mətbu nəşrin redaktoru (baş redaktoru) ali təhsilli və Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

Bütün bu qanun və qaydalar mətbu nəşrlərə şamil edilir və qanunla tənzimlənir. Halbuki bügünümüzdə belə nəşrlərin tirajına baxsaq, açıq desəm heç nəzarətə də lüzum olmayacaq dərəcədədir.  Başqa bir tərəfdə gündəlik oxunma sayı minlərlə, onminlərə ölçüləcək xəbər saytları hal-hazırda nəzarətdən tam kənardadır, başdı-başınadır. Kim nə istəyir yazır, qeyri peşəkar juralistlər öz hünərlərin nümayiş etdirir, reketlik, təhqirlər, şantajlar baş alıb getməkdədir.

Bu cür xəbər saytları öz istək arzularına görə xəbər siyasətin müəyyən edir. Aralarında həmrəylik nümayiş etdirərək bu əməllərin daha da effektiv hala getirirlər. Lazım olan informasiyanı bir-birlərinə ötürərək, başqa rənglər qataraq istəklərini həyata keçirirlər.

Xəbər saytları sosial şəbəkələrdən maksimum istifadə edir. Yüz minlik auditoriyası olan facebook səhifələrində paylaşılaraq, qısa bir vaxt ərzində geniş kütlələrə yayılır.

Bir çox hallarda bəzi ciddi mətbu orqanları belə saytları xəbərin mənbəyi olaraq göstərərək onların yaydığı dezinformasiyalara şərik çıxırlar.

Cahid İsmayıloğlu
Cahid.info

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

12 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

12
0
Would love your thoughts, please comment.x
()
x