Yatmış div… Sosial şəbəkələr… Facebook…

(Araşdırma)

Ən son statistikaya görə Azərbaycanda 899,320 facebook istifadəçisi var. Çox keçməz bu rəqəm 1 milyon istifadəçini keçər. Çünki keçən zaman içində istifadəçilərin artım sürətinə baxsaq bunu proqnozlaşdırmaq elədə çətin deyil.

Sosial şəbəkələr geniş kütlənin diqqətindən kənarda olsada, bu artıq insan həyatının mühüm bir hissəsinə çevrilmişdir. Bu sadə insanlarla kifayətlənmir. Sosial şəbəkələr nəhəng şirkətlərin, müxalifətli, iqtidarlı siyasi partiyaların, tanınmış şəxslərin, liderlərin, liderlik iddiasında olanların, hətta yüksək çinli dövlət məmurlarının da diqqətindən kənarda qalmır. Ya prestij xatirinə, ya da həqiqətəndə vəziyyətin fərqinə varmışcasına böyüklü, kiçikli hər kəs bu aləmin içində özünə yer etməyə çalışır.

Sosial şəbəkələrin bir çox gizli məqamları ciddi şəkildə siyasi oyunların aləti olduğunu ortaya qoyur. Azərbaycan regionu üzrə aparıcı müxalifət partiyaları, bir sıra gənclər hərəkatları, gənc fəallar, siyasi mühacirətdə yaşayanlar sosial şəbəkələrdən maksimum həddə istifadə etməyə çalışırlar. Ümumiyyətlə siyasi fəaliyyətdə müxalifətin gənclər qanadı sosial şəbəkələrdə ən aktiv təbəqədir. Sosial bazası məhdud olan siyasi qurumlar isə, bir çox hallarda sosial şəbəkələr vasitəsi ilə, süni şəkildə sosial bazaların şişirdirlər və böyük göstərməyə çalışırlar. Bu zaman texniki kələklərdən, facebookun boşluqlarından məharətlə istifadə olunur. Ancaq facebook bütün bunların fərqindədir, təkminləşdirdiyi texniki imkanlar vasitəsi ilə bu hallar artıq mümkünsüz vəziyyətə gəlməkdədir. Məsələn, oğurlanmış profillərin birləşdirilməsi, başqa adla qeydiyyata alınmış profilin sonradan adının dəyişdirilib tamam başqa profilə çevrilməsi, “layk” dilənçiliyi, aldadıcı, məcburedici, hisslərin istismar edilməsi ilə insanların səhifələrə cəlb edilməsi və s. kimi metodlar get-gedə facebook tərəfindən əngəllənməkdədir.

Maraqlıdır ki, Azərbaycanda hakim partiya demək olar sosial şəbəkələrdə mövcud deyil. İnternetdə yalnız rəsmi veb sayt ilə təmsil olunurlar. Diqqət etmək lazımdır ki, adi facebookda aparılan iş, resmi internet saytında aparılan işdən qat-qat effektli işdir. Hətta internet saytına sosial şəbəkələr vasitəsilə çox böyük kütlə cəlb etmək də mümkündür.

Saxta profillər…

Təəssüf ki, facebookda 899,320 istifadəçinin neçəsin saxta olduğunu aşkar edən bir texnoloji üsul yoxdur. Saxta profilləri biraz diqqət və profilin dərindən araşdırılması ilə aşkar etmək mümkündür. Naməlum profil fotosu, “layk” etməyinizi xahiş edən mesajlar, davamlı paylaşımların olmaması, tələsik, reklam xarakterli, cəlbedici paylaşımlar saxta profilin əlamətləridir. Başqa ölkələrdən deyə bilmərəm, amma Azərbaycandan olan istifadəçilər arasında böyük bir hissənin saxta profil olduğunu günam edirəm, müşahidələrim də bunu təsdiqləyir. Saxta profillərin nə məqsədlər üçün açıldığını və istifadə edildiyini araşdırsaq maraqlı gerçəkliklərin şahidi olarıq. Elə insan var ki, 10-dan çox profil idarə edir. Bu məqsədli şəkildə həyata keçirilən işdir və mən bu məqsədlərin pərdə arxasını sizlərin diqqətinə çatdıra bilərəm.

Tamamilə şəxsi keyfiyyətlərdən doğan istək olaraq, bəzi şəxslər saxta profil açmaqla bu şəbəkələrdə gizli fəaliyyətdə olamağı seçirlər. Belə insanlar real həyatda da özlərini, fikir və hisslərini gizlətməyi sevən, görünməz, hərzaman arxa planda olan insanlardır. Belə olan halda bu şəxslər öz düşüncələrini – sevgi, kin, nifrət, tənqid, təhqir və s. fəaliyyətləri rahat şəkildə şəbəkələrdə ifadə etməklə, mənəvi rahatlığa qovuşurlar. Bu cür saxta profillər adətən şərti ad və soyad ilə adlandırılır. Məsələn: Samir Məmmədov, Sevda Əliyeva, Nata Aliyeva, Nailiya Aliyeva və s.

Müəyyən insanlar sosial şəbəkələrdə baş verənləri müşahidə etmək məqsədi ilə də saxta profillərdən istifadə edirlər. Bu cür saxta profillər adətən ləqəblə adlandırılıq. Məsələn: Koroğlu, Çağdaş Türk, Qara Qalxan, Sarı Lider, De Corte, Molla Nesreddin və s. Məndə olan informasiyaya görə AXCP sədri Əli Kərimli facebookda baş verənləri bu cür profillərdən biri ilə müşahidə edir. Bundan fərqli olaraq Müsavat başqanı İsa Qəmbər facebookda öz adı ilə iştirak edir. Çoxları günam edirlər ki, yüksək vəzifəli şəxslər, elə ölkə başçısının özü sosial şəbəkələri izləyir, əlbəttə ki, şərti profillər ilə.

Reklam məqsədi ilə yaradılan saxta profillər. Bu profilləri şirkətlər və ya şəxslər ticari məqsədlər üçün istifadə edirlər. Profilə ilk öncə cəlbedici bir ad seçilir, cəlbdici foto şəkillərlə bəzədilir və cəlbedici informasilar paylaşılır.

Virtual aksiyalar…

“Layk” yığmaqla məşğul olan saxta profillər. Bu profillər hətta 100 minlərlə insanın bir qrupda toplanmağına nail olurlar. Bu prosesin altından ya idarə olunan məqsədli, strateji iş, ya da adi pərakəndə maraqlar yatır. Siyasi məqamlarda bu açıq şəkildə aydın olur. Lətifədən, əyləncədən, hansısa bir qəhrəmanın təbliğindən bəhs edən bir səhifənin bir anda siyasi propaqanda ilə məşğul olduğunu görəndə hansı maraqlardan söhbət gedir aydın olur. Deyərdimki, bu, effektiv etiraz aksiyalarının keçirilməsinə qədər gəlib çıxır. Bakı Şəhər İcra Hakimiyyəti real həyatda mitinqlərin, piketlərin keçirilməsinə icazə verməsədə, virtual aləmdə bu mitinq və piketlərdən hər an keçirilir, çoxu də məqsədinə nail olur. Məsələn, bu yaxınlarda 28 may metrosu yaxınlığındakı 86 illik tarixi binanın KFC restoranına çevrilməsi bu tip şəbəkələrdə böyük kampaniyalarla etiraza məruz qaldı. Çox qısa bir müddətə həmən binaya yapışdırılmış KFC reklam logolarının üzəri ağ örtüklə qapadıldı. Bu yaxında Bakının mərkəzinin yağışdan sonra su basması bu cür şəbəkələrdə ciddi, ironik tənqidə məruz qaldı. Milli Məclisin bir deputatının mandatından imtina etməsinə səbəb olan video, deyərdimki, bu şəbəkələrin köməyi ilə sürətlə yayıldı. Həps olunan, zorakılığa məruz qalan hər bir siyasətçi və ya siyasətçinin yaxın adamları haqqında sosial şəbəkələrdə ciddi etiraz aksiyaları aramsız davam etdirilir. Məsələn, hal hazırda sosial şəbəkələrdə, hər addımda, ağır yol hərəkəti qəzasında günahlandırılan Nigar Yaqublunun azad olunmasını tələb edən, “Nigar Yaqubluya azadlıq” şüarları ilə raslaşmaq mümkündür. Yaxın keçmişdə, qondarma olmağına baxmayaraq “Böyük Xalq Günü 11 Mart Aksiyası” sosial şəbəkələr vasitəsi ilə böyük səs küyə səbəb olmuşdu. Xaricdən, siyasi mühacir adlandırılan bir neçə gəncin yalnız sosial şəbəkələrlə idarə etdiyi, quramaladığı bu aksiya həqiqətəndə səs küy yaratmışdı, hətta Azərbaycanda asayiş keşikçilərini də hərəkətə gətirmişdi. Sosial bazası həddən artıq məhdud olan bu gənc aktivislər göründüyü kimi sosial şəbəkələrin köməyi ilə istəklərinə nail olurlar – səs küy yaradırlar, adları bir çox yerlərdə, hətta televiziya ekranlarında hallanır, virtual qəhrəmana çevrilirlər. Hətta “Youtube” video paylaşım şəbəkəsi ilə xalqa müraciət edəni də oldu. Təsirli video çarxları, onlayn bukletləri, müraciət mətnləri sosial şəbəkələri bürümüşdü. Əlbəttə ki, bunlar hamısı bir görüntü idi, çünki konkret bir sosial bazaya söykənməyən, yalnız sosial şəbəkələr ilə məhdudlaşan bir fəaliyyət idi.

Yüzminlər bir arada….

Artıq ölkədə qara bazarda facebook səhifə biznesi də meydana gəlməkdədir. Minlərlə dollar qiymətinə satışa çıxarılan, ayda 3000-5000 manat gəliri olan səhifələr meydana gəlmişdir. Bu cür səhifələrdə ödənişli əsaslarla məlumat paylaşımı da həyata keçirilir. Bəziləri minlərlə dollar vəsait xərcləməklə insanları belə səhifələrə cəlb edirlər. Bir növ bines sahəsi də demək olar.

Məsələn facebookda “Azerbaijan-Azerbaycan” adlı bir səhifənin 202.202, “Azərbaycan” 155.296, “HamamTimes” 41.319, “Face in Azerbaijan” 73.443, “Qadın.Net” 68.688, “PARNI IZ BAKU-AZERBAIJAN” 11.593, “Mubariz Ibrahimov”50.114, “azxeber.com” 69.472, “Azərbaycan Respublikasına Xidmət Edirəm” 26.632, “Azerbaycan Universitetleri” 82.258, “Azerbaycan Respublikası” 190.529, “Can Azərbaycan” 11.195, “SANCAQ production” 5.791 üzvü var və günü gündən də artmaqdadır. Diqqət etmək lazımdır ki, bu səhifələr nəzarətsiz, kimə aid olduğu bilinməyən və böyük informasiya yaymaq səlahiyyətinə malik səhifələrdir. Bu səhifələrin yaydığı informasiyanın sürətinə və effektivliyinə Azərbaycanın aparıcı informasiya agentlikləri, sözün açığı, çata bilməz. Eyni zamanda xəbər saytları bu cür səhifələr ilə abunəçilərinin sayını maksimum həddə qaldıra bilirlər. Çox zaman bu xəbər çatdırma rəqabətini qızışdırır, dezinformasiyaların, milli-mənəvi dəyərlərimizə zidd informasiyaların sürətlə yayılmasına gətirib çıxarır. Bu vasitə ilə facebook böyük virtual zibilliyə də çevrilir. Real dünya necə ki ekoloji fəlakətlər ilə üz-üzədirsə, virtual aləmdə həmən təhlükə ilə üzləşib.

Ən aktiv profillər, facebook ulduzları…

Bütün bu söhbət açdığımız məsələlər bütün dünyada mövcud məsələlərdir. Sosial şəbəkələr Azərbaycanda daxil olmaqla dünyanı cənginə almışdır və almaqdadır. Sosial şəbəkələr dünyada baş verən mühüm siyasi proseslərin, ixtişaşların, inqilabların səbəbkarı kimi də bilinir. Bir çox reytinqlər, populyarlıqlar, hitlər bu şəbəkələr yolu ilə müəyyən edilir. Elə bu günlərdə şəhərimizin qonağı olmuş 3 dünya ulduzunun sosial şəbəkələrdə milyonlarla izləyicisi, fanları mövcuddur – Rihanna 61.805.860, Şakira 55.177.562, Cennifer Lopez 16.057.784! Azərbaycanda ulduzların belə rəqəmlərin heç açıqlamasam yaxşıdır. Lakin siyasilərin rəqəmlərin diqqətə almaqda yarar var: Prezident İlham Əliyevin – 34 370 twitter izləyicisi var, AXCP sədri Əli Kərimlinin – 9.677 facebook izləyicisi var. Müsavat başqanı İsa Qəmbərin 5.716 facebook üzvü və 3.357 abunəçisi var.  Deputat Asim Mollazadənin 4.461 facebook izləyicisi var hal-hazırda. Siyahını artırmaq da olar…

Dünyada Barak Obamanın – 30.861.901, Rəcəp Tayyip Erdoğanın 1.634.278 facebook izləyicisi var.

Ölkədə ən aktiv, ən çox izlənilən facebook profilləri isə, “Hebib Müntezir”, “Mehman Huseynov”, “Natiq Ədilov Adilov”, “Gular Ahmadova”, Ganire Pashayeva və başqalarıdır. Bunu yazılan statuslara, paylaşılan materiallara gələn bəyənmə və şərh sayına görə müəyyən etmək olar.

Cahid İsmayıloğlu
Cahid.info

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

1 Comment
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

1
0
Would love your thoughts, please comment.x
()
x