Cahid İsmayıloğlu: “Azərbaycanın yenidən kiberterrora məruz qalması qaçınılmazdır”

İnformasiya Texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu bildirdi ki, informasiya təhlükəsizliyi deyəndə, zərərli informasiyadan qorunmaq və informasiyaların qorunması prinsipləri əsas götürülür. İnformasiyanın qorunması və informasiyadan qorunmaq çox mühüm, deyərdim ki, həyati bir məsələdir. Son hadisələrdə bu iki halın hər ikisi də kiberterrora məruz qaldı.

Son hadisələr onu göstərdi ki, Azərbaycanın informasiya resursları ciddi şəkildə kiberterror təhlükəsi ilə üz-üzədir.

Müşahidələrim nəticəsində belə bir qənaətə gəlirəm ki, bu heçdə son deyil. Azərbaycan Eurovision kimi böyük bir tədbirə hazırlaşır. Bu ərəfədə Azərbaycanın kiberterrora məruz qalması qaçınılmazdır. Son hadisələr buna bir işarədir.

Ümumiyyətlə, virtual informasiya mühiti mövcud olduğu müddət ərzində informasiya müharibəsi daim mövcud olacaq. Müntəzəm olaraq Ermənistan, Rusiya, Çin, ABŞ və digər ölkələrin ərazilərindən Azərbaycana aid internet resurslarına haker hücumları qeydə alınmaqdadır. Hal-hazırda İran bu siyahıya liderlik etməyə başlayıb. İranın son zamanlar Azərbaycana qarşı hərtərəfli fəaliyyəti kiberterror sahəsindən də yan keçmir.


Cahid.info

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

34 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

34
0
Would love your thoughts, please comment.x
()
x