Facebook hesabınızın oğurlanmasından necə qorunmaq olar?


Facebook şəbəkəsi 2004-cü il fevralın 4-dən fəaliyyətə başlayıb və bugün dünyada 800 milyondan çox Facebook istifadəçisi var.

Sosial mediya statistikası portalı Socialbakers-in hesablamalarına əsasən, Azərbaycan Facebook istifadəçilərinin sayına görə 213 ölkə arasında 92-ci yerdədir. Ölkəmizdə son hesablamalara görə 506 780-ə yaxın Facebook istifadəçisi var. Günü-gündən istifadəçilərin sayı artmaqdadır. Yəni bu o deməkdir ki, əhalinin 6.10 faizi Facebookdan istifadə edir və bunların böyük hissəsini gənclər təşkil edir.

Bütün bunlar onu göstərir ki, Facebook artıq həyatımızın bir hissəsinə çevrilməkdədir. Facebook vasitəsi ilə insanlar yeni-yeni tanışlıqlar qurur, köhnə, unudulmuş, itirilmiş tanışları tapır, özünə və ya hərkəs üçün maraqlı olan informasiyaların mübadiləsini edir, hisslərini, düşüncələrini eyni anda minlərlə insanla bölüşür. Facebook vasitəsi ilə özəl şirkətlər, təşkilarlar, hətta dövlət qurumları vətəndaşlarla birbaşa işləmək imkanını reallaşdırır, öz məhsul və xidmətlərini bu yolla reklam edərək insanlara daha ucuz və çevik şəkildə çatdırır.

Facebook sosial şəbəkəsi eyni zamanda şəxsi bilgilərinizin toplandığı bir yerdir. Bu bilgilərin pis niyyətli insanların əlinə keçməkdən qorunması vacib məsələdir. Əgər belə hal baş verərsə ciddi fəsadlara yol açması qaçınılmazdır.

Məsələn, bir anlıq hesab edin ki, facebookda saxladığınız şəxsi foto şəkilləriniz pis niyyətli bir insanın əlinə keçib, və ya uzun zamandır topladığınız, dostluqlar qurduğunuz insanların üzərində hakimiyyəti başqa bir insan ələ keçirib. Ən pisi kiminsə, facebook hesabınızla, sizin adınızdan sizə uyğul olmayan, zidd informasiyaları yaymasıdır. Belə hallarla tez-tez rast gəlirik.

Bunlarla üzləşməmək üçün nələri etmək vacibdir?

–       Facebook hesabını özünüzün və ya başqasının kompüterində açdıqdan sonra mütləq Çıxış yolu ilə hesabınızda çıxın, bunu etmədən səhifəni birbaşa bağlamayın;

–       Mesaj yolu ilə sizə gələn hər linkə daxil olmayın. Bu yolla siz zərərli saytlara yönlənə bilərsiniz və bununla istifadə etdiyiniz kompüterə cəsus proqramları yüklənə bilər;

–       Facebook hesabınızın təhlükəsizliyi, hesab ilə əlaqələndirdiyiniz e-poçt ünvanınızın təhlükəsizliyindən asılıdır. Həmən e-poçt ünvanınızı ələ keçirən şəxs asanlıqla facebook hesabınızı da ələ keçirə bilər. Bunun üçün ilk növbədə e-poçt ünvanınızın təhlükəsizliyin gücləndirin.

–       Facebookda qeydiyyatdan keçdiyiniz e-poçt ünvanını gizli saxlayın, dostlarınızın bunu görməsini əngəllərin, əgər varsa ikici, alternativ e-poçt ünvanı əlavə edin;

–       Eyni şifrələrdən (parol) istifədə etməyin;

–       Müəyyən vaxtdan bir şifrənizi dəyişin;

–       Şifrə doğrulama imkanından istifadə edin və hər zaman dərhal yadınıza düşəcək bir sualı seçin. Çalışın o sualın cavabın yalnız siz biləsiniz. Məsələn, sual olaraq doğulduğunuz il yerinə doğru olan ili yazmayın bunu sizdən başqa bilənlərdə var;

–       Təyin etdiyiniz şifrənin mürəkkəbliyinə fikir verin, böyük, kiçik hərflərdən, rəqəmlərdə, işarələrdən istifədə edin. ə, ç, ş, ü, ğ kimi Azərbaycan əlifbasında olan hərflərdən istifadə edərsəniz şifrənin təhlükəsizliyini daha da qüvvətləndirərsiniz;

–       Tanımadığınız, şübhəli dostluq təkliflərini qəbul etməyin;

–       Şəxsi məlumatlarınızı hərkəsə açıq vəziyyətdə saxlamayın (Məsələn: harada yaşadığınızı, doğul tarixinizi, oxuduğunuz, işlədiyiniz yeri və s.);

–       Hesab tənzimləmələri (Account Settings) bölməsinə daxil olaraq, Təhlükəsizlik (Security Settings) bölümünün daxilində yerləşən Secure Browsing əməliyyatını aktiv hala gətirməyiniz məsləhətdir.

Bunlara əməl etdiyiniz təqdirdə facebookdan daha güvənli şəkildə istifadə edəcəksiniz.

 

Cahid İsmayıloğlu
Cahid.info

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

3 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

3
0
Would love your thoughts, please comment.x
()
x