İnternetdə bəzi insanlar saxta profil açaraq başqaları ilə sağlam olmayan ünsiyyət qururlar.
İnternet eyni zamanda ünsiyyət üçün də geniş məkandır. Psixoloji cəhətdən problemli adamlar burada daha azad şəkildə öz fəsadlıqların törədə bilər, çirkin əməllərini bu vasitə ilə daha rahat şəkildə təmin edə bilərlər.
Başqa bir tərəfdən internetdən insan alverçiləri, narkotik tacirləri, manyaklar da mütamadi olaraq yararlanırlar.
Bundan başqa əxlaqsız saytlara giriş bir çox ölkələrdə qadağan olunduğu halda ölkəmizdə bu saytlara daxil olmaq mümkündür. Rabitə Nazirliyi bunun fərqinə varmalıdır. Azərbaycanda internetə süzgəc qoyulmalıdır.