Misir piramidaları Türk abidələridirmi? / Video

Anadolu 7 min ildir ki, türk yurdudur!

Kazım Mirşan bəlgəseri:

1912-ci ildə iki avstraliyalı səyyah Çin ərazisində ən yüksək Misir piramidasından iki dəfə uca, yəni 300 metr hündürlüyündə ağ daşdan tikilmiş möhtəşəm piramidanın olduğunu bildirmişdi. İkinci Dünya müharibəsi illərində amerikalı təyyarəçi bu piramidanın şəklini çəkmişdir. Hartinq Hartrof adlı bir şəxs 1994-cü ildə “Ağ piramida” adlandırılan bu misilsiz abidənin iki yeni foto-şəklini internet səhifəsində yayınlamışdır. Bir böyük və bir neçə kiçik piramidanın yanında Budda monastrı vardır. Bu monastrdan alınan məlumata əsasən “Layf” jurnalı “Ağ piramida”nın 5-6 minillik tarixi olduğunu bildirmişdir. Piramidaların yerləşdiyi ərazi Çin tərəfindən qadağan bölgə elan edilmişdir. Tarixçilər eramızdan əvvəl 3-4 min il öncə bu ərazilərdə ancaq qüdrətli türk dövlətinin mövcud ola biləcəyi fikrində həmrəy olub, gizli saxlanılan bu piramidaların türk abidələri ola biləcəyini nəzərə çarpdırırlar. Bu fərziyyəni sübut edən digər bir elmi cəhət isə Misir piramidalarının divarlarındakı yazılardır. İndiyə qədər oxumaq mümkün olmayan bu yazılara, daha doğrusu, işarələrə Ərzurum yaxınlığında aparılan arxeoloji qazıntılar nəticəsində tapılan mağaraların divarlarında da rast gəlinmişdir. Van gölü ətrafında aparılan qazıntılar nəticəsində isə eramızdan əvvəl 6-cı minilliyə aid daş üzərində yazılar aşkara çıxarılmışdır. Bu yazı və işarələr Orta Asiyada, Yenisey çayı yaxınlığında tapılan abidələrin üzərindəki görüntülərin eyni və ya onlara çox bənzərdir. Qədim türklərdə xaç işarəsi tanrıya yaxınlaşmaq, ona qovuşmaq bildirən əlamət idi. Qədim türklər xaç işarəsinə “ok” deyirdilər. Bu inanc o qədər möhkəmlənmişdi ki, müəyyən dövrdən sonra türklər özlərinə belə “ok” deməyə başlamışdılar.

Türk alimi Kazım Mirşan “Əlifba yazısının başlanğıcı” adlı kitabında tarixi faktlara və qədim yazılara əsaslanaraq dünyada ilk yazının türklər tərəfindən icad edildiyini vurğulayır. 50-dən çox elmi əsərin müəllifi olan dil tarixçisi Misir piramidalarındakı yazıları araşdıraraq bunların qədim türk əlifbası olduğunu söyləyir və qədim türk əlifbası nümunələrinə Skandinaviya, Fransa, İspaniyadakı qazıntılar nəticəsində də rast gəlindiyini bildirir. Alim Orxon-Yenisey yazılarının da indiyə qədər səhv oxunduğunu, buna görə mətnlərin mənasında qırıqlıq olduğunu bəyan edir.

Kazım Mirşanın əsəri Türkiyədə böyük əks-səda doğurmuşdur. Ölkənin görkəmli alimləri, məşhur tarixçi və dilçiləri bu əsəri müasir tarix, mədəniyyət və dil sahələrində inqilabi çevriliş kimi qiymətləndirirlər. Keçmiş SSRİ zamanında, əsasən, erməni dilçiləri və tarixçiləri tərəfindən irəli sürülən müddəaların çoxunun səhv olduğu ortaya çıxmışdır. Türk tayfalarının Qafqaz və Anadolu bölgələrinə gəlmə deyil, min illər boyu bu ərazilərin yerli əhalisi olduğu kitabda faktlarla, qədim yazılarla sübuta yetirilir.

Kazım Mirşan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Anadolu 7 min ildir ki, türk yurdudur!” sözlərini faktlarla sübut edir. Alim Azərbaycan, qazax, türkmən, qırğız, özbək və digər 14 türk dilini və ləhcəsini təmiz bildiyini, məhz buna görə Orxon kitabələrini və Misir piramidalarındakı yazıları oxuduğunu nəzərə çatdırmışdır.

Cahid.info

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

0
Would love your thoughts, please comment.x
()
x