Ekspert: Bizim ölkədə azad internet mühiti var (VİDEO)

Sosial şəbəkələrdən insanların şəxsi məlumatları oğurlanır
“Sosial şəbəkələr insanların şəxsi məlumatlarını əldə etmək üçün əvəzsiz məkandır.”

Bunu Real TV-yə müsahibəsində İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu bildirib.

O qeyd edib ki, xüsusi xidmət orqanları cəmiyyət üçün təhlükələri sosial şəbəkələrdən də hiss edə bilərlər.

Onun sözlərinə görə, sosial şəbəkələr bir növ gələcək təhlükələrin xəbərçisinə çevirilir, yəni qığılcımı hiss etmək mümkündür. Hər hansı xaosun qarşısını almaq üçün sosial şəbəkələr də mütləq nəzarətdə saxlanılmalıdır.

“Bəziləri qeyd edirlər ki, sosial şəbəkələrə niyə nəzarət olmalıdır. Reallıq budur ki, sosial şəbəkə bu gün cəmiyyətimizin bir parçasıdır. Necə ki, cəmiyyətimiz polis və ya digər güc strukturları tərəfindən qorunursa, sosial şəbəkələr də qorunmalıdır”, – deyə Cahid İsmayıloğlu qeyd edib.

Ekspert hesab edir ki,  istənilən sosial şəbəkənin təhlükəsi mövcuddur, amma son vaxtlar baş verən hadisələri nəzərə alaraq ən təhlükəli sosial şəbəkə Youtube-dur.

“Çünki bura yüklənən videolara, dublyajlara, montajlara heç cür nəzarət yoxdur. Burada yayılan informasiyaların məzmununa heç kim nəzarət etmir. Təhqir halları da var, şantaj halları da, şər-böhtan da. Ən təhlükəli vəziyyət budur ki, bu videoları 100 minlərlə insan izləyir. Bizim bir çarəmiz qalır ki, Youtube ölkədə qadağan olunsun. Texniki cəhətdən bu mümkündür. Amma indiki vəziyyətdə bu mümkün hesab olunmur. Xarici qüvvələr bunu ölkədə demokratiyanın boğluması kimi təqdim edəcəklər. Eyni zamanda bizim ölkədə azad internet mühiti var. Bununla da ayaqlaşmır”, – deyə Cahid İsmayıloğlu qeyd edib.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.

Real TV

0 0 votes
Article Rating
2 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti