İctimai Televiziyada yayımlanacaq “Elektron hökumət” proqramında ölkəmizdə “Bulud texnologiyası”nın tətbiqi mövzusu müzakirə olunub.
Son zamanlarda “Bulud Texnologiyası” tez-tez eşitdiyimiz bir ifadədir.
Bəs bu Bulud Texnologiyası nədir?
Ölkəmizdə bulud texnologiyasının tətbiqi üçün hansı işlər görülüb?
“Hökumət buludu” nədir?
“Hökumət buludu”nun vətəndaşlar üçün hansı üstünlükləri var?
Cahid İsmayıloğlu:
“”Bulud” texnologiyalarının ölkəmizdə geniş tətbiqinə nail olmalıyıq və təhlükəsizliyimiz üçün xarici şirkətlərdən, dolayısı ilə digər dövlətlərdən asılılığı aradan qaldırmalıyıq;
“Bulud” texnologiyaları internetin gələciyidir;
Ölkəmizdə Elektron Vətəndaşın formalaşmasında və Elektron Hökumətin inkişafında “Bulud” texnologiyalarının rolu danılmazdır;
“Bulud” texnologiyalarının istifadəsinə təşviq və davamlı maarifləndirmə işlərinə böyük ehtiyac var.”
Qonaqlar:
Cahid İsmayıloğlu – İKT üzrə ekspert
Ceyhun Əliyev – NRYTN-nin “AzİnTelecom” MMC-nin direktor müavini
Qaçay Mirzəyev – “Microsoft”un MDB-də bulud həlləri üzrə eksperti