Uşaqlarımızı intihara sürükləyən nədir? – MÜZAKİRƏ

Müxtəlif vaxtlarda sosial şəbəkələrdə yayılan oyunlarla bağlı müzakirələr gedir. Bəzi mütəxəssislər iddia edir ki, “Mavi balina” oyunu uşaqları intiharlara sövq edir. APA TV-nin  “İlham Tumasla 40 dəqiqə” layihəsində ümumiyyətlə sosial şəbəkə oyunları müzakirə edilib.

İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu deyib ki, “Mavi balina” oyunu kompüter oyunu, yaxud mobil tətbiq vasitəsilə yüklənən oyun deyil: “Sadəcə olaraq bu oyun sosial şəbəkələr üzərindən istifadəçilərə link göndərməklə həmin şəxsi müzakirəyə cəlb edir. Bu oyun Rusiyada yaranıb, hətta oyunun yaradıcısı artıq həbsdədir. İddialara görə Rusiyada 150-yə yaxın yetkinlik yaşa çatmayan insan intihar etmişdir”. C.İsmayıloğlu hesab edir ki, oyunu oynamaq istəyənlər, əslində özünü təsdiq etmək istəyən gənclərdir və onlar asanlıq tora düşür: “Bu oyununun birinci tapşırığı nədir? Qolunuza mavi balinanın rəsmini bıçaqla yeritməlisiniz. Növbəti mərhələdə verilən tapşırıqlar insanın manqurtlaşmasına xidmət edir”.

Yazar Səbuhi Məmmədli hesab edir ki, son zamanlar statistika halını alan hər bir intiharın arxasında faciə dayanır”. Yazar onu da əlavə edib ki, bu gün atasının kartı ilə qumar oynayan uşaqlar var.

Psixoloq Səbinə Bayramova deyib ki, adətən bu oyunun “qurbanları”ndan-yetkinlik yaşına çatmayanlardan gecə saat 3-dən sonra dəhşətli tapşırıqların icrasını tələb edirlər: “Maraqlısı da budur ki, digər oyunlar kimi motivasiya vermir. Onun şəxsi profilini, kontaktlarını oğurlayaraq, şantaj kimi istifadə edirlər”.

“İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

0 0 votes
Article Rating
2 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti