“Milli dil və nitq korpusu olmadan nitqin tanınması baş tutmaz.”
“Google” korporasiyasının səsli axtarış üçün əlavə etdiyi 30 yeni dil sırasında Azərbaycan dili də var. Mütəxəssislər bildirir ki bu prosesdə ən çətin mərhələ nitqin mətnə çevrilməsidir. Analizlər göstərir ki, google`un yeni buraxdığı Azərbaycan dili xidməti heç də mükəmməl deyil. Burada müxtəlif təhriflər mövcuddur. Google Azərbaycan dilində səsləndirilmiş mətnin avtomatik yazıya keçirməsində çətinlik çəkir.
Google hələ ki, Azərbaycan dilində səslənən mətnlərin ingiliscə oxşarına uyğun nəticələr təqdim edir. Problemin aradan qalxması üçün zəngin milli korpus yaradılmalı və daim təkmilləşdirilməlidir. Söz, məna formalarının sayı artıqca “Google”un yaratdığı bu proqram təhrifsiz formada işləyəcək. İndi şirkətin Süni intellekt mütəxəssisləri ayrı-ayrı dillərin incəliklərini üzərində iş aparır. Hazırda “Google”un səsli axtarış sistemi 119 dili dəstəkləyir.