Hələ “internet” sözü yeni- yeni səslənirdi, eşidilirdi ki, bunu da hamı öz ağılı çərçivəsində qavrayır və sözün açıqlamasını buna əsasən verirdi: çoxları “internet bir dəryadı”, “internet çox zərərli birşeydi, cavanları pis yola çəkir”, “oğul var internetdən milyon qazanır” deyə açıqlama verirdilər. İndi də bu açıqlamaların sırasına bir yenisi də daxil olub: “baxın görün bu məsələ haqqında internetdə nə deyirlər, pərdə arxası olsa-olsa internetdə olacaq”. Bu yeni açıqlamada biraz həqiqət payı var, çox vaxtda çaşdırır.
İnternet azad məkandır, insanlar azad fikirlərini səsləndirir, içlərində yığılmış bir çox hissləri burda daha azad ifadə edirlər, hətta bəziləri sevgi etirafın belə internetdə edir, çünki burada daha cəsarətli olur.
Bütün bu fikirlərdən sonra düşünə bilərik ki, bu internet necə rahat bir dünyadır, köçüb burada yaşamaq lazımdır. Xeyir bu məqamda psixoloqlar xəbərdarlıq edir. İnternetdən mütəmadi olaraq istifadə etmək insan psixologiyası üçün çox zərərdir.
İnternet azad məkandır, amma güvənli bir yer deyil. Mütəxəssislər xəbərdarlıq edir ki, şəxsi məlumatlarınızı, dəyərli bilgilərinizi internetin ixtiyarına buraxmayın, asanlıqla oğurlada bilərsiniz.
İnternetdən çox vaxt oyun oynamaq məqsədi ilə də istifadə etmək olur. Əsasəndə “siyası oyun”lar. Məsələn, əhəmiyyətsiz bir məqamı, hadisəni burada elə şişirdib, elə bəzəmək və kütlələrə çatdırmaq olar ki, real həyatda məğlub olanı burada qalib kimi göstərə bilərsiniz. İnternetdə on minlərlə insanın qatıldığı möhtəşəm mitinqlər təşkil edə bilərsiniz. İnternetdə “Ramil Səfərova azadlıq” qrupuna üzv olub dəstəklədikdə, qrupun sıralarına böyük insan axını olduqda, bir neçə vaxtdan sonra qrupun adının “Əli Kərimlini sevənlər qrupu” olaraq dəyişdirilməsinə də internetdə rast gəlmək mümkündür. Siyasət çirkli bir oyundur, bu ondan da çirkli imiş.
Yaxşı işlərdən başlamadıq. Elə bilərsiniz mən interneti sizlərə pisləyirəm, uzaq durun bu şeydən deyirəm. Əsla belə deyil. Bu çox gözəl bir vasitədir. Öyrənmək öyrətmək lazımdır. Sıralarımızı genişləndirmək, fikirlərimizi azad şəkildə bölüşməliyik. Bundan lazımınca səmərəli istifədə etsək böyük bir komitənin on ildə nail olduğu işlərə, bir ayda nail ola bilərik.
Cahid İsmayıloğlu