Gənc alimlər 20 yanvar faciəsinin qurbanlarını andılar

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə  1990-cı il 20 yanvar faciəsinin ildönümünə həsr olunan anım tədbiri keçirildi. Faciə qurbanlarının ruhlarının bir dəqiqə sükutla yad edilməsi ilə başlanılan tədbiri açıq elan edən Şura sədri, dosent Famin Salmanov qeyd etdi ki,20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Onun sözlərinə görə, 27 il bundan öncə baş vermiş  20 yanvar hadisəsi, mütləq müstəqilliyimizin bərqərarında xüsusi önəm daşısa da, o gün Azərbaycanın tarixində  qanlı faciə statusunda qalmaqdadır və hər il xalqımız tərəfindən eyni ürək ağrısı ilə anılır: “Artıq hamımız bilirik ki, imperiya rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ prosesləri,  soydaşlarımızın tarixi torpaqları olan Ermənistan ərazisindən qovulması bu siyasətin reallaşmasının xroniki mərhələlərindəndir. İllər keçsədə bu qanlı gündə törədilən vəhşiliklər öz insani, tarixi və siyasi mahiyyətini heç də itirmir, əksinə Azərbaycana qarşı davam edən eyniniyyətli siyasətlə irsi nifrəti daim artırır”.

F.Salmanov diqqətə çatdırdı ki, hər bir Azərbaycanlının, xüsusən yetişməkdə olan gənc nəsilin 20 yanvar faciəsilə bağlı müəyyən mənəvi borcları var: “Bu gün bir gənc alimin hər hansı beynəlxalq elmi və ictimai tədbirdə iştirakı, dünyaya çıxışı digər statuslu gənclərdən nisbətən fərqlidir. Məhz elmi intellekti güclü olan gənclərin 20 yanvar faciəsinin beynəlxalq səviyyədə ictimailəşdirilməsi potensialı daha genişdir. Bundan başqa, Azərbaycanda İKT-nın bu günki imkanları gənclərimizin bu prosesdə  daha fəal və çevik olmasının şərtləndirir. Həmçinin ölkə rəhbərliyinin bu proseslərə həssaslığı bizi daha dinamik və qətiyyətli olmağa təhrik edir”.

Şura sədri vurğuladı ki, hər bir gənci bu proseslərdə fəal olmağa, tək anım günlərində deyil, imkan yarandığı təqdirdə mümkün olan digər vaxtlarda da şəhidlərimiz qarşısındakı vəzifə borclarını şərəfi ilə yerinə yetirməyə çağırdı.

F.Salmanov həmin faciədə AMEA Polimer Materialları İnstitutunun 3 (kimya elmləri doktorları – İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədova), Riyaziyyat və Mexanika İnstitutunun 1 əməkdaşının  (Yusif Safdıqov) şəhid olduğunu dedi. O, bu görüşdə həmin tarixdə yaşananların tarixi xronologiyası bir daha yada salınacaq, o gün nə baş verdiyi; tarixi və müasir siyasi vəziyyətin təhlili həmin gün baş vermiş anti bəşər qətliamının mahiyyətində hansı daimi maraqların mövcud olması; hadisəyə Azərbaycanda və dünyanın münasibəti, hüquqi və siyasi qiymət verilib verilməməsi kimi suallara gənc tədqiqatçılarımız və hadisənin canlı şahidlərin dilindən aydınlıq gətirməyə çalışacağıq.

Sonra AMEA A.Bakıxanov adına Tarix İnstitutunun gənc alimi Raisa Cəfərova, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun gənc alimi Aynurə Paşayeva, AMEA Dilçilik İnstitutunun Terminologiya şöbəsinin rəhbəri professor Sayalı Sadıqova, AMEA Polimer Materialları İnstitutunun gənc tədqiqatçısı Nüşabə Arzumanova və AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d. Cahid İsmayıloglu fikirlərini bölüşdülər, rəy və təkliflərini səsləndirdilər.

0 0 votes
Article Rating
4 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti