Kiberhücumlar banklara külli miqdarda ziyan vurub

Azərbaycanda son 6 ayda kiberhücumlar nəticəsində şirkətlərə və qurumlara 1 milyon dollardan çox zərər dəyib.

“Xəzər Xəbər” bildirir ki, bu məlumat “Microsoft Azərbaycan” şirkətinin hesabatında yer alıb. Bundan başqa, son 6 ayda qurumlara 800 mindən çox kiberhücumlar baş verib. Bu hücumların 75 faizi isə bank sektorunun payına düşür.

İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu bildirir ki, kiberhücumların artmasına əsas səbəb lisensizyasız proqramlardan istifadədir.

Mütəxəssisin sözlərinə görə, vətəndaşlar problemin həlli üçün bir qədər pul xərcləsələr daha yaxşı olar. Çünki bəzən kiberhücumlar nəticəsində insanlara dəyən zərər onun qarşısını almağa xərclənəcək puldan dəfələrlə çox olur.

Ən maraqlı məqamlardan biri isə budur ki, bəs kompüteri üçün lisenziyalı proqram alan şəxslər onların orijinal olduğunu necə yoxlaya bilərlər?

Buna görə də mütəxəssislər düşünür ki, Azərbaycanda banklar eləcə də digər şirkətlər lisenziyasız proqramlardan istifadə etdikləri müddətdə kiberhücumların vurduğu zərər yüksək olmaqda davam edəcək.

“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

“Kredo” qəzeti