“Rum rəqəmləri qarışıqlığa səbəb olur”
Ölkə.Az xəbər verir ki, bu təklif ilə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Cahid İsmayıloğlu çıxış edib:
“Təklif edirəm ki, yazımızda Rum (Roma) rəqəmlərinin (I, V, XX, C, CL) istifadəsindən imtina edək. Rəqəmləri ya sözlə, ya da ərəb rəqəmlərinin şəkilçi ilə əlaqələnməsi (1-ci,5-ci,10-cu,21-ci) şəklində yazaq”.
C.İsmayıloğlu təklifini belə əsaslandırıb:
“Rum (Roma) rəqəmləri göz yaddaşında yaxşı qalmır, yazıda səliqəni pozur, kompüterdə və çapda uyğunsuzluq yaradır. Rum rəqəmləri həmçinin internet axtarış sistemlərində qarışıqlığa səbəb olur”, – deyə gənc alim vurğulayıb.