“Gənclərimizin bugün, daha çox hansı ideyanın ətrafında birləşdiyi məni çox narahat edir. Millətçilik, dinçilik, qərbçilik, nurçuluq və s., və ilaxır ideyalara candan xidmət edənlər, hələ də kimlik axtarışındadır. Azərbaycan gəncinin vahid bir ideya ətrafında birləşməsinə nəyin bahasına olursa-olsun, nail olmalıyıq. Bu ideya, Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq ideyasının praktiki mənası Azərbaycan dövlətçiliyinin, Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin qorunub-saxlanılmasını, əbədi yaşamasını özünün milli və vətəndaş borcu hesab edən insanların yetişdirilməsidir. Elə insanların tərbiyə edilməsidir ki, bu insanlar sadaladığımız dəyərlərlə fəxr edərək, onların qorunması missiyasını nəsildən-nəslə ötürsün.”
Cahid İsmayıloğlu