Azərbaycan multikulturalizmi region gəncləri arasında təbliğ edilir

9

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilən Gəncə şəhərində “Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği” mövzusunda konfrans keçirib.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, konfransda tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva Gəncənin Azərbaycanın ictimai-siyasi, mədəni həyatında oynadığı roldan danışıb. Qeyd edib ki, tarixin müxtəlif dövrlərində Gəncədə ayrı-ayrı etnik qrupların və dinlərin nümayəndələri dinc qonşuluq şəraitində yaşayıb, yadelli işğalçılara qarşı birgə mübarizə aparıblar. G.Fətəliyeva gəncəlilərin multikultural dəyərlərə bu gün də sadiq qaldıqlarını bildirib.

Layihə barədə məlumat verən İctimai Birliyin sədri Çingiz Bayramov Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib. TUMİB sədri deyib ki, gəncləri yad və radikal sektaların təsirindən qorumaq üçün ideoloji maarifçilik işini gücləndirməyə, o cümlədən, azərbaycançılığın təməllərindən biri olan Azərbaycan multikulturalizmini region gəncləri arasında təbliğ etməyə ehtiyac var. Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bu ideologiyanın Azərbaycanda dərin tarixi köklərə malik olduğunu göstərir.

AMEA Dilçilik İnstitutu Gənc alim və mütəxəssislər Şurasının sədri Cahid ismayıloğlu çıxışında analoji tədbirlərin Azərbaycanın digər rayonlarında da keçirilməsinin vacib olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb: “Biz gənclərin vəzifəsi bu siyasəti inkişaf etdirərək, ölkəmizdəki sağlam mənəvi mühitin qorunmasına töhfə verməkdir”.

8

Bakı, 13 iyul, AZƏRTAC

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

1 Comment
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

1
0
Would love your thoughts, please comment.x
()
x