“Vətən mənə oğul desə nə dərdim…” adlı layihə çərçivəsində ictimai müzakirə

7

Gəncədə Prezident Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyi “Vətən mənə oğul desə nə dərdim…” adlı layihə çərçivəsində Milli qəhrəmanların və vətənpərvərlik hisslərinin təbliği ilə bağlı ictimai müzakirə təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, bir sıra QHT təmsilçisi, politoloqlar və fəal gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA Dilçilik İnstitutu Gənc alim və mütəxəssislər Şurasının sədri Cahid ismayıloğlu Milli qəhrəmanlarımızın təbliğinin, onların geniş ictimaiyyətə tanıdılmasının vacibliyini qeyd edib.

Layihə çərçivəsində maarifləndirici materiallar, internet saytı, video-roliklər hazırlanılır. Vurğulanıb ki, “Vətən mənə oğul desə nə dərdim” adlı layihə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin Milli qəhrəmanların geniş şəkildə tanıdılması, onların keçdiyi şərəfli həyat yolunun təbliği vasitəsilə həyata keçirilməsini qarşıya məqsəd qoyub.

6

Gəncə, 13 iyul, Rauf Hacıyev, AZƏRTAC

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

5 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

5
0
Would love your thoughts, please comment.x
()
x