Qafqaz Universitetində beynəlxalq konfrans

2

Qafqaz Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr olunmuş Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçirilib.1

Beynəlxalq konfrans Azərbaycan və xarici ölkə gənclərinin geniş maraqlarına səbəb olub. Məhz bu səbəbdəndir ki, Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ”Gənc Tədqiqatçıların IV Beynəlxalq Konfransına” Azərbaycandan olan gənc alımlərlə yanaşı ABŞ (1), Böyük Britaniya (2), Almaniya (2), Fransa (1), Kanada (1), Rusiya (11), Türkiyə (28), Macarıstan (3), Ukrayna (16), Polşa (4), İndoneziya (3), İran (3), Çexiya (1), Albaniya (1), Əlcəzair (1), Misir (2), Estoniya (1), Gürcüstan (16), Yunanstan (1), Makedoniya (1), Pakistan (3), Qazaxıstan (2), Qırğızıstan (1), Özbəkistan (30), Qana (2), Kenya (1), Nigeriya (1), Filippin (1), Rumıniya (2), Sudan (1), İsveçrə (1), Venesuela (1) kimi 32 ölkənin 150-yə yaxın gənc tədqiqatçıları və elm adamları tezisləri ilə müraciət ediblər. Bütünlükdə Təşkilat komitəsinə 1700-ə yaxın tezislə müraciət olunub və elmi heyətin dəyərləndirməsindən sonra 1100 tezisin qəbul edilməsinə qərar verilib. Konfransda məruzələrin 4 dildə – Azərbaycan, Türk, Rus və İngilis dilində təqdim edilməsi qəbul edilib.

“Filologiya elmləri” elmi istiqaməti üzrə AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıl oğlu Kazımovun “Azərbaycanda dil siyasəti və dil situasiyası: Ciddi müqavimətlər müstəvisində (1950-ci illər, stenoqramların dili ilə)” adlı məruzəsi dinlənilərək müzakirə edildi.

C.İsmayıloğlu çıxışında dedi ki, sovet dövründə (50-ci illər) Azərbaycan dilindən dövlət dili kimi istifadədə təcridolunma, kənarlaşma prosesləri baş vermişdir. Bu dövr həqiqətən də ziddiyyətli bir dövrdür, mühüm dil məsələlərinin müzakirəsi məhz bu dövrün də payına düşür. Dil siyasətində də sovet rejiminin ikili standartlardan çıxış etməsi hakim rus-erməni şovinist dairələrinin təsiri altında, öncə, türk-müsəlman xalqlarının milli-mənəvi, əxlaqi dəyərləri ilə yanaşı, milli ana dilinin işləkliyinə hər vəchlə mane olmaq, bu dili sıxışdırmaq, «sovet insanını, sovet xalqını» formalaşdırmaq adı altında, məqsədyönlü formada milli respublikalarda ruslaşdırma siyasətini həyata keçirməkdən başqa bir şey deyildi.

Qeyd etdi ki, islamçılıq və türkçülük ideyalarının sıxışdırılması nəticəsində əks-təsir, yəni türk-müsəlman xalqlarının qabaqcıl nümayəndələrində, ziyalılarında, ədiblərində milli fikir axtarışları, milli duyğular, milli təəssüfkeşlik hissləri güclənməyə başladı, milli dil, ana dili, yerlərdə ana dilinin dövlət dili kimi tanınması uğrunda gözə görünən və gözə görünməz şəkildə mübarizə başladı.

Konfrans proqramı (pdf)

© Cahid.info

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

0
Would love your thoughts, please comment.x
()
x