Deputatlar bilmədən cəsusluq edə bilər? (VİDEO)

Android telefonların Milli Məclisə buraxılmaması informasiyanın ötürülməsinin qarşısı ala bilməz

Müasir texnologiyaların inkişafı və texniki yeniliklər harada oluruqsa olaq lazımı informasiyanı əldə etmək üçün geniş imkanlar yaradıb. Bunun üçün isə nə smartfondan, nə də şəkilçəkmə funksiyası olan telefonlardan istifadə etməyə ehtiyac qalmır. Sadəcə internet vasitəsi ilə müxtəlif növ dinləmə, video və şəkil çəkmə funksiyası olan texniki qurğuları, özü də əlverişli qiymətə asanlıqla əldə etmək olar.

Cəsusluq funksiyası olan bu avadanlıqları əldə etmək üçünsə axtarış sistemi olan “Google” da “spayqadjet” internet maqazinini yazmaq kifayətdir. Bunula da cəsusluq qurğularının yerləşdirildiyi istənilən əşyanı əldə etmək olar. Misal üçün, eynəklə, gizli çəkilişlər aparmaq mümkündür. Eynəkdə yerləşdirilmiş gizli kameranı istənilən yerə keçirmək və istənilən görüntüləri götürməkdə olar.

Texnoloji yeniliklər video görüntülər çəkən və səs yazan funksiyası olan avadanlıqları istənilən əşyaya quraşdırmağa imkanı yaradıb. Belləliklə də müasir dövrdə informasiyanın ötürülməsi üçün yalnız telefonlar yox, bu cür qurğuların yerlədirildiyi əşyalar da kifayətdir.

Bunula da belə nəticəyə gəlmək olar ki, android proqram sistemi olan telefonların Milli Məclisə buraxılmamasına dair qəbul edilən qərar informasiyyanın ötürülməsinin qarşısı ala bilməz. Cəsusluğu millət vəkilləri bilmədən də həyata keçirmək mükündür. Misal üçün, hansısa millət vəkilinə sadə qələm hədiyyə olunub. Bununla da millət vəkili heç özü də bilmədən ona hədiyyə olunan, amma içərisinə çəkiliş kamerası yerləşdirilən cihazla məlumatlar ötürmüş olur. Və yaxud da uzaqdan idarə edilən qurğu vasitəsilə, mobil telefona gələn zənglə bütün danışıqlarını dinləmək olar. Dünya liderlərinin telefon danışıqlarını dinləməsinə dair zaman-zaman yayılan informasiyyalar isə sübut edir ki, bu mümkündür. İnsanların telefon danışıqlarının dinlənməsi və elektron ünvanlarındakı məlumatların nəzarətə alınması təhlükəsi həmişə var.

Keçmiş Federal Təhlükəsizlik Bürosu əməkdaşı Edvard Snoudenin ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin dünya liderlərinin telefon danışıqlarını dinləmələri ilə bağlı sirri açıqlandıqdan sonra isə bu məsələ dünya gündəmini qarışdırdı. Telefon dinləmə mübahisəsi isə dünaynın bir sıra ölkələrini ehtiyat tədbirləri görməyə vadar etsə də, amma buna rəğmən xüsusi xidmət orqanları müasir texnoloji inkişafla əlaqədar informasiyanı əldə edə bilib. Milli Məclisdə qəbul edilən son qərar isə azərbaycanlı deputatların danışıqların izlənməsinin dünyanın hər hansı xidmət orqanlarnın marağında olması məsələsini gündəmə gətirdi. Ekspertlər isə düşünür ki, azərbaycanlı millət vəkillərinin telefonların dinlənməsi dünyanın xüsusi xidmət orqanlarının maraq dairəsində deyil.

Telefon danışığını dinlənməsinə isə hüquq icazə vermir. Qanunvericiliyə əsasən hüquq-mühafizə orqanları hansısa cinayətdə şübhəli bilinən şəxsin cinayətini sübut edə bilmirsə, onun internetdə yazışmalarını və telefon danışıqlarını izləməsini yalnız Milli Təhlükəsizlik Nazirliyi apara bilər.

ANS TV

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

9 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

9
0
Would love your thoughts, please comment.x
()
x