Regional İnformasiya Təhlükəsizliyi və Kibercinayətkarlıq

– Kibercinayətkarlığa qarşı mübarizə hərtərəfli kibertəhlükəsizliyi təmin edən əsas amildir.

– İnternet mühütini hər kəs üçün daha təhlükəsiz etməliyik.

– Kibercinayətkarlığa qarşı mübarizədə, kibercinayətlərlə mübarizə aparan ekspert və mütəxəssislərin təcrübə mübadiləsi aparmasına şərait yaradılmalıdır. Həm hüquqi, həm texniki tərəfdən bu məsələlərin öyrənilməsinə böyük ehtiyac var.

– Dövlət kibercinayətkarlığa qarşı mübarizədə özəl sektordan yararlanmalıdır. Bu sahədə böyük təcrübəyə malik olan nəhəng dünya şirkətləri ilə sıx əməkdaşlıq, təcrübə mübadiləsi şərtdir.

– Biz əks-hücumlara hazır və kibercinayətkarlardan daha hazırlıqlı olmalıyıq.

– Kibercinayətkarlığa qarşı mübarizə təhlükəli proqram təminatı, bot-şəbəkələr, əqli mülkiyyət, uşaq oğurluğu və istismarı da daxil olmaqla bir sıra onlayn-cinayətləri araşdırır. Məqsəd istifadəçilərin inamla internet şəbəkəsinə qoşulmalarını təmin etməkdir.

 

Kibercinayət nədir?

Hər keçən gün informasiya texnologiyalarının sürətli inkişafına və informasiyaya əlçatımlığın asanlaşmasına paralel olaraq, bu sahəyə edilən qanunsuz müdaxilələrin də sayı artmaqdadır. İnformasiya təhlükəsizliyi deyəndə, zərərli informasiyadan qorunmaq və informasiyaların qorunması prinsipləri əsas götürülür. Biz artıq informasiya cəmiyyətində yaşayırıq. Təbii ki, bu cəmiyyətdə informasiya ən mühüm resurs sayılır. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Hazırda müasir cəmiyyət tədricən bundan asılı vəziyyətə düşüb. Buna görə də informasiyanın qorunması və informasiyadan qorunmaq çox mühüm, deyərdim ki, həyati bir məsələdir.

Kibercinayət informasiya sisteminin güvənliyini, sistemə bağlı informasiya ehtiyatlarının və eyni zamanda bu texnologiyalardan istifadə edən istifadəçiləri hədəfə alan, yenədə informasiya texnologiyalarıdan istifadə edilərək həyata keçirilən cinayətlərdir. Kibercinayət əsasən kompüter və internetə bağlı işlənən cinayətlər hesab edilir. Başqa bir cinayəti kompüter və internet texnologiyaları istifadə edilərək reallaşdırmaq da mümkündür. Ancaq bu kibercinayət hesab edilməz.

Kibercinayət bir informasiya sisteminə icazəsiz və hüquqa zidd şəkildə daxil olunması və sonra həyata keçirilən əməllərdir. Bu halda bir insan, onun mal varlığı, əmlakı, eyni zamanda istifadə olunan sistemin özü də hədəf seçilir. Məsələn bir sistemə daxil olunaraq, zərər vermək, bazanı, informasiya ehtiyatını silmək, şifrələmək, ələ keçirmək, yad informasiya yükləmək, sistemin iş prinsipini dayandırmaq, şəxsi həyatın toxunulmazlığını pozmaq, əlaqəni əngəlləmək, əlaqəni icazəsiz izləmək, qeydə almaq kimi hərəkətlər və əməllər kibecinayət faktlarıdır.

Hakinq

Qısaca “hakinq” kimi deyilen bu əməl, informasiya sisteminə icazə olmadan daxil olmaq kimi başa düşülə bilər. Hər hansı bir informasiya sisteminə hüquqa zidd olaraq, sahibindən xəbərsiz, razılığı olmadan daxil olunması bir kibercinayət hadisəsidir və bu əməl bir çox ölkələrdə olduğu kimi bizim ölkəmizdə də kibercinayət hadisəsi hesab edilir. Ümumi bir cinayət hadisə olmaqla bərabər bir çox insan haklarına zidd, şəxsi həyata müdaxilə və başqa cinayətləri də özündə doğura bilir.

İnformasiya bazalarının hədəf seçilməsi

İcazəsiz və hüquqa zidd olaraq informasiya sisteminə daxil olduqdan sonra, yad informasiyaların bazaya yüklənməsi, silinməsi, dəyişdirilməsi, şifrələnməsi, oğurlanması, sistemə girişin əngəllənməsi informasiya bazalarının məruz qaldığı ciyanət faktıdır.

Bot-Net / D-Dos hücumlar

Bir sistemə daxil olmağın əngəllənməsini təmin etmək üçün həyata keçirilən əməldir. Əvvəlcədən zərərli proqram təminatı yüklənərək ələ keçirilmiş və BOT olaraq adlandırılan kompüterlərə əmr verərək istənilən veb sayta qısa bir vaxt ərzində çox sayda müraciət göndərərək başqa istifadəçilərin sayta daxil olmasını əngəlləmək məqsədi ilə həyata keçirilən hücumlardır. Məsəl üçün desək, 10 adamın keçə biləcəyi bir qapıya, 10.000 adamın eyni anda toplaşması kimi başa düşülə bilər. Xarici təcrübədə bu fakt biznes maraqlarına xidmət edən hücumlar sırasındadır. Ölkəmizdə isə əsasən xəbər portallarına qarşı təşkil edilən hücumlar bu xassədəndir. Eyni zamanda ölkəmizdə siyasi və terror fəaliyyətlərinə xidmət edən kiberhücumlarda bu xassəlidir.

Uşaq istismarı və uşaq pornoqrafiyasının istehsalı

Dünyada geniş yayılmış kibercinayət növüdür. Ölkəmizdə belə fakrlara çox nadir hallarda rast gəlirik.

Uşaqların cinsi istismarı, yetkinlik yaşına çatmamış uşaqlara qarşı həyata keçirilən hər cür cinsi davranışların təbliği, yayımı bu kibercinayət növünün əsas motividir. Yetkinlin yaşına çatmamış uşaqların və ya yetkinlik yaşını tamamlamış əqli cəhətdən inkişafdan dayanmış şəxslərin cinsi xarakterli görüntülərinin qeydə alınması, saxlanması, nümayiş etdirilməsi bir kibercinayət faktidir.

Bu kiberciyanət növü dünyada çox kəskin mübarizə aparılın və ən həssas şəkildə təqib edilən, ağıq cəzalar tətbiq edilən kibercinayət növüdür.

Onlayn qumarxanalar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1 maddəsinə görə qumarxana təşkil etmə və ya saxlamaq cinayət sayılan əməllərdəndir (244-1.1. Qumarxana, yəni, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır).

Ölkəmizdə bu fakta uyğun qumarxanalar, gizli qumar oyunları təşkil edilən çayxana tipli məkanlar olaraq bilinən yerlər dəfələrlə aşkar edilib məsuliyyətə cəlb edilmişdir. Diğər tərəfdən kibercinayət hesab ediləcək bu tipli pul qarşılığında mərc və qumar oyunları da diqqətdən yayınmamalıdır. Bu tipli fəaliyyətlər ölkə daxilindədirsə tapılın məsuliyyətə cəlb edilməli, ölkə xaricindədirsə həmən fəaliyyəti həyata keçirən internet saytına girişi ölkədaxilində qadağan edilərək bağlanmalıdır.

İnternet fırıldaqçıları

İnternet vasitəsi ilə müxtəlif yollarla sizin bank kartınızın məlumatları oğurlanaraq və ya insanların aldadılaraq bank kartından ödəmələrin edilməsini təmin edən fırıldaq faktları da bilinən kiberciyanət faktıdır. Email və ya sosial şəbəkələrdən sizinlə əlaqəyə girərək müxtəlif bəhanə və aldadıcı yollarla bank kartınızın məlumatların sizdən istəyərək, saxta veb saytlar vasitəsi ilə (otel rezervasia xidməti məsələn) bank kartınızın öz əlinizlə daxil etdiyiniz məlumatılarının oğurlanması, ələ keçirilməsi və kartda olan vəsaitin boşaldılması vətəndaşlar tərəfindən diqqətdə saxlanılası kibercinayət faktıdır.

Oğru, “şpion” viruslar

Əsasən bir növ zərərli proqram təminatlarının sistemə və ya sistemlər arasındakı trafik içinə sızdırılaraq informasiyaların sahibinin icazəsi olmadan ələ keçirilməsi də bu faktlardan hesab edilir.

Bank və kredit kartlarının oğurlanması

Bank və kredit kartlarının üzərində yerləşən maqnetik kart bilgilərinin kopyalanması və ya onlayn ödəmə üçün lazım olan şifrənin informasiya sistemləri vasitəsi ilə oğurlanması vəsaitin sahibinin icazəsi olmadan boşaldılması da diqqətdə saxlanılası kibercinayət faktıdir.

Cahid İsmayıloğlu
Cahid.info

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

5 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

5
0
Would love your thoughts, please comment.x
()
x