Azərbaycanda internet nə vaxt ucuzlaşacaq? (VİDEO)

İKT üzrə ekspert: “İnternet nə qədər kütləviləşsə, qiymət bir o qədər düşəcək”

İndi ölkədə internetin sürəti qənaətbəxş deyil. İnformasiya kommunikasiya texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlunun sözərinə görə, Azərbaycanda internet yalnız mərkəzlə kifayətlənir. Yəni, nəinki ucqar regionlarda, hətta Bakının kəndlərində belə internetin sürəti normal deyil. Ölkənin internetləşdirilməsi isə iki mərhələdən keçməlidir. Birincisi, ölkəyə internetin gətirilməsidir ki, bu mərhələni artıq Azərbaycan keçib. Çünki, Azərspace-in süni peyki fəaliyyətə başlayıb və bu peyk vasitəsilə texniki olaraq ölkənin hər bir nöqtəsinə internet çatdırmaq mümkündür.

İKT üzrə ekspert, Cahid İsmayiloğlu: “Artıq biz ikinci mərhələdə ölkədə internet infrastrukturu yaratmalıyıq ki, mərkəzə gəlmiş internet bütün ölkəni əhatə etsin və hər bir evə optik kabel vasitəsilə internet çatdırılsın. Əslində internet nə qədər kütləviləşsə, qiymət bir o qədər düşəcək. İnternet infrastrukturu yaradılandan sonra, ölkə tam optik internetləşdiriləndən sonra internetin ucuzlaşması prosesi baş verəcək”.

Vəziyyət gələn il, Azərbaycanda “Evə optika” adlı genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsindən sonra dəyişə bilər. Rabitə və İnformasiya texnologiyaları Nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə, 2014-2016-ci illəri əhatə edəcək

Layihənin məqsədi ucqar yaşayış məntəqələri də daxil olmaqla ölkənin bütün ərazisini saniyədə 10-100 Mbit civarında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 %-ə çatdırmaqdır. İnternet infrastrukturunun yaradılması üçün lazım olan maliyyə vəsaitinə gəlincə isə, hesablamalara görə bu rəqəm 350 milyon manat civarındadır. Bunun 130 milyon manatını Dövlət Neft Şirkəti qarşılayır.

Beləliklə, “Evə optika” adlı genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsi, Azərbaycana 2017-ci ildə dünyanın bu sahədə inkişaf etmiş ölkələri sırasına çıxmağa imkan verəcək.

ANS TV

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

3 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

3
0
Would love your thoughts, please comment.x
()
x