Dünyanın ən böyük axtarış sistemi olan Google-dan əksər insanlar yararlanır.
Burada Azərbaycan dili də daxil olmaqla ümumilikdə 195 dildə məlumat almaq mümkündür.
Gün.Az Yurd TV-yə istinadən xəbər verir ki, təəssüf ki, Google axtarış sistemində xarici dildə Azərbaycanla bağlı məlumatlar çox azdır.
Məhz bu səbəbdən də əcnəbi xalqlar Azərbaycanla bağlı dolğun məlumat ala bilmirlər. İKT mütəxəssisləri isə bunu azərbaycanlı internet istifadəçilərinin passivliyi ilə əlaqələndirir.
İKT mütəxəssis Cahid İsmayıloğlu deyir ki, bu sahədə daha da aktiv olmalı və informasiya saytları, bloqlar təşkil etmək lazımdır.
Bəs kimdir müqəssir?
Mövzu ilə bağlı bu və digər suallarınıza daha ətraflı Yurd TV-nin aşağıdakı təqdim edilən süjetindən cavab tapa bilərsiniz:
Fidan Əliyeva
Gün.Az