“İKT sektorunda kadr çatışmazlığı hökm sürür”

Cahid İsmayıloğlu: “İnformasiya Texnologiyaları Universitetinin yaradılması bu mənada ümidverici bir addımdır”

Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü il “İnformasiya Kommunikasiya Texnologiyaları ili” elan edilib. “İKT ili” tədbirləri çərçivəsində İnformasiya Texnologiyaları Universitetinin yaradılması və 2013-2014-cü tədris ilindən bu ali məktəbə tələbə qəbulu elan edilməsi Azərbaycan dövlətinin bu sahədə olan kadrların yetişdirilməsinə maraq göstərdiyini ortaya qoyur.

Editor.az-a açıqlamasında informasiya texnologiyaları üzrə müətəxəssis Cahid İsmayıloğlu bildirdi ki, İnformasiya Texnologiyaları Universitetinin yaradılması bu sahədə kadr hazırlığının təmin olunması üçün ciddi və ümidverici bir addımdır: “Prezident 2013-cü ili “İKT ili” elan etdi. Eyni zamanda İKT sahəsinin gəlirləri 2018-ci ildə neft-qaz sektorundan əldə olunan gəlirlərə bərabər olacağı söylənilir. Bir sözlə gün keçdikcə bu sahənin önəmi artmaqdadır. Bütün bunları nəzərə alsaq qarşımızda duran ən başlıca vəzifə kard hazırlığı məsələsi olmalıdır. Ölkəmizdə bu sahədə kard hazırlığı istənilən səviyyədə deyil. Hal-hazırda bu sahənin əsas yükü xaricdə təhsil almış və ya özü-öz imkanları hesabına bu sahəni öyrənib mütəxəssis kimi işləyən kardların çiyinlərindədir. Kard hazırlığı sahəsində çox ciddi bir boşluq mövcuddur. Kard potensialının aşağı olması bizim xarici ölkələrdən asılılığımızı meydana gətirir. Proqram təminatlarının, avadanlıqların alınmasında, texniki dəstək məsələlərində çox zaman xarici şirkətlərdən və xarici kadrlardan istifadə edirik və bu sahəyə ayrılan vəsaitlərin xaricə axmasına gətirib çıxarır. Bu mənzərədən aydın olur ki, Azərbaycanda İKT sahəsində kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin fəaliyyəti bir çox hallarda formal xarakter daşıyır. Məsələn Azərbaycan Texniki Universitetinin fakültələri ilə tanış olsaq görərək ki, fakültələrin əksəriyyəti heç dövrün tələblərinə cavab vermir. Ümumiyyətlə bu universitetin fəaliyyəti Azərbaycan təhsilinə heçbirşey vermir. İnformasiya Texnologiyaları Universitetinin yaradılması bu mənada ümidverici bir addımdır. Təklif edirəm ki, bu universitetdə təhsil verən müəllim heyətinə xaricdən mütəxəssislər cəlb edilsin. Çünki ölkədə bu sahədə təhsil verəcək müəllimlər də yox səviyyəsindədir”.

Azər Niftiyev, Editor.az

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

3 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

3
0
Would love your thoughts, please comment.x
()
x