Cahid İsmayıloğlu'nun Bloqu
İran türkləri: dil siyasəti, folklor ənənələri
Yasaq və qadağalar illərində İrana getmək, qan qardaş və bacılarımızla görüşmək bizim üçün müşkül məsələlərdən biri idi. Kəndimiz sərhəddin – Araz çayının düz kənarında yerləşir. Sərhəddin o tərəfində danışanda biz eşidirdik, biz danışanda onlar. Həsrəd idik o yerlərə. 30-cu illərdə qohumlarımızın bir çoxu Arazı keçərək o taya adlamış, daha geriyə qayıda bilməmişlər. Uşaq vaxtı tikanlı məftillərin kənarında dayanıb o tərəfə baxanda rus əsgərlərinin hədəsindən qorxaraq geriyə boylanmışam…
İndi qohumlarımızın səsi-sorağı Əhər şəhərindən gəlir. Əhərlə Təbrizi 85 km. məsafə bir-birindən ayırır…
O da yadımdadır ki, 90-cı illərin əvvəllərində sərhəddə tikanlı məftillərin sökülüb atılması, o taylı-bu taylı qardaş və bacıların haray səsləri! Ağır illər olsa da, sevincimizin həddi-hüdudu yox idi. Kol-kos, tikan basmış, min illər boyu ayaq izləri kəsilmiş Xudafərin körpülərinin üstündən o tərəfə-bu tərəfə addımlayırdıq. Dostum, görkəmli şair-publisist Əlirza Xələflinin o tərəflərə üz tutaraq dediyi misralar sevinj və kədərimizi əks etdirirdi. Sonralar onun «Həsrət körpüsü» adlı ayrılq poeziyasının ən gözəl örnəyi yarandı…
Geridə qalan illər İran türkləri üçün də ikiqat yasaq! Biri uzun müddət qardaş və bacılarından ayrı düşmələri, digəri isə şair dediyi kimi…
Taleyimə sən bax,
Düşüncələrim yasaq,
Duyğularım yasaq,
Keçmişimdən söz açmağım yasaq,
Gələcəyimdən danışmağım yasaq,
Anamdan ad aparmağım yasaq…
…Bilirsən?
Anadan doğulanda belə
Özüm bilməyə -bilməyə
Dil açıb danışdığım dildə
Danışmağım da yasaq imiş, yasaq! (B.Səhhənd).
B.Səhhənd Jənubi Azərbaycanın ən üsyankar şairidir:
Anjaq bir sözmi var- mən də insanam,
Dilim var, xalqım var, yurdum-yuvam var,
Yerdən çıxmamışam göbələk kimi-
Adamam, haqqım var, elim, obam var…
«Düşünülmüş dil siyasəti» İran türklərinin alınlarına, talelərinə yazılmış qara bir yazıdır.Doğma dilində təhsil ala bilməmək, düşüncələrini bölüşdürməmək, dilin təsvir və ifadə zənginliyindən və s. istifadə edə bilməmək xalqın dözülməz və acınacaqlı tarixidir. Bəli, bir zamanlar Səfəvilər sarayında diplomatik bir dilə çevrilən ana dili farsın siyasətinə qurban verilir. Bunun mahiyyətini alimlər belə göstərirlər: «Dil…siyasətə insanların ünsiyyət ehtiyacları vasitəsilə bağlıdır. Məhz bu ehtiyaclardan irəli gələn spesifik ünsiyyət mənafelərinin mövcudluğu sahəsində dil siyasi fenomen olur» və «eyni zamanda siyasi təsisat və müəssisələrin daxili həyatı da dil vasitəsilə təşkil olunur və nizamlanır. Bununla əlaqədar olaraq siyasi fəaliyyətin ixtisaslaşmış dili yaranır ki, ona da yiyələnmək siyasi həyat meydanına çıxmağın və orada uğurlu fəaliyyət göstərməyin ilkin zəruri şərtlərindən biri kimi çıxış edir» (Abdullayev, s. 43).
Azərbaycan müstəqillik qazanandan sonra çətinliklər arxada qaldı, gediş-gəliş başladı. Bəzi məqsədlər üçün İrana getsək də, məni də bir tədqiqatçı kimi burada tarixən əzəli sakinlər olmuş və indi də yaşayan türklərin həyatı, məişət tərzi, gün-güzəranı, etnoqrafiyası, folkloru, dili və s. düşündürür. Xüsusən də, diqqətimizi burada yaşayan azərbaycanlıların danışdığı dil və onun şivələri cəlb edir.
Tarixə nəzər salaq: X yüzillikdən etibarən oğuz türklərinin İranı özləri üçün yurd yeri seçdiklərini bəzi qaynaqlar göstərsə də, əslində bu torpaqlar türklərin əzəli ana yurdu olmuşdur. Türklərin ana yurdunun şəksiz-şübhəsiz bu yerlər də olduğu tədqiqatlarda öz təsdiqini tapmışdır. Keçən onilliklərdə ən mühüm problem e.ə. III-I minilliklərdə Ön Asiyada türk varlığının sübutu olmuşdur. Bütöv və aydın mətnlər əldə edilməsə də, mixi yazılarda mühafizə olunmuş külli miqdarda etnonim, toponim və antroponimlərin təhlili Azərbaycan aborigenlərinin türklər olduğunu sübut etmişdir (Blaga Rafael, s. 272; Kazımov, VI c., 2009, s. 8).
Həmin yüzillikdən səlcuq axınının bir hissəsi həmin torpaqlara da pənah gətirmiş, yerli türklərlə qaynayıb-qarışmışlar. Bu axının ardınca əraziyə türkmənlər, qaşqaylar, Xorasan türkləri, xalaçlar, sungurlar, ebiverdilər, qazaxlar və özbəklər də gəldilər. O zaman bu yerlərdə farslar da məskunlaşmışdı, digər etnoslar da. Ərazi Azərbaycan adlanırdı. Bəllidir ki, Azərbaycan bir coğrafi addır. Bu coğrafi addan istifadə edən yadelli siyasətçilər oğuz türklərinin bir qolunu Azəri adlandırdılar. Bu səhv addım indi də davam etməkdədir. Xalqın etnik kimliyi bu adla tanındı. Buna baxmayaraq, İran türkləri özlərini türk, dillərini isə türk dili sayırlar. Dövlətin rəsmi dili isə fars dilidir. Düşünülmüş yanlış siyasət türk dilinin yüzilliklər boyu bu bölgədə yazı dili ola bilməsinə əngəl törətmiş, (buna imkan da verilməmiş), bu zəngin dil evdə-məişətdə, küçədə işlənməyə başlamışdır. Bu türkcə folklor dili kimi də varlığını qoruyub saxlamışdır.
Siyasi durumları indi də ağırdır. Azadlıqları əllərindən alınıb. Bizim kimi azad yaşamağı arzulayırlar.
İran tarixən azərbaycanlıların yaşadığı bölgələrdəndir. 70 milyonluq əhalisi olan bu ölkədə farslardan sonra çoxluğu azərbaycanlılar təşkil edir. Burada 33 milyondan çox azərbaycanlı yaşayır. 90-dan çox dil və ləhjədə danışırlar. (Kadir Güldiken, s. 47-48). Onların dili danışıq dilidir. Özləri də etiraf edirlər ki, bizim dilimiz ailə-məişətdə istifadə olunur. Amma bu dilin şifahi şəkildə işlənmə sahələri dövlət idarələrində də qismən də olsa yayılıb. İran radiolarında bu dildə də bəzi verilişlər aparılır.
Azərbaycan dili İranın Tehran, Kərəc, Savə, Qəzvin, Şiraz, Ərak, Qum, Xorasan, Həmədan, Ərdəbil, Qərbi Azərbaycan (Urmiyə), Şərqi Azərbaycan (Təbriz), Zəncan və s. diyarlarında danışılır. Böyük klinikalarda Azərbaycan dili mənşəcə fars olan həkimlərin də əsas danışıq vasitəsidir.
İran türkjələri haqqında İranda, Türkiyədə, Azərbaycanda və digər ölkələrdə tədqiqatlar aprarılır. İran türkjələri haqqında tədqiqatlar ilk dəfə 1960-cı illərin sonunda başlamışdır. Gerhard Doerfer və tələbələri 1968-1973-cü illər arasında İranın türklər yaşayan bölgələrinə gəlmiş, əsasən xalaç və xorasan dilləri üzərində ciddi tədqiqatlar aparmışlar. Bu dialektlərə ərəb, fars və kürd dillərinin təsiri də göstərilmişdir.Tədqiqat aparan araşdırıcılardan Semih Tezcan, V.Hesche, S. Fazsy, M.F.Bozkurt, S. Tulu və başqalarının zəhmətini qiymətləndirmək lazımdır. G.Doerfer və tələbələri Xalaççayı hövzəsinin spesifik dilini kəşf edərək türkoloji aləmdə tanındılar (Gerhard Doerfer, s. 264-266).
İranda türk dilinin bir sıra dialektləri mövcuddur. Maraqlıdır, nüfuz etibarı ilə kiçik türk topluluqlarının (xalaçların, türkmənlərin, xorasanların, qaşqayların və sungurların) dilləri İranda daha çox araşdırma obyektinə çevrildiyi halda, ən böyük türk topluluğu olaraq tanınan Azərbaycan türklərinin dili yetərincə tədqiq edilməmişdir. İranda bu dilin araşdırılmasına imkan verilməmişdir.
Dialekt araşdırmaları, dil və xalqın tarixinə dair önəmli faktlar verə bilir. Məsələn, Xalaç türkcəsinin kəşfi, əski Anadolu türkcəsindəki dil əlamətlərini daha çox qoruyub saxlayan Xorasan türkcəsinə aid aparılmış tədqiqatlar türk dili və dialektlərini yenidən təsnif etmək məcburiyyətini ortaya atmışdır. Professor Elbrus Əzizovun tədqiqatları bu jəhətdən önəmlidir.
Azərbaycanda İran türklərinin dili, daha doğrusu, Azərbaycanlıların dili ədəbi dil istiqamətində nəzərdən keçirilmişdir. AMEA-nın müxbir üzvləri Tofiq Hacıyevin, Nizami Cəfərovun, professor Nizami Xudiyevin əsərlərində bu dilin tipik və xarakterik xüsusiyyətləri M.Şəhriyar, Ə.Tudə, B.Azəroğlu, Mədinə Gülgün və başqa şairlərin əsərlərinə istinadən öyrənilmişdir.
Həmin alimlərin əsərlərində o taydakı Azərbaycan dilinin bu taydakı dillə variantları qarşılaşdırılır, ümumi və fərqli cəhətlər çözülür: «Hazırda Azərbaycan ədəbi dilinin Şimal və Cənubdan ibarət iki norma variantı formalaşmışdır… Ədəbi dilin Cənub variantı klassik dilin zəngin tarixi ənənələrini inkar edərək təzədən formalaşır, yəni öz inkişafına dialekt səviyyəsindən başlayır… Bu proses ümumən ədəbi dilin meydana gəlməsi və formalaşmasının çıxış vəziyyətinə müvafiqdir: bir dialekt (bu halda Təbriz dialekti çıxış edir) öz fonetik, leksik və qrammatik quruluşu ilə ədəbi dilin əsasında dayanır, – normanın vahidləşməsi və standartlaşması prosesi başlayır» (Qadjiev T.İ, s. 246; Hacıyev, 1987, s. 200-207).
Azərbaycan dili istər Şimalda, istərsə də Cənubda təzahür etsin, eyni dildir, lakin Azərbaycan dilinin Şimaldakı ədəbi təzahürü ilə Cənubdakı ədəbi təzahürü arasında müəyyən fərqlər mövcuddur (Cəfərov, I c., s. 237; Xudiyev, 145).
Konkret olaraq Təbriz dialekti haqqında professor Məhərrəm Məmmədov namizədlik dissertasiyası yazmışdır (Məmmədov, 1980).
Mühacir şairlərin dil və üslubuna da həstr edilmiş araşdırmalar mövcuddur.
İrana iki dəfə səfər etməyim məndə başqa bir təəssürat yaratdı. Doğma qardaş və bacılarımızın danışıq dilinin fonetik, morfoloji, leksik və sintaktik xüsusiyyətləri, demək olar ki, az öyrənilmişdir. Yazılı qaynaq olaraq mühacir şairlərin əsərlərinə istinad edilərək bu dilin bəzi məqamları nəzərdən keçirilsə də, əsas, dominant danışıq dili və bu dilin işlək dairəsi, eləcə də bu dilin şirinliyi indiyə kimi lazımi səviyyədə öyrənilməmişdir.
Məsələyə bizim Azərbaycan dili ilə İranda danışılan dilin müqayisəsi fonunda yanaşmaq lazımdır. Danışığın zəngin və şirinliyi. Nitqin aydın və təmizliyi. Müraciətin, etiketlərin özünəməxsusluğu, etik normaların spesifikliyi, davranış mədəniyyətinin, düşüncə mədəniyyətinin kamilliyi və s. adamı nə qədər heyran qoyur, azərbaycanlılarla qarşı-qarıya gələndə, söhbətləşəndə.
Folklor bu xalqın etno-mədəni düşüncəsinin məhsuludur. Folklor motivləri bü xalqın danışıq dilini «cilovlayıb əlinə alıb». Bizi Təbrizə aparan adi bir taksi sürücüsünün nitqi manilərlə zəngindir. Diqqət edin:
Gözüm haranı dağlar,
Dağı aranı dağlar.
Mən istərəm görüşmək
Kəsib aranı dağlar.
Bu yol gidir Təbrizə
Həvəs gəlirəm bizə
Tanrım bizə quvvət ver
Varaq vətənimizə.
Durna sanınnan keçər,
Ötər sannınan keçər,
İgid vətən yolunda,
Ölər canınan keçər.
Təbrizdə «ağlın gözü» olan atalar sözləri ilə maraqlanıram. Zöhrə nənənin dilindən: Oğul, Təbrizdə ağac az olar, ona görə də belə bir atalar sözü yaranmışdır: Ağacı çox olan kəndin qabrı az olar; Ağaran saç ilə ağlayan göz gizlənməz; Oğul, dil var bal gətirər, dil var bela gətirər; oğul, bizim adamlar dinc olar. Dinc adam nə hakim görər, nə həkim; nənə Təbrizin qarlı dağlarına baxır, köks ötürür: oğul, hər ağaran qar olmaz. Nənə, axı o ağaran qardır. Bəli oğul, o qardır, mən məsəl üçün dedim. Hələ dalı da var: Hər ışıldayan qızıl degül. Təbrizdən qızıl alsan, ehtiyatlı ol, qarışığı olar.
Bu xalqın atalar sözləri zəngindir, dəqiq deyə bilmərəm, Zöhrə nənənin söylədiyi bu atalar sözləri bizdə də var, ya yox.
Bizi yola salan nurani bir azərbaycanlının alqışları: Oğlum bin budağ olasan; Allah açıq yol versin; Allah köməgin olsun; Allah yaxşı yol versin və s.
Əhərdə bir qoca kişidən tapmacalar deməyini xahiş etdim: Yağış yağırdı, qoca üzünü göyə tutub dedi: Anam atlandı Xalı qatlandı Quyruq bollandı Quma saplandı. Mənasını soruşduq, yağmur,-dedi). Qoca bir az dayandı, yoldan keçən mal-qaraya baxdı: Dört dözlü bir pınar Onun suyu ağ (mənası: inək məməsi). Qoca əlimdəki cib telofonuna baxdı: Oğul, danışıram dəmirdən Cavab gəlir kəndindən (mənası: telefon).
Bunlar elə belə məsələlər deyil. Tarix boyu nəsillərdən-nəsillərə ötürülmüş fikir varlığıdır, söz varlığıdır.
Dil onlar üçün bəla gətirmişdir. Azərbaycanda Sovetin dağılmasına kimi İranla əlaqələrin olmaması ucbatından burda yaşayan azərbaycanlıların dili üzərində kifayət qədər araşdırma aparılmamışdır.
Farsın icazəsi olmadan əvvəlki dövrlərdə bu dil barədə araşdırma aparmaq, ana dili uğrunda mübarizə aparmaq, bu dilin zəngin ənənələrini öyrənməyə qadağa qoyulub. Söhbətlərdə eşitdim ki, dil azadlığı uğrunda mübarizə aparan bir qrup gəncin dırnaqlarını çıxarıb gölə atıblar. Dillərini ağzından qoparıblar…
Fars xalqı da bu dildə gözəl danışır. Fars bu dilin şirinliyini, ejazkarlığını duymasa, bu dildə sərbəst danışa bilməz. İnsafən deyək ki, əslən fars mənşəli olan həkimlərin xəstələrlə rəftarı, hipokrat andına sədaqəti, bütün millətdən olan xəstələrə eyni gözlə baxması çox-çox təqdirəlayiqdir. Müqayisə edək bizim azərbaycanlı həkimlərlə (hamısı yox) İrandakı həkimlərin rəftar və münasibətini. Bizdə həkim var ki, sözün açığı, xəstədən pul qoparmaq üçün onun xəstəliyini qabardır. Ordakı həkimlər isə xəstədən nə pul umur, nə də… Biz pis vərdiş etmişik. İran həkimlərinə şirinlik adı ilə pul təklif edəndə: -Ağa, sən nə edirsən, bizlər almarıq. Kassaya verdiyin pul bəs edər bizim üçün…
Alim-yazıçı Ağarəhim Rəhimovun İran həkimləri barədə fikrini burda vermək yerinə yüşər: Həkim Həsəntaş:- Bakıdan İrana xəstələr axışır. Biz onları qardaş xalqın nümayəndəsi kimi müalijə edirik. Bundan sonra da o fəaliyyətimizi daha da inkişaf etdirmək, qardaş-bajılarımızın sağlamlığı keşiyində dayanmaq bizim müqəddəs borjumuzdur və insani məsuliyyətimizdi. Biz Qərbə, Avropaya gənjləri göndəririk. Onlar müasir texnikanı, onlarla işlənmə yollarını mənimsədilər. Tibbi biliklərə mükəmməl yiyələndilər. Böyük təjrübə qazandılar. İndi də gəlib İranda və digər ölkələrdə fəaliyyət göstərirlər. Mənə elə gəlir ki, Azərbaycan öz yüksək ixtisaslı kadrlarını yetişdirməkdə bir qədər ləngiyir» (Rəhimov, s.116).
İran türklərinin müraciətləri adamı ovsunlayır. İran türkləri «ağa» sözünün «kişi» mənasından istifadə edirlər, qadın və kişilərin «ağa» kəlməsinin intonasiya çalarları adama nə qədər ləzzət verir. Səmimilik, mehribançılıq, qonağa hörmət ən ali formadadır.
Onların bizdən fərqi olan tabuları, evfemizmləri var. Səidə adlı bir azərbaycanlı qızın danışığına fikir verin.
- Ağa, dədəm ölüb, ömrün sizə bağışlayıb. Nənəmnən bahəm yaşayıram.
Bəzən bu dil qarışır. Fars sözləri bu gözəl dilin füsünkarlığına öz təsirini göstərir.
Müşahidələr göstərir ki, İranın Azərbaycan dialektlərinin zəngin söz varlığı mövjuddur. Şəftəli sözü ilə maraqlandım. Qonşu kəndlərin birində bu sözə şəli, digərində isə hülü deyirlər. Yol boyu kəndlərin birində arıçılıq peşəsi ilə bağlı hansı sözlərin işləndiyini soruşdum.-Ağa, bizdə arı saxlanılan yerə «kəndil» deyirlər. Arıların ailəsinə «pörə» deyirlər. Bal arısı «çibin» adlanır. Bunlar, fikrimizcə, fars mənşəli sözlərdir.
Biləsuvar şivəsində bıçqı (mişar), birjinni (iki şahı), bərgik (quraqlıqdan əmələ gələn çatlaq), muşqurd (otun qalığı) və s. leksik vahidlər də işlənir.
Germi şivəsində bizim işlətdiyimiz «gədik» sözü «gərdənə» şəklindədir. Bu gədik ilin bütün fəsillərində duman içində olur. Qatı duman ən yaxını da görməyə imkan vermir. Yol boyu hərəkət edən maşınlar bu gədikdə yubanmalı olurlar.
İran Azərbaycanlılarının dilində elmi üslub formalaşıb. Son illər Azərbaycanda müdafiə olunan dilçilik əsərlərinin dilində bizim dildən fərqli sintaksis müşahidə olunur. Məs.: «Dünyanın müxtəlif ölkələrində və müxtəlif universitetlərində məşhur alimlər belə suallara cavab arayıb axtarmağa qurşanıblar. Çox sevinclidir ki, dil və tarix alimləri verdiyimiz sorğunun əhəmiyyətinə diqqət yetirib və cavabsız qalmış bu əsas sortu haqqında dünya xalqlarının tarixi həyatında artıq çalışmağa başlayıblar…Türk milləti göbələk kimi birdən-birə yerdən çıxmayıb! Mümkündür türk adlan yox, başqa adlan olsa da, amma bu millət tarix səhnəsində ən böyük rola malikmiş! O millətin dili varmiş, kültürü, mədəniyyəti varimiş və s. bəs o millətin kültürünü, dilin necə, harada sorub-soraqlayıb axtarmalıyıq?…Bu zaman şumerlər kəlmələri bir-birinə qovuşdurmaqla yeni sözlər yaratmağa əl vurublar (Rəhman Purəkbər Xeyavi Möhsüm oğlu, s. 3, 5).
Digər nümunə: İranda yaşayan azərbaycanlıların danışığı xüsusiylə savadlıların danışığı biraz dəyişibdir. Bu dəyişmə dilin müxtəlif sahələrində o cümlədən, fonologiya sahəsində də baş vermişdir, yəni dilin danışıq tərzləri və tələffüzləri dəyişir ki, bunlardan da biri ahəng qanunudur (Əmir Xəlilzadə, s.16). Bu jür elmi üslub qeyd etdiyimiz tədqiqatçılara məxsusdur. Tədqiqatçılar öz ana dilində elmi fikirlərini sərbəst formada şərh etmişlər. Kursivdə verilən formalar bizim elmi üslubumuz üçün məqbul deyil. Bu üslubda danışıq dili elementləri üstün yer tutur. Bizim elmi üslubumuz isə sırf ədəbi dil normasını ehtiva edir, düzdür, bizim elmi üslubumuzda da digər üslubların (bədii, publisist və s.) elementləri mövcuddur.
Qeyd edək ki, Ə.Xəlilzadənin üslubu bizim üsluba daha çox yaxındır.
Ümumiyyətlə, müasir Azərbaycan dili özünəməxsus inkişaf qanunları ilə, cilalanmış mükəmməl quruluşu, zəngin söz varlığı, geniş ifadə imkanları, yüksək səviyyəli yazı normaları, dildə olan sözlərin təmizliyinin müqayisəsi baxımından öz üstünlüyü ilə fərqlənir.
İran Azərbaycanı dialekt və şivələrində ahəng qanunu mütamadi olaraq pozulur. Bu hadisəni Əmir Orucəli oğlu Xəlilzadə 2010-cu ildə Bakıda –Nəsimi adına Dilçilik İnstitutunda müdafiə etdiyi namizədlik dissertasiyasında araşdırmışdır.
Bir az da Təbriz haqqında: Təbriz Əcəm əyalətidir. İndi bu şəhərin əhalisi 1,4 milyondur. Şəhər Urmiya gölünün ətrafında yerləşir. Çoxəsrlik tarixi olan bu şəhərin müxtəlif dövlətləri olub: Elxanilər, Ağqoyunlulr, Səfəvilər.
Şəhərdə II minilliyi əks etdirən «Tauri qalası» (Tarmkis) var. Şəhər 3 dəfə zəlzələ nəticəsində dağılıb, İran-İraq müharibəsində də şəhər xeyli zərər çəkib.
Təbriz şəhəri çox da hündür olmayan dağlarla əhatə olunub. Şəhər sanki çalada yerləşir. Təmiz və quru havası, iqlimi, suyu adama xoş təsir bağışlayır. Dağlar qırmızıya çalır. Mis rənginə. Bu dağlardan mis, molibden çıxarılır. Saxsı qablar düzəldilir, qırmızı kərpiç istehsal olunur.
Bu gün Təbriz yüngül sənaye mərkəzidir. Şəhərdə maşın istehsal olunur. Sement və kimyəvi zavodlar fəaliyyət göstərir.
Təbrizdə kitab satışı mağazalarından İran azərbaycanlıların söz varlığını əks etdirən lüğətin olub-olmaması ilə maraqlanıram. Belə bir vəsaitin yoxluğu deyilir.
Yalnız danışıq dilini əks etdirən bir kitabla tanış oluram. Müxtəlif mövzuları əhatə edən bu kitabın bir tərəfində (lüğət məqaləsində) Azərbaycan dilində sözlər, ifadələr və cümlələr, bütöv mətn yazılıb, fars əlifbasında onların qarşılığı göstərilib. Bu kitab fars əlifbasını öyrənənlərə kömək edə bilər. Çünki Təbriz şəhərində ictimai müəssisələrin adları fars əlifbasında yazılır. Əlifbanı bilməyənlər üçün bu müşkül olur. Kitabda bəzi cümlələrə diqqət yetirək: Burda hava buluddur (buludludur), gecə fırtına qopmuşdu. Bu gün isə artıq hava mülayimdir. Əlbəttə, oranın havası tüstülü və toz-torpaqlıdır. Elədir dayı! Burada yazın əvvəl günləri hava duru və sərin olur, sonralar isə istiləyir (istiləşir) və bulaşır. Deyirlər, Təbrizə çox qar yağıb, hava da çox nigarandır. Dünən günbatan çağından yağış başladı. Ana deyir ki, hava soyux və küçə-bayır buzlux olsa, uşaxları qoymayın eşiyə çıxsın…
Kitabda fars mənşəli sözlərin azərbaycanlıların nitqində tez-tez işlədildiyi müşahidə olunur: Məsələn, səhiyyə və müalicə sahəsində işlənən sözlər və terminlər: davaxana, prob (lütfən vaxtında proba gəlin), tümən, dərziçilik peşəsi ilə bağlı: xiştək üstü, zip və s.
Təbriz dialekti farsın təsirinə daha çox məruz qalıb. Kıral Filiz adlı bir alim bu güclü təsirin sintaktik təbiətini üzə çıxarmışdır (Kıral Filiz, 2001).
Onlar ikidillilik şəraitində yaşayırlar. Danışıqlarında diqlossiya- fars-türk diqlossiyası tez-tez müşahidə olunur. Bu, Şərq ədəbiyyatında da geniş yayılmış bir hadisə sayılır. Belə diqlossiya fikrin ikiqat verilməsi ilə məntiqi qüvvətləndirir.
Bəzən ölkədə səhv olaraq Azərbaycan türkcəsinin fars təsiri ilə aşağı səviyyəyə düşməsi fikri təbliğ olunur, amma bu belə deyil, Təbriz kimi böyük bir şəhərdə demək olar ki, hamı azərbaycanca danışır. Bununla belə, «İranda Azərbaycan və fars dilləri eyni mənəvi-ictimai mədəniyyətin daşıyıcısı kimi mövcuddur; bu dillərin ikincisinin ədəbi rolu qanuniləşdiyi üçün birincisinə təsir etmək imkanına malikdir, lakin bu təsir normanın keyfiyyətini dəyişmək iqtidarına malik deyil. Çünki Şimalda rəsmi olaraq ictimai dəyərə malik norma etalonu var» (Cəfərov, 2007, s. 268).
Salmas dialektinin Təbrizdə aparıcı olması haqqında da söhbətlər gedir. Böyük şair Şəhriyarın dili Təbriz dialektinin əksi kimi qiymətləndirilir.
Bayramıdı gecə quşu oxurdu
Adaxlı qız bəy corabın toxurdu
Hərkəs şalın bir bacadan soxurdu
Ay nə gözəl qaydadı şal sallamaq
Bəy şalına bayramlığın bağlamaq.
Bakiçinin sözü-sovu kağızı
İnəklərin bolaması, ağuzi
Qızlar diyer: Atil, matil çerşənbə
Ayna təkin bəxtim açıl çerşənbə
Yumurtanı göşçək-güllü boyardıx
Çaqqışdırıb sınanları soyardıq
Oynamaqdan bircə məgər doyardıq
Əli mənə yaşıl açıq verərdi
İrza mənə nevruz gülü dərərdi.
Türkiyə universitetində çalışan bir dilçi Sərab şivələri haqqında tədqiqatlar aparıb (Gece K.Mehmet, 1985). Bu, Sərab şivələrinə aid ilk araşdırmadır.Mahmud Sərtqaya «Güney Azerbaycan Türkcesi Grameri» (1998) adlı doktorluq işi yazmışdır.
«Varlıq» jurnalında İrandakı Azərbaycan türkcəsinin vəziyyəti haqqında çoxsayda məqalələr çap edilmişdir. Bu məqalələri Cavad Heyət, Hamit Nutki, M.Zöhtabi, M. Fərzanə kimi alimlər qələmə almışlar. Məqalələrdə bu bölgədə yaşayan azərbaycanlıların danışıqlarında istifalə etdiyi sözlərin orfoqrafiyası, dilin tarixi, İran dövlətinin dil siyasəti kimi məsələlərə geniş yer verilmişdir.
Əsli Salmas şəhərindən olan bir aşıq ilə (Aşıq Əmir Abbasi) söhbətdən: Bi dene aşıx var idi, çalaydı; hamı munun ehtiramın saxlardı; bi dene atı var idi, kende gederdi, şehre gedeydi, gehvede çalardı; da, bunun garni doymuşdi, her kes deyirdi:-çal. Deyirdi:- çalmıram, açığı geliydi. Bir günneri bi neferin yanına getdi, dedi ki, tanırdı munu, dedi ki, aşıx çalısan? Dedi:-terğitmişem çalmağı. Bi gedir geçdi. Bi gün bu muna dedi:-aşıx çalısan ya yox? Dedi: – çallam. Dedi: – necür çalarsan? Dedi:-nemene veysen vey. Dedi çalısan? Atım da ajdı özüm de, heş zadım yoxdi. Dedi:- bi torba saman verrem, çalarsan? Dedi:-beli çallam, sazı basdı bağrına. Dedi:
Aşşıx zemane çalar
Zülfim kemane çalar
Bir torba gızıla çalmıyan canım
Bir çuval samane çalar.
Çaldı. Aşığa da bi torba saman verdi, bi gedir de xeşlix verdi, dedi:- da çox göyunen getme. Odi ki zerbümeseldi, bunu gedimnen deyipler «bir torba gızıla çalmayan canım, bir çuval səmane çalar».
Salmas dialektinin özünəməxsus fonetikası var: a-ə əvəzlənməsi: qara-qərə, axşam-əxşəm; a-e əvəzlənməsi: halal-helel, naxır-nexir, qarqa-qerqe; ı-i əvəzlənməsi: qarı-qari, deyirmançı-deyirmançi; o-ö əvəzlənməsi: oyun-öyün, u-ü əvəzlənməsi: huzur-hüzür, bu gün-büyün; k-x əvəzlənməsi: yemək-yemax, gedirdik- getdıx; b-m əvəzlənməsi: bundan-munnan,buna-muna; r-y əvəzlənməsi: ver-vey, bir-biy, n-m əvəzlənməsi: istekan-istikam; r-l əvəzlənməsi: qurbağa-qulbağa, sürfə-sılfa; g-v əvəzlənməsi: sağdan-savdan (bu əlamət qıpcaqlara məxsusdur. Peçenek qəbiləsinin birinin adı Yavdı\Yağdı şəklindədir. Hər iki formanın mənası «parlaq» deməkdir və s.
Müxtəlif fonetik hadisələr: arvad- avrat, onunla-onna, onlar-ollar, tutsunlar-tussunlar, qaranlıq-ğerannıx; açırlar-açıllay, kəsirlər- kəsillə; olsa- ossa, misli-missi; qızımla-qızımnan; aşdılar-aşşıla; şalvarın- şallaın; dört-döt, qurt-gut; bəlkə- bəkə; lənət-nehlət, paltarın-partarın və s. Bu jür səs hadisələri çoxdur.
Morfoloji fərqlənmələr də hal sistemində özünü göstərir: başına-başuva, Allahına- Allahuva, başına-başan. İndiki zaman: gedir-gedey, gedir-gediy.Tarixən türk dillərində indiki zamanın morfoloji göstəriciləri çox olmuşdur. Biləsuvar şivəsində danışanlar da- ey formasını qoruyub saxlayıblar: oley, durey, baxey və s. Bu formaların tarixi kök və ənnələri öyrənilməlidir. Keçmiş zaman forması: itibdir-itit, yanıbdır-yanıt və s. Demək, keçmiş zaman bu dialektdə –it,-ıt şəklində təzahür etmişdir.
Qaynadırıq feli birinci şəxsin cəmindədir. Onlar- İranın Biləsuvar şivəsində bu formanı «qaynaduyux» şəklində ifadə edirlər. -lar,-lər cəmlik bidirən şəkilçi bizim dildən fərqli göstəriji ilə deyilir: adamlar-adamnay, qızıllar-qızıllay.
Əslən Sungurlu olan bir türklə-müəllimlə klinikada tanış oldum. İlk dəfə eşitdiyim üçün sunqur türkləri barədə ondan məlumat almaq istədim: «Ağa, İranın Kirmanşah şəhərindən 70 km quzeyə doğru Sungur adlanan bir şəhər var. Bu şəhərin əhalisi Sungur türkcəsində danışırlar. Sungur türkləri monqollar dönəmində bu bölgəyə gələrək məskunlaşmışlar. Danışığımızda xeyli sayda monqol kəlmələri də qalıb. Bu dil yoxolma təhlükəsi qarşısındadır. Yörədə yaşayan fars və kürdlər tərəfindən sıxışdırılır. Sungur türkləri deyərlər: Ceyranlar qatar geler, Dincəlib yatar geler. Yataxtan su içmeye, Dözer gün batar geler. Qaradağın alçası Döşenibdi xalçası, Bir gözəl qız semişem, Qızıl gülün qonçası».
İrandakı türk dialektləri bir-birindən əsas etibarı ilə fonetik variantlara görə fərqlənir. Azərbaycan, sungur (sonkur), xorasan, qaşqay, xalaç türkcələri bu və ya digər dil cəhətinə, səviyyələrinə görə bir-birindən seçilir. Amma bunların arasında xalaçların dili ən çox fərqlilik kəsb edir. Hətta qaşqay və sungur türkcələri Azərbaycan türkcəsinin şivələri kimi qeyd və təsbit olunur.
Sözün düzü, İran azərbaycanlıların dialektləri, şivələri haqqında yazılan tədqiqatlardan xəbərsizik. Türkiyədə bu mövzuya maraq güclü olmuş, bir sıra tədqiqatlar aparılmışdır. Təqdirolunasıdır ki, 2012-ci ildə Türkiyənin Hacıtəpə Universitetində IV Uluslararası Türkiyat araştırmaları Sempoziyumu «Dilləri və kültürləri yoxolma təhlükəsinə məruz türk topluluqları» adlı tədbir keçirəcək. YUNESKO xətti ilə müəyyən olunmuşdur ki, dünyada 6700 dilin yarısı yox olmaq üzrədir. Onların içərisində qaşqay və sunqur türkcəsi, xorasan və xalaç türkcələri də vardır. Odur ki, bu türkcələrin mətnlərini toplamaq, onların leksik-qrammatik incəliklərini öyrənmək yaxşı olardı.
Müşahidələrim göstərdi ki, bu dilin fonetik, leksik, qrammatik və s. xüsusiyyətlərini dərindən öyrənmək üçün Azərbaycanda mərkəz olan Dilçilik İnstitutunda xüsusi bir qrup yaradılmalıdır. Bu qrup İranın kəndlərində, əyvalətlərində, şəhərlərində müxtəlif təbəqədən olan insanlarla görüşməli və onların söhbətləri əsasında ayrı-ayrı dialektlərin tipik və xarakterik xüsusiyyətlərini öyrənməlidirlər.
İran toponimləri haqqında az yazılıb. Bu toponimlərin türk və fars layı tədqiq olunmalıdır.
Çatışmayan tədqiqatlara yol açılmalıdır. Quzey və Güney azərbaycanlılarının dil və dialektləri müqayisə olunmalıdır. Minilliklər boyu dilin dərin qatlarında özünə yer etmiş ümumi və fərqli cəhətlər müəyyənləşdirilməlidir. Mətnlər müxtəlif dialektlərdən toplanmalı və müqayisə edilməlidir. İranın Muğanı ilə bizim Muğanın şivələri qarşılaşdırılmalıdır.
Qaynaqlar
Abdullayev Ə. Dil, siyasət, sosial tərəqqi. Bakı, 1986.
Ağçaylı A. Başı belalı dilimiz. «Varlık», Sayı 87, 1993, s. 60-64
Blaga Rafael. İran xalqları: El kitabı, 1997.
Bozkurt Fuat. Türklerin Dili. Ankara, 1999.
Cevad Heyet. Sungur Türkleri\\Türkler. Ankara, 2002, s. 675-678
Cəfərov Nizami. Azərbaycan ədəbi dili: Şimalda və Cənubda. Seçilmiş əsərləri. Beş cilddə, birinci cild, Bakı, Elm, 2007, s 235- 313
Çelik Muhittin. Kaşgay Türkçesi. Doktora Tezi. Malatya, 1997.
Doerfer Gerhard. İrandaki Türk Dilleri Üzerine Göttingende Yapılan Araştırmalar Üzerine. Türk Dili, Sayı 489, Eylül Ankara, 1992, s. 264-266
Doerfer Gerhard. İrandakı Türk Dilleri. TDAY-Belleten, Ankara, 1969, s. 1-11
Ercilasun A.Bican. Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü. Ankara, 1991.
Evliya Çelebi. Seyahatnamesi. IV (Haz: Y.Dağlı, S.Kahraman). Yapı Kredi Yayınları, İstanbul, 2001.
Ferzane M.A. Ana Dilimiz ve Milli Varlığımız Uğrunda Mübarizeler Defterinden. «Varık» (Sayı 93), 1994, s. 78-79
Gece K.Mehmet. Serap Ağzı. Gazi Üniversitesi Sosyal Bilimler Enstitüsü, Yayımlanmış Yüksek Lisans Tezi. Ankara, 1985.
Hacıyev T.İ. Azərbaycan ədəbi dili tarixi. II hissə, Bakı, 1987.
Xəlilzadə Əmir. İran Azərbaycanı dialekt və şivələrində ahəng qanunu. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2010.
Xudiyev Nizami. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1995.
Kadir Güldiken. İranda yaşayan 33 milyon türkü düşününüz. «Azerbaycan», Sayı 322, 1998, s. 47-48
Kalafat Yaşar. İran Türklüğü. İstanbul, 2005.
Kazımov Qəzənfər. Seçilmiş əsərləri. 10 cilddə, VI cild, Bakı, «Nurlan», 2009.
Keyhani Menecehr. Kaşkayların Tarih ve Etnografiyası. Şiraz, 2000.
Kıral Filiz. Das Gesprochene Azerbaidshanisch von İran, eine Studie zu den Syntaktishen Einflüssen des Persishen. Viesbaden, 2001.
Гаджиев Т.И. Отношение исторической диалектологии к диалектам в условиях дифференсированного языка. Душанбе, изд. «Дониш», 1984.
Məmmədov Məhərrəm. Azərbaycan dilinin Təbriz dialekti. Dərs vəsaiti. Bakı, 2008.
Rəhimov Ağarəhim. Kövrək qəlbin titrəyişləri. Bakı: BQU nəşriyyatı, 2011.
Rəhman Purəkbər Xeyavi Möhsüm oğlu. Şumer və Ural-Altay dillərinin tarixi-tətbiqi ilgiləri. Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2006.
Saray Mehmet. Türk-İran ilişkileri. Ankara, 1999.
Sarıkaya Mahmut. Güney Azerbaycan Türkçesi Grameri. Yayınlanmış Doktora Tezi, Erciyes Universitesi, Kayseri, 1998.
Sarrafi A.İran Türklerinin Dili ve Folkloru. «Varlık», Sayı 114-3, 1999, s. 60-71
Yaşar M.A. Danışık Dili-Yazı Dili. «Valık», Sayı 2, 1979, s. 3-7
Zöhtabi M.T. İran Türklerinin Eski Tarihi. Tebriz, 1371.
Prof. İsmayıl KAZIMOV
23.01.2012.
Tweet
Cahid İsmayıloğlu: “Azərbaycanın yenidən kiberterrora məruz qalması qaçınılmazdır”
İnformasiya Texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu bildirdi ki, informasiya təhlükəsizliyi deyəndə, zərərli informasiyadan qorunmaq və informasiyaların qorunması prinsipləri əsas götürülür. İnformasiyanın qorunması və informasiyadan qorunmaq çox mühüm, deyərdim ki, həyati bir məsələdir. Son hadisələrdə bu iki halın hər ikisi də kiberterrora məruz qaldı.
Son hadisələr onu göstərdi ki, Azərbaycanın informasiya resursları ciddi şəkildə kiberterror təhlükəsi ilə üz-üzədir.
Müşahidələrim nəticəsində belə bir qənaətə gəlirəm ki, bu heçdə son deyil. Azərbaycan Eurovision kimi böyük bir tədbirə hazırlaşır. Bu ərəfədə Azərbaycanın kiberterrora məruz qalması qaçınılmazdır. Son hadisələr buna bir işarədir.
Ümumiyyətlə, virtual informasiya mühiti mövcud olduğu müddət ərzində informasiya müharibəsi daim mövcud olacaq. Müntəzəm olaraq Ermənistan, Rusiya, Çin, ABŞ və digər ölkələrin ərazilərindən Azərbaycana aid internet resurslarına haker hücumları qeydə alınmaqdadır. Hal-hazırda İran bu siyahıya liderlik etməyə başlayıb. İranın son zamanlar Azərbaycana qarşı hərtərəfli fəaliyyəti kiberterror sahəsindən də yan keçmir.
Cahid.info
Tweet
İlahi adlar yurdu – Cəbrayıl
Tarixi çox qədimlərə gedən diyarın adı “Cəbrayıl ata”, yaxud Allah baş mələyi Həzrəti Cəbrayılla əlaqələndirilir
«Dül-dül» ziyarətgahənda ayaq izləri qalan Həzrət kimdir?Bu dəfə Cəbrayıldayıq. İnzibati mərkəzi Cəbrayıl şəhəridir. Ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma rayondakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbəndlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.
Coğrafi mövqeyi
Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. (Kür çayının subasarında, əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində, sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılıb.) Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri – Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.
İşğal
Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunub. 1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzi və Xudafərin körpüsü istiqamətində milli ordumuz irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu.
Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edib. Həmin vaxt Sarkisyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum etdilər. Hücumun qarşısını kəsmiş milli ordumuz əks-hücuma keçib və qısa müddətdə Füzuli rayonunun böyük hissəni azad edib.
Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edirdi, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəlilədilər. Lakin əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmadı. Ermənilərin köməyinə yeni bölmələr gəldi. Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bildi.
Ümumilikdə, 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. Bu döyüşlərdə erməni tərəfinin itkiləri 1,5 – 2 dəfə Azərbaycan tərəfindən çox oldu. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü ilin qışında keçirdiyi ən uğurlu əməliyyat olub.
Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində, bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.
İşğaldan əvvəl və sonra…
Ərazisi 105 min hektardır. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri – Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir.
İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtokulub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin ekspanatları olan tarix – diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer – mama məntəqəsi xidmət göstərirdi.
1970-ci ildən başlayaraq rayonda quruculuq işləri geniş vüsət alıb. Rayon mərkəzində bir vaxtlar “Dəyirman dərəsi” kimi tanınan boş ərazi ötən əsrin 80-ci illərində geniş yaşayış massivinə çevrilib. Yaşı əsrlərlə hesablanan Xan çinar bu yurdun simvolu idi. Rayonda irili – xırdalı 90 kənd vardı.
1988-ci ildən başlayaraq rayonun “bəxtində qara zolaqların” sayı artmağa başladı. Cəbrayılın ərazisində ermənilərin yaşadığı iki kənd var idi: Hərəkül və Banazur.
1990-cı ildən 1993-cü il iyulun 23-nə kimi cəbrayıllıların ağır günləri başladı. O zaman Şuşada, Laçında, Ağdamda olduğu kimi, cəbrayıllılar da köməyə ehtiyac duyurdular. Hərbi taktika, strategiya, vahid komanda altında birləşmə, irəliləmə yox idi.
O çətin dözülməz günlərdə Cəbrayıl rayonunda kifayət qədər qüvvə yox idi. Amma çətinliklərə baxmayaraq sərhəddə ermənilərə qarşı müdafiə xətləri yaradılmışdı. Şaqay yüksəkliyi alınmış və orada mövqe tutulmuşdu. Yeddi ay həmin yüksəkliyin hesabına rayona nəzarət edildi. Şaqay yüksəkliyi itirildikdən sonra rayonun işğalı mərhələsi başladı.
Cəbrayıl ərazisini o ağır günlərdə qoruyan ərənlər də az olmayıb. Yusif Allahverdiyev, Samir Alıyev, Şükür Abdullayev, İnqilab Aslanov, Azər Bayramov, Mais Verdiyev, Mübariz Qasımov, Mehdi İsmayılov və s. kimi qəhrəmanlar olmazın şücaətlər göstəriblər.
Ümumiyyətlə, döyüşlərdə Cəbrayıldan 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. Ayrıca, 14 polis əməkdaşı, 60 mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. 180 nəfərə yaxın Cəbrayıl sakini Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülüb.
Hazırda cəbrayıllılar arasında 351 şəhid ailəsi var. Artıq neçə illərdir ki, cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələniblər. Daha çox Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıblar. Bu gün müxtəlif təyinatlı obyektlərdə məskunlaşan Cəbrayıl camaati öz ata-baba ocaqlarına qayıdacaqları günü həsrətlə gözləyirlər.
Tarixi
Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-şərqdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.
Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökumdarın yaxın adamlarından biri olub və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus imiş. Cəbrayıl kəndinin şimalında \”Cəbrayıl ata\” adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır.
Digər mənbə və məlumata görə, Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sozu ərəbcə «Allahın qulu» deməkdir. Bu versiyanın tərəfdarları onu da qeyd edirlər ki, «Araz cayı» uzərində tikilmiş «Xudafərin» körpüsü də («Allaha eşq olsun», «Allaha afərin») məhz islamcılıqla bağlı olub. Deyilənə görə, Həzrət Əli Cəbrayılda olan «Dül-dül» ocağını ziyarət etməyə gəlib və onun atlarının izi həmin ziyarətgahda qalıb.
XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə «Qraxdın» da deyiblər. Bu, deyilənlərə gorə, 1831-ci ildə rayonun Daşkəsən kəndində «Karantin» idarəsinin yaradılması və həmin idarənin Cəbrayıl kəndinə köçürülməsi ilə bağlıdır. Yerli əhali «Karantin» sozunu «Qraxdın» kimi tələffuz etib. Bəzi mənbələrə gorə isə «Qraxdın» sozu XVIII əsrdə Nadir şahın hakimiyyəti dovrundə Azərbaycana köcmüş Cəlair turk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır.
Cəbrayıl rayonunun ərazisi qədimdə burada movcud olmuş Carlığın, Midiya və Əhəmənilər dövlətlərinin (e. ə. VII-IV əsrlər), sonralar isə Albaniya dövlətinin tərkibində olub. Albaniya dövlətinin mövcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları çağırılıb. III-V əsrlərdə Dizaq mahalı Sasanilər tərəfindən işğal olunub. Xalq üsyanından qorxan Sasanilər nəhayət Albaniyaya mustəqillik verdilər.
VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Ərəb Xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olub. X-XI əsrlərdə (971-1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII-XIV əsrlərdə Humanilər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412 – ci ildən) Qaraqoyunlu dövlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dövlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından XIX əsrin əvvəllərinədək Qarabağ xanlığının tərkibində olub. 1841 -ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilib.
1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən cıxarılıb, Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu dövrdə qəzanın ərazisi 6,63 min kvadrat km, əhalisi 66360 nəfər olmaqla, indiki Cəbrayıl, Fuzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib.
Cəbrayıl baramaçılıq, xalçaçılıq sənətləri ilə məşhur olub. Qəzada 5 ipək fabriki fəaliyyət göstərib. 1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edilib. Rayonun ərazisi indiki hüdudları daxilində, sahəsi 1050 kv.km, əhalisi 24300 nəfər olub.
1905-1918-ci illərdə Cəbrayıl qəzası Qaryagin qəzası adlandırılıb. XVIII əsrin axırlarında Cəbrayılda həftəbazarı yaradılıb. 1840-cı ildən başlayaraq burada rus pulları işləyib. 1876-cı ildə Cəbrayılda rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib.
(Ardı var)
Hazırladı: Ramid İBRAHİMOV
Tweet
Fazil Güneyin «Qara qan» romanı (1-ci hissə)
… 1993-cü ilin yayı. Qarabağ. Bütün kənd xoşbəxt ovqat içindədir. İnsan həyatının ən ali məqamı – iki gəncin toy məclisidir. Bakıdan qohumlar da toya təşrif gətiriblər. Jurnalist Aysu da bunların arasındadır. Qələbəlik, sevinc duyğuları bir an içərisində faciə ilə əvəz olunur. Erməni işğalçıları əvvəlcədən hazırlanmış qəsdlə məclisi gülləbaran edir, dinc insanlar qırılır, jurnalist qız yağılara əsir düşür.
Roman sevgi və ismət sınağı ilə qarşı-qarşıya qalmış Aysunun əsirliyi fonunda Qarabağ savaşının geniş, dərin mənzərəsini, anlamını verir. Qarabağ savaşının ilk günlərindən erməni yağılarının onlara arxa olmuş havadarların köməyi ilə Azərbaycan torpağında törətdikləri vəhşilikləri, öz içimizdəki vəzifə, mənsəb naminə qüvvələrimizi parçalamış namərd, naxələf siyasətçilərin əməllərini müşahidə etmiş müəllif bütün hərbi və siyasi gerçəklikləri bədii, xarakterik surətlərlə, inandırıcı boyalarla təqdim edir.
“Qara qan”ın ikinci kitabı da hazır oldu və oxucuların ixtiyarına verilib.  Romanın 2-ci hissəsini çox yaxında sizlərə təqdim edəcəyəm.
Romanın 1-ci hissəsini buradan oxuya bilərsiniz: http://www.qaraqan.gen.az
Tweet
Addımlar… Şəxsi üstünlüklər
Mən bu yazını ona görə belə adlandırdım ki, sözügedən problemin həlli üçün 14 addım atmaq lazım gəlir. Bu addımı müvəffəqiyyətlə atanlar Birləşmiş Ştatlar kimi nəhəng və super bir dövlətin elmi dərəcə verən magistraturalarında oxumaq şansı qazanırlar. Şirin Tahir oğlu Kazımov bu şansı böyük səyi və şəxsi üstünlüyü ilə hələ 2 il bundan əvvəl qazandı.
Qısa arayış: Kazımov Şirin Tahir oğlu. Doğulduğu yer: Bakı şəhəri, tarix, 2 dekabr 1975-ci il. Nəsimi rayonu 1 saylı orta məktəbi əla göstəricilərlə bitirmişdir. Sonrakı təhsili Azərbaycan Tibb Universitetinin müalicə-proflaktika fakültəsi. 1998-ci ildə universiteti bitirdikdən sonra Bakı şəhəri Neyro-cərrahlıq xəstəxanasında birillik anesteziologiya-reanimatologiya üzrə internatura keçib. 1999-cu ilin oktyabrında Elmi-Tədqiqat Ağ ciyər xəstəlikləri İnstitutunda həkim olaraq fəaliyyətini davam etdirib. 2000-ci ildə diplomdan sonrakı təhsili davam etdirmək üçün Rusiya Federasiyası Kareliya respublikasının Petrozavodsk şəhərinə təcrübə qazanmağa ezam olunub… Təhsilin magistratura mərhələsi: 2004- 2006-cı illər.
Şirin Kazımovu mən bugünkü gənclərimizdən bəzi mühüm keyfiyyətlərinə görə fərqləndirə bilərəm. Daim oxumaq, biliyini artırmaq, zəngin tibbi vərdişlər əldə etmək və nəhayət, güclü mütəxəssis- həkim olmaq. Çünki tibbin bir sıra sahələri bu gün hələ lazımi səviyyədə öyrənilməyib. Tibb elmi bəzi xəstəliklər qarşısında hələ də acizlik göstərir. Həmin sirləri öyrənmək üçün mütləq magistratura təhsili almaq, Birləşmiş Ştatlar kimi inkişaf etmiş ölkəldə oxumaq lazım idi. Söz düşəndə ailə yaxınlığımızı nəzərə alan atam da deyirdi ki, Şirindən nümunə götürün, gecə-gündüz kitab əlindən yerə düşmür… Görkəmli dilçi alim, professor, Şirinin əmisi Qəzənfər Kazımov da Şirinin istedadından, gələcəyindən danışırdı, yaxşı həkim olacağını dönə-dönə biz gənclərə nümunə gətirirdi.
Birləşmiş Ştatlarda təhsil almaq Şirinin ən ümdə arzularından biri idi. Şirini bir sual daha çox düşündürürdü: «Azərbaycan Tibb Universitetində təhsilini başa vurduqdan sonra (bakalavr pilləsini) ən yaxşı təhsil ocağını (magistratura pilləsini) Birləşmiş Ştatlarda mən necə tapa bilərəm?». Şirin bu suallara özünəməxsus düşüncələrlə cavablar axtarırdı: İlk addım kimi dərin və əsaslı nəzəri biliklərə yiyələnmək və müvafiq ixtisas almaq məqsədini müəyyənləşdirmək; şəxsi üstünlük, şəxsi keyfiyyət; İkinci addım ondan ibarət olmalıdır ki, qəbul olunmaq üçün seçdiyim təhsil ocağına ali təhsildən sonra Təhsil Səlahiyyəti Şurasının (SORA) səlahiyyət verib-vermədiyini öyrənmək… O, hələ Azərbaycan Tibb Universitetində təhsil alarkən Amerika təhsil ocaqları ilə müntəzəm məktublaşırdı. Məktublarda deyilirdi: «Birləşmiş Ştatlarda magistr və doktor dərəcəsi almaq üçün, təhsilinizi uğurla başa vurmaqdan ötrü siz ingiliscə yüksək səviyyədə oxumaq, yazmaq və şifahi təmasda olmaq vərdişi əldə etməlisiniz. İngilis dilinə yüksək səviyyədə bələd olma Birləşmiş Ştatların ali təhsil ocaqlarına qəbula, eyni zamanda Birləşmiş Ştatlarda olacağınız müddət ərzində elmi və şəxsi məqsədlərinizə nail olmaq üçün əsas tələbdir».
O, məktublar əsasında öyrənmişdi ki, Birləşmiş Ştatlarda təhsil müəssisələrinə, xüsusən də magistraturaya qəbul olunmaq üçün qoyulan üç əsas tələbə əməl etmək lazımdır: Ciddi elmi hazırlıq; müvafiq maliyyə imkanları və ingilis dilini mükəmməl bilmə. Həmin addımı atmaq üçün Şirin Kazımov təhsil departamentlərinin tələb etdiyi akademik imtahanları vermək üçün ciddi elmi biliklər qazandı.
Şirin Kazımovla söhbətimizdə bildirdi ki, 2001-ci ilin noyabr ayında Azərbaycanda Dünya Bankının «İlkin səhiyyə xidmətlərinin islahatları layihəsi» həyata keçirilirdi. O da bir çoxları kimi həkimlik fəaliyyətini davam etdirə-etdirə təlimin əlaqələndiricisi kimi bu layihəyə qoşulur. Bu layihənin başlıca məqsədi regional səviyyədə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi və bu sahədə islahatların həyata keçirilməsi idi.
2003-cü ildə Şirin Kazımov Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin elan etdiyi müsabiqəyə elmi dərəcə almaq üçün qoşulur, test üsulu ilə aparılmış sınaq imtahanından uğurla çıxır, qalib olur, Birləşmiş Ştatların Tuleyn Universitetinin «İctimai səhiyyə məktəbi»nə qəbul olunur. O, 2004-cü ilin avqust ayından Birləşmiş Ştatların maliyyəsi hesabına magistraturada təhsil alır.
Tibb elminə daha geniş şəkildə bələd olmaq üçün mandat rolu oynayan magistr dərəcəsi daha çox elmin dərinliyinə sirayət etdikcə Şirinin təcrübəsi artır, çoxalır. 2 il arxada qaldı. Magistraturanı fərqlənmə diplomu ilə bitirdi. Diplomların təqdimolunma mərasimi. Bu mərasimdə çəkilmiş şəkillərə və video- kassetlərə baxırıq. Birləşmiş Ştatların Luyuziana Ştatındakı Nyu-Orleans şəhəri. 70 mindən çox tamaşaçı tutan Nyu-Orian stationu. Diplomun təqdimolunma mərasiminə Şirinin ata və anasını-Tahir Kazımovu, Gülxanım müəlliməni də dəvət etmişdilər. Dünyanın müxtəlif ölkələrindən 4500 magistr təhsilini başa vurmuş, amma onlardan 16-sı daha çox fərqlənmişdir ki, Şirin də onların arasında idi. Təqdimat mərasimində Birləşmiş Ştatların görkəmli şəxsiyyətləri, o cümlədən keçmiş prezidentlər Corc Buş (41-ci prezident) və Bill Klinton (42-ci prezident) də iştirak edirdilər. Onlar da Şirinin əlini sıxır, onu magistraturanı əla qiymətlərlə bitirdiyi üçün səmimi qəlbdən təbrik edirlər. «Əminik ki, Heydər Əliyevin ölkəsindən belə bilikli gənclər yetişə bilər» (Corc Buşun dediklərindən).
Tuleyn Universitetinin rektoru Skott Kauenin Şirin haqqında dediklərindən: «Müxtəlif ölkələrdən yüz minlərlə tələbələr, magistrlər təhsil almaq üçün hər il Birləşmiş Ştatlara təşrif gətirirlər. Onların çoxu elmi və şəxsi təcrübə qazandıqdan sonra tam hazırlıqlı mütəxəssis kimi öz ölkələrinə qayıdaraq, ya yeni işə başlayırlar, ya da sabiq işlərini davam etdirirlər. Ancaq çox az bir hissənin ümidi boşa çıxa bilər. Bu fərq planlaşdırma və faktları əvvəlcədən yaxşı bilməklə əlaqədardır. Şirin Kazımov iki il təhsil aldıqdan sonra gözlədiyimiz nəticəni uğurla əldə etmişdir. O, əvvəlcədən təhsil və ixtisas məqsədini müəyyənləşdirmiş, magistr dərəcəsi almaq üçün təhsillə bağlı tələb olunan qəbul imtahanlarını verməyi bacarıqla tənzimləmişdir… Yüksək inam hissi ilə qeyd edə bilərəm ki, Şirin Kazımov öz ölkəsinin savadlı, tibb sahəsində gərəkli mütəxəssislərindən olacaq».
Magistratura təhsili Şirinin həyatında və fəaliyyətində dərin izlər buraxdı. Bu haqda Şirin Kazımovun dedikləri: «Birləşmiş Ştatlarda təhsil sistemi ürəkaçandır. Mən bu təhsili düzgün istiqamətləndirilmiş, planlaşdırılmış bir iş hesab edirəm. Bu təhsil təmizlik simvoludur. Burda ancaq təhsil almaq, ixtisasını gündən-günə gücləndirmək amalı üstündür. Mən əminəm ki, vətənə qayıtdıqdan sonra Birləşmiş Ştatlarda aldığım dərəcə rəsmi şəkildə qəbul ediləcək. Aldığım dərəcə mənim işləmək istədiyim tibbi sahədə çalışmağıma imkan verəcək, heç bir problem yaratmayacaq»
Şirin elmi və şəxsi təcrübə qazandıqdan sonra tam hazırlıqlı bir mütəxəssis kimi öz ölkəsinə bu günlərdə qayıdıb. Artıq yüksək səviyyəli magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra Şirin Kazımov vətəni Azərbaycana döndü, öz sahəsi üzrə işlə təmin olundu. Budur, zəhmətlə qazanılmış halal sənət.
Şirinin babası Şirin kişi haqqında öz babamdan – Babaş babadan çox eşitmişəm. Babam deyərdi ki, Şirin müəllim 30-cu illərdə xeyli müddət kolxoz kooperativinin müdiri olub, pay bölgüsünə və camaata ərzaq paylanmasına rəhbərlik edib. «Şirin kəsən normadır» ifadəsi o vaxtdan qalıb. Kənd adamları onu həmişə ehtiramla xatırlayır. Şirin Kazım oğlu Allahverdiyev öz səviyyəsi ilə seçilən, hamının yerini bilən insan kimi xatirələrdə qalıb. Kənddə açılmış (1912) yeni tipli məktəbi bitirdiyindən barmaqla göstərilən savadlı adamlardan olub…
Şirinin atası Tahir müəllim müasir gənclərin sevdiyi tanınmış yazıçılardandır. O, «Qəfil ezamiyyət», «Səsin sehri», «Sənin olmuşdum», «Geçikmiş məktub», «Qisas», «Taleyin qisməti beləymiş yəqin», «Ürək fəryadı» və s. povest və romanlar müəllifidir. Bu əsərlər yəqin ki, Şirinin gözləri qarşısında yazılmış, yəqin ki, Şirinin istedadı ata zəhmətini görə-görə cilalanmışdır. Şirinə uğurlar, onu ən bacarıqlı həkim, mütəxəssis görmək arzusu ilə!
11.06.2006
Cahid.info
Tweet