TUMİB mükafatlandırdı

İyulun 19-da “Türkiyə Universiteteləri Məzunları” İctimai Birliyi Milli Mətbuatın yaranmasının 138-ci ildönümü ilə bağlı jurnalistləri mükafatlandırdı. Bakıdakı Atatürk mərkəzində keçirilən tədbirdə qələm əhli ilə yanaşı Qeyri Hökumət Təşkilatları (QHT) sədrləri də iştirak edirdilər. Çıxış edən “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov qeyd etdi ki, “Əkinçi” qəzeti ilə başlayan milli mətbuatımız bu gün də öz inkişaf yolunu davam etdirir. Qeyri Hökumət Təşkilatları ilə mətbuatın münasibətlərindən danışan Ç.Bayramov bu sahədə bəzi çatışmazlıqlar olduğunu qeyd etdi.

Tədbirin sonunda TUMİB jurnalistləri mükafatlandırdı. Ölkənin aparıcı KİV rəhbərləri və əməkdaşları milli mətbuatın 138-ci il dönümü ilə bağlı vətəndaş cəmiyyətinə verdiyi informasiya dəstəyinə görə xüsusi diplomla təltif edildilər.

Mükafat alanlar arasında İKT sahəsində vətəndaş cəmiyyətinə verdiyi informasiya dəstəyinə görə Cahid İsmayıloğlu da oldu.

 

Cahid.info

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

0
Would love your thoughts, please comment.x
()
x