Sosial şəbəkələr təhlükə yaradır? (Video)

Fəzail Ağamalı “hə”, Cahid İsmayıloğlu “yox” deyir

Son zamanlar sosial şəbəkələr vasitəsilə təşkil olunan bir sıra etiraz aksiyaları bu şəbəkələrə nəzarət, məhdudiyyət qoyulması məsələsini gündəmə gətirib. Müvafiq təkliflə çıxış edən Ana Vətən Partiyasının lideri, millət vəkili Fəzail Ağamalı bu gün ANS-də “Baş xəbər”in canlı efirində sosial şəbəkələr üzrə araşdırmaçı Cahid İsmayıloğlu debat əsnasında öz təşəbbüsünü əsaslandırmağa çalışıb.

Aparıcı Qənirə Ataşovanın suallarını cavablandıran millət vəkili bir daha qeyd edib ki, sosial şəbəkələrdə dövlət əleyhinə olan fikirlərin səsləndirilməsi, kütləvi etirazlara gətirib çıxara biləcək şərhlərin, yazıların yerləşdirilməsi belə məhdudiyyətləri aktuallaşdırır.

Cahid İsmayıloğlu isə vurğulayıb ki, sosial şəbəkələrin təhlükə yaratması barədə fikirlərlə razılaşmır. O, bildirib ki, Azərbaycanda internetdən istifadə azaddır və bu, ümumilikdə, dövlətçiliyin, təhlükəsizlik sistəminin möhkəm təməllər üzərində qurulduğunu təsdiqləyən müsbət göstəricidir: “Əgər hər hansı hüquqa zidd hərəkət, çağırış nəzərə çarpırsa, bu, ilk növbədə, hüquq-mühafizə orqanları araşdırmalı, müvafiq tədbirlər görülməlidir. Biz sivil, demokratik ölkədə yaşayırıq, geridə qalmış ölkələrin “təcrübə”sini tətbiq edə bilmərik. Əksinə, sosial şəbəkələrin yaratdığı üstünlükdən, imkanlardan yararlanmağı, faydalanmağı bacarmalıyıq”.

ANS TV

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

0
Would love your thoughts, please comment.x
()
x