Cahid İsmayıloğlu: “Facebook hesabları mobil operatorlar ilə əlaqələndirilsə, profillərə nəzarət təmin edilə bilər və saxta profillərin yaradılmasının qarşısı alınar.” – Video

ANS TV-də Qənirə Ataşova ilə baş xəbərdə sosial şəbəkələr və facebook təhlükəsizliyi mövzusu müzakirə edildi. Verilişin qonaqları İKT mütəxəsisi Cahid İsmayıloğlu və Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmisi İsfəndiyar Əliyev oldu.

Cahid İsmayıloğlu artıq sosial şəbəkələrin gündəmi təyin edən vasitəyə çevrildiyini qeyd etdi. “Sosial şəbəkələr elə bir gücə malikdir ki, artıq gündəmi təyin edən bir vasitəyə çevrilib. Son hadisələr bunu sübut edir”.

“Saxta profillər probleminin qarşısını almaq üçün mütləq, tanınmış, üzrə olan şəxslər real profilləri açmalı və istifadə etməlidir. Bundan başqa, facebook hesabları mobil operatorlar ilə əlaqələndirilsə, profillərə nəzarət təmin edilə bilər və saxta profillərin yaradılmasının qarşısı alınar”, deyə mütəxəssis vurğuladı.

Cahid.info

Site Footer