Zaman aldadır məni!?

Üsyandır boğazımda düyümlənən arzu,

Əllərim bağlı, dizlərim yerdə,

Dilim tutmur, sözüm keçmir.

Əllərimdən çıxıb hərşey,

Dırnaqlarımdır saxlayan məni,

Zaman deyəsən aldadır məni?!

 

Bir cana möhtac qalmısan,

Qanından xəbərsiz yaşayırsan,

Hər biri bir sabah, ümid, bir zamandır

Sabahın açılmaz, ümidin sınar,

Zaman bilmirsən hələ nə edər

Alar hər şeyini əlindən, yox edər səni,

Zaman deyəsən aldadır məni?!

 

Sevmişdim ozaman mən səni,

Yanılmışdım, yoxsa haqqa gəlmişdim bilmirdim

Ömrümün səbəbiydin,

Xəbərim yoxdu, xəbərsizdim,

Arada bir xatırlayırdım,

Ətrafım, gördüklərim, vurulan, duran, yıxılan

Ayrıldım səndən,

Gözüm açıldı, qulağım duydu

Ağlım apardı buralardan məni,

Zaman yenədə aldadır məni?!

 

Qanın tərə qarışıb insanım,

Sözün sətrə qarışıb yazarım,

Qələmin tikanlı telə dolaşıb,

Ağzında kirli əllər,

Qollarında göyərtilər,

Beynində boş fikirlər sürüyür səni

Bu mənə dərd olur

Sonumuz gəlir, qorxudur məni

Zaman aldadır məni!?

 

Keçmişimi oxudum, gələcəyimi yazdım

Hərdən durdum sağıma soluma baxdım

Hardayam bilmirəm

Yalandayam,

Doğru həmişə aldadır məni,

Onun kimi!

Zamanda həmişə aldadır məni!

 

Gözlərindən yazardım gərək.

Saçlarından, boy-buxunundan

Əlim gəlmədi, sətirlər razı olmadı

Alınmadı,

Bunu görməlisiniz, bilməlisiniz,

Oxumalısınız

Yalan demirəm zaman kimi

Onun işi aldatmaqdır məni

Zaman həmişə aldadır məni!?

 

Eşidirsən?!

Gözlərin mane olursa bağla gözlərini,

Qulaqlalarını da tut,

Dilin nələr söyləyir,

Ürəyinlə dinlə.

Aldanmarsan, eşit məni

Zaman həmişə aldadırdı məni!

 

Cahid İsmayıloğlu
31.07.2005

Join the discussion

“Kredo” qəzeti