“Mədəniyyət” kanalında “Yaddaş” elmi-publisistik proqramı

Yunus Oğuzun təqdimatında “Yaddaş” proqramı

Azərbaycanda müasir türkologiyanın vəziyyəti və problemləri haqqında söhbət

Qonaqlar:
Professor Ramiz Əsgər
Dos. Cahid İsmayıloğlu

“Yaddaş” verilişinin qonağı oldum. Azərbaycanda müasir türkologiyanın vəziyyəti və problemləri haqqında çox maraqlı söhbət etdik:

– Türkologiya müxtəlif xalqlardan, millətlərdən olan araşdırıçıların müşahidələrinin, tədqiqatlarının ümumən yekunu olsa da, bu və ya digər subyektiv mövqeyi əks etdirən, müəyyən sosial-ideoloji məramlı mülahizələrdən, missioner müdaxilələrindən də xali deyildir.

– SSRİ dağılandan sonra müstəqillik qazanmış türk respublikaları türkologiya elmini də siyasi rejimin, totalitarizmin məngənəsindən istər-istəməz çıxardılar. Bu elm də sovet ideologiyasının buxovlardan azad oldu, müstəqil inkişaf etməyə başladı.

– 200 illik Rusiya – onun sovet şovinizmi dövrü isə türk xalqlarının kökünü danmaq siyasəti yeritmişdir. Bu siyasət o qədər güclü olmuşdur ki, onun təsir dalğası hətta bu gün də tam aradan qalxmamışdır.

– Sovet türkologiyası keçmiş postsovet məkanında yaşayan türk xalqlarının hər biri üçün ayrıca «mənşə» düşünmüşdü və getdikcə xüsusi məkrlə «inkişaf etdirilirdi». Bu, türkologiya elminə endirilən zərbə, türk xalqlarını getdikcə bir-birindən uzaqlaşdırmağa xidmət edən bir siyasət idi.

– İndiki dövrdə türkçülük azərbaycançılıq üçün tarixi, metodoloji əsas kimi formalaşdı. Bu gün türkmənçiliyində, qazaxçılığın da, özbəkçiliyin də, tatarçılığın da əsasında türkçülük dayanır. Beləliklə, türkçülük düşüncəsi ilə Azərbaycan alimləri ayrı-ayrı türk dövlətlərinin müstəqilliyini alqışlayır, türk dünyasının birliyinə çalışır və həmin vəhdətin, birliyin yaradılmasına xidmət etməsi ideyasını müdafiə edirlər. Türkçülük düşüncəsi türk dünyasının birliyi, strategiyasıdır.

Site Footer