Ermənilər Bakının adını dəyişmək istəyirdi – Açıqlama

Hətta bəzi hallarda ermənilər Azərbaycanın işğal altında olmayan ərazilərinə belə erməni adları qoyublar. Azərbaycanın paytaxtı Bakının, Şəmkir şəhərinin və s. adının dəyişdirilməsinə cəhdlər olunub.

Axar.az xəbər verir ki, bu sözləri “Şərq” qəzetinə geniş açıqlamasında İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu deyib. O bildirib ki, Quql-məpsdə (Google maps) Azərbaycan ərazilərinin erməni adları ilə verilməsi Quql şirkətinin işi deyil:

”Şirkət o bölgədə yaşayan insanlara imkan yaradır ki, texniki imkanlarla ərazilərə ad versinlər. Bunu internet istifadəçiləri, Quql-məpsdə qeydiyyatdan keçən şəxslər edə bilər. Ermənilər bu platformada aktiv iştirak etdikləri üçün informasiya müharibəsində irəliləyiş əldə edirlər. Təəssüf ki, biz bu təxribatlara cavab verə bilmirik. Bununla bağlı beynəlxalq hüquq sistemində addım atmaq əvəzinə, internet istifadəçilərinin potensialından yararlanmaq olar. Sözügedən tətbiqdə qeydiyyatdan keçməklə erməni mənşəli adları Azərbaycan adları ilə əvəz edə bilərik”.

Site Footer