İctimai Televiziyanın “Regional inkişaf” verilişinin 1 may 2018-ci il tarixli buraxılışı

Sənayeyə dəstək tədbirlərinin əsas məqsədi sənaye müəssisələrinin rəqabət qabiliyyətini artırmaq və onların beynəlxalq bazarlara çıxışını asanlaşdıracaq potensiala qovuşmalarını təmin etməkdən ibarətdir.

Dünya təcrübəsində sənayeyə dəstək tədbirləri investisiyaların təşviqi və iş mühitinin yaxşılaşdırılması, beynəlxalq ticarət və ixracın təşviqi, bacarıqların artırılması və insan resurslarının inkişafı, infrastrukturun qurulması, xüsusi iqtisadi zonalar, sənaye parkları və sənaye klasterlərinin yaradılması, regionların inkişafı, sektorlara xüsusi yanaşma, texnologiyaların transferinin dəstəklənməsi və innovasiyaların təşviqini əhatə edir.

2025-ci ilədək olan dövr biliktutumlu iqtisadiyyata keçid dövrü olacaqdır.

Universitet klasterlərinin yaradılması “təhsil-tədqiqat-innovasiya” zəncirinin effektivliyini artıra bilər.

Peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi əsas şərtdir.

Site Footer