Azərbaycanda “Mavi balina” təhlükəsi: nədir, necə öldürür?-Araşdırma

Dünyanın dörd bir yerində milyonlarla uşağı təhdid edən “Mavi balina” oyunu artıq ailələrin qorxulu röyasına çevrilib.  Bəs nədir bu “Mavi balina” oyunu və o necə öldürür? Oxucularımız üçün maraqlı olar deyə AzEuroNews.com olaraq kiçik bir araşdırma apardıq.

► “Cəmiyyəti bioloji zibillərdən təmizləmək” – “Mavi balina”nın tarixi…

“Mavi Balina” (rus. Синий кит) oyunu 50 təlimatdan ibarətdir və son təlimatda oyunçudan intihar etməsi istənilir. Oyunun xarakteri gəncləri cəlb etmək, onlara yüngül işlər tapşırıb, sonda intihara sövq eləməkdir. Oyun ilk dəfə 2013-cü ildə “VKontakte” sosial şəbəkəsində “ölüm qrupu” adlı bir qrup vasitəsilə yayılmağa başlayıb. Bu oyun səbəbindən ilk intihar 2015-ci ildə reallaşıb.

Oyunu universitetdən qovulmuş psixologiya fakültəsinin keçmiş tələbəsi Filip Budeykinin yazdığı məlumdur. Oyun səbəbindən “ən azı 16 uşağı intihara təşviq etmək” günahından həbs olunan Budeykin, “cəmiyyəti bioloji zibillərdən təmizləmək” məqsədilə bu oyunu yaratdığını bildirib. O, intihara meyilli şəxslərdən ibarət 8 müxtəlif qrup yaratmaqda ittiham edilib.

Rusiyanın “Novoya” qəzetinin xəbərinə görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib.

► 49 tapşırıq, 50-ci ölüm…

Mavi balina” oyunu 50 gün davam edən 50 təhlükəli tapşırıqdan ibarətdir. Oyunun sonuncu günü oyunçu intihar etməlidir. Bundan əvvəl 49 gün içində isə, verilən tapşırıqlar yerinə yetirilməldir. Həmin təhlükəli tapşırıqlar isə, aşağıdakılardır:

1. Bir ülgüc vasitəsi ilə əlinizə “f57” yazın və şəklini göndərin.
2. Səhər saat 4:20-də oynanın və sizə göndərilən qorxunc videoları izləyin.
3. Qolunuzu dərin olmayacaq şəkildə 3 dəfə damarlarınızla birlikdə kəsin və şəklini göndərin.
4. Bir kağız üzərinə balina şəkli çəkib fotosunu göndərin.
5. Əgər bir balina olmağa hazırsınızsa ayağınıza “bəli” yazaraq kəsin. Verilən şifrəli tapşırığı həll edin.
6. Əlinizə “f40” çəkin və kəsərək fotosunu göndərin.
7. “VKontakte”də statusunuza “#mən_balinayam” (rus. #я_кит) yazın.
8. Qorxularınızı dəf edin.
9. Səhər saat 4:20’də oyanın və binanın damına çıxın. Nə qədər yüksək olarsa, o qədər yaxşıdır.
10. Əlinizə balina şəkli çəkərək kəsib fotosunu göndərin.
11. Günboyu qorxulu videolar izləyin.
12. Onların sizə göndərdiyi musiqilərə qulaq asın.
13. Dodağınızı kəsin.
14. Əlinizə dəfələrlə iynə batırın.
15. Özünüzə zərər verəcək bir şey edin və xəstə olun.
16. Bir yüksəklik tapın və ora çıxın, bir qədər küncündə gözləyin.
17. Bir körpüyə çıxın və küncündə gözləyin.
18. Bir qaldırıcı kran tapın və ona dırmaşmağa çalışın.
19. Güvənilir olub olmadığınız yoxlanılacaq.
20. “Skype” vasitəsi ilə bir balina ilə yəni, sizin kimi bir oyuncu və ya idarəçi ilə söhbət edin.
21. Bir dama çıxıb ayaqlarınızı oradan sallayın.
22. Başqa bir şifrəli tapşırığı həll edin.
23. Gizli tapşırıq.
24. Bir balina (oyunçu) ilə görüşün.
25. Qurucu sizə ölüm tarixinizi söyləyəcək və siz bunu qəbul edəcəksiniz.
26. Səhər saat 4:20’də oyanıb dəmir yolunda gəzin.
27. Günboyu heç kimlə danışmayın.
28. Balina olduğunuza dair and için.

*** Geri qalan 30-cu və 49-cu tapşırıqlarda səhər saat 4:20’də qurucunun sizə göndərdiyi qorxunc video və musiqilərin dinlənilməsi istənilir. Sonuncu 50-ci gündə hündür bir yerdən özünüzü ataraq intihar etməyiniz istənilir.

► “Mavi balina” Azərbaycanda – Şamaxıda 15 yaşlı məktəblinin intiharı

Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədi ilə damarlarınl kəsməsi ilə bağlı məlumatlar yayılmışdı. İddia edilirdi ki, məktəbin 6-cı sinif şagirdləri “Mavi balina” oyunu oynayırlar. 27 noyabr tarixində müəyyən edilən qəribə olayla bağlı məktəb rəhbərliyi də dərhal həmin şagirdlərlə psixoloq və tibb bacısının iştirakı ilə söhbət aparmışdı. Şagirdlərin valideynləri də bu haqda məlumatlandırılmışdı. Hətta hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru məktəbə dəvət edilmişdi: “Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, şagird və valideynlərlə müvafiq söhbətlər aparıb, uşaqlara ailə nəzarətinin gücləndirilməsinin zəruriliyi barədə valideynlərə tövsiyələr verilib. Məsələ nəzarətdə saxlanılıb”.

Ancaq ölkəmizdə “Mavi balina”ilə bağlı ilk intihar faktı Şamaxıda qeydə alınıb. Oktyabrın 13-dən 14-nə keçən gecə Mədrəsə kəndində 9-cu sinif şagirdi Polad Məmmədov özünü həyətlərindəki yarımtikilidə asaraq intihar edib. “Lent.az”ın əməkdaşı Səbuhi Məmmədli bu intihar faktını araşdırarkən maraqlı məqamlar aşkar etmişdi. Onlardan biri:

“Poladın intiharında iki əsas məqam var ki, müstəntiqlər bu məqamlara mütləq diqqət ayırmalıdırlar. Birincisi, Poladıçəkdiyi rəsmlər. Həçox istedadlı uşaq olub. Yaxşı da rəsmləçəkirmiş. Müxtəlif məzmunlu rəsmlər. İntihardan sonra məlum olub ki, bu rəsmlər… yoxa çıxıb.

 – Hər yeri axtardıq, evi ələk-vələk etdik, rəsmləri tapa bilmədik. Babası deyir bunu. İkincisi isə… qolunu iki yerdən kəsməyi. Qolunu iki yerdən niyə kəssin ki, 15 yaşlı uşaq?”

Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb. Müvafiq ekspertiza təyin edilib və ölümün səbəbləri istintaq yolu ilə araşdırılır.

► “Mavi balina” intihar oyunundan uşaqlarımızı necə qoruyaq?

İKT üzrə tanınmış ekspert Cahid İsmayıloğlu “Mavi balina” oyunu barədə mətbuata verdiyi açıqlamada deyib ki,  ən effektiv vasitə uşaq və yeniyetmələri smartfondan, kompyuterdən kənar tutmaqdır:  “Bu oyunun adınıçox hallandırılması, mətbuatda və sosial şəbəkələrdə müzakirəyə çıxarılması reklama səbəb olur. Bu oyunla bağlı məlumatlar bir növ gənclərdə həmin oyuna maraq yaradır.  Oyun sosial şəbəkələüzərindən həyata keçirilir. Yəni, bu oyun telefona, yaxud da kompyuterə yüklənmir. Oyun üçün uşaqlar, gənclərlə sosial şəbəkələr, facebook, odnoklassik, vatsap üzərindəəlaqə qurulur. Sosial şəbəkədə bu oyunla bağlı bir qrup yaradılır. Oyuna iştirakçıların cəlb edilməsi mesenger üzərindən həyata keçirilir. Ondan sonra oyunu yönəldəşəxs həmin iştirakçılara missiyalar verir. Məlumatlara görə, həmin şəxs oyun iştirakçılarına 50 təlimat verir. Bu təlimatlar sıra ilə tövsiyyə edilir. Bir gün oyun iştirakçısılarına qoluna ülgüclə balina şəkli çəkmək, sabahı güçox hündür bir yerə çıxıb aşağı baxmaq və bir neçə bu cür mesajlar göndərilir. Qaydaya görə, oyun iştirakçıları onun təlimatlarına, verilən missiyalara sıra ilə əməl etməlidirlər. Hər qrupa qatılan iştirakçılardan təlimata əməl etdiklərinə dair sübut, foto tələb edilir. Ən sonda, oyunun iştirakçılarından intihar etmək tələb olunur”.

İsmayıloğlu deyir ki, bu oyunu yönəldən şəxslər sosial şəbəkə istifadəçilərini seçərkən psixoloji qəif olan uşaq və yeniyetmələri hədəf seçirlər: “Verilən 5-10 missiyaya əməl edən, psixoloji durumu zəif olan şəxslərdə növbəti addımların, missiyaların nədən ibarət olacağına maraq yaranır. Beləcə onlar ən son addımı atmaq həddinə gəlib çatırlar”.

Mütəxəssis uşaq və yeniyetmələri bu cür təhlükəli oyunlardan uzaq tutmağın əsas yolunun elə onları sosial şəbəkələrdən uzaq tutmaqda olduğunu söyləyib: “Sosial şəbəkələrdə qeydiyyatdan keçməüçün yaş həddi tələb edilir. 18 yaşına çatmayan şəxlər sosial şəbəkələrdə qeydiyyatdan keçə bilməzlər. Amma çox təəssüf ki, bu gün sosial şəbəkə istifadəçilərinin çoxu eləyetkinlik yaşına çatmayan uşaqlardır. İlk növbədə valideynləçalışmalıdırlar ki, uşaqları sosial şəbəkədən uzaq tutsunlar. Amma bəzi valideynlər uşağın sosial şəbəkə istifadəçisi olmağına göz yumur. Unutmaq lazım deyil ki, elə Mavi balina oyununun yönəldiciləri də öz qurbanları ilə sosial şəbəkə üzərindəünsiyyət qururlar. Uşaqların kompyuter, smartfonlarına nəzarət vacibdir. Əgər evdə internet varsa, mütləq internetə süzgəc (filter) qoyulmalıdır ki, uşaqlar evdə nəzarətdən uzaq qaldıqda da zərərli saytları açıb baxa bilməsinlər”.

Psixoloq Elnur Rüstəmov isə təkcə son günlərin gündəminə çevrilən “Mavi balina oyunu deyil, sosial şəbəkələr üzərindən, internet vasitəsilə uşaqların psixologiyasına mənfi təsir edən, onlarda aqressiya yaradan, intihara sürükləyən oyunlar çoxdur: “Son zamanlar təhlükəli oyun kimi aktuallaşanı Mavi balina olsa da, bu cür oyunlar son illəçoxalıb. Onların arasında yüklənməsi ödəniş tələb edənləri də az deyil. Buna səbəb yeniyetmələrin internetdən asılı həyat tərzi keçirməsidir. Onların ailədə az ünsiyyət  qurması, internetdən asılı olması bu cür təhlükələrə yol açır.

Psixoloq bu cür təhlükəli oyunların yaradılması ilə xüsusi qrupların məşğul olduğunu söyləyib: “Təhlükəli internet oyunu yaradanlar həm qazanc əldə edir, həm də ailələrdə faciə yaratmaqla bütün cəmiyyəti sarsıdırlar. Elə onların hədəfi də budur. Cəmiyyətin psixi sağlamlığını zədələsinlər”.

Rüstəmov deyib ki, uşaq və yeniyetmələrin internetdən asılılığını aradan qaldırmağa elə valideynlərdən başlamaq lazımdır: İndi bu məsələ ilə bağlı valideynlərin problemləri uşaqlardan heç də az deyil. İnternetdən asılı valideynlərin sayı günü-gündən artır. Bu, ailə üzvləri arasında ünsiyyəti 0-a endirir. Nəticədə valideyn uşaqla söhbət etmədiyindən, onun problemlərindən dəxəbərsiz qalır. Əgər valideyn övladlarında narahatlığı sezib vaxtında psixoloqa müraciət etsələr, bu cür mənfi halların qarşısını almaq da mümkün olar”. (Ekspert rəyləri movqe.az saytından götürülüb)

…. Və sonda… Əziz valideynlər, lütfən uşaqlarınızı qoruyun. Bunu onlara daha çox vaxt ayırmaq, onları dinləmək, problemləri ilə maraqlanmaq, bir valideyndən çox, dost kimi görünməklə edə bilərsiniz… sonra  gec ola bilər… 

Site Footer