“Dünyanın kiber məkanını silkələyən hücum: bizim üçün hansı təhlükə yarana bilər?” – Cahid İsmayıloğlu – İKT üzrə ekspert

Cahid bəy, dünyanın üzləşdiyi bu kiber hücum və internet virusunun haradan qaynaqlanması haqqında hansı ehtimal və ya ilkin faktlar var? Bu kiber hücum Azərbaycan üçün hansı təhlükəni özündə ehtiva edir. Bizi hansı təhlükə gözləyir?

İnternet olduğu müddətcə bu cür təhdidlər var olacaq və kiber hücumlardan, eləcə də təhlükəli viruslardan tam şəkildə sığortalanmaq mümkün deyil. Bu səbəbdən dünyada sırf bu cur təhlükələrdən qorunmaq üçün milyonlar xərclənir. Əlbəttə bizim ölkəmiz də zaman-zaman böyük kiber hücumlara məruz qaldı. Yaxşı haldır ki, biz bu hücumlardan xeyli dərs götürdük və bir çox boşluqları aradan qaldırdıq. Ancaq dünyada bu proseslər dayanmır, çox sürətlə inkişaf edir, təkminləşir. Kiber hücumlar müxtəlif xarakter və istiqamətlər üzrə təsnif edilir – balıq ovu, güc tətbiqi, zərərverici yoluxmaları, sosial mühəndislik və s. Ölkəmiz bu istiqamətlərin hər birindən zərər çəkib, indinin özündə də təhdid mövcuddur. Daha çox güc tətbiqi xarakterli kiber təhlükələrlə üz-üzə qalırıq. Düşmənimiz çoxdur və onlar bizin informasiya məkanında gördüyümüz hər bir işi izləyirlər, bu onları çox narahat edir. Hətta deyərdim ki, güc tətbiqi dövlətlər səviyyəsində mövcud təhdidlərdir. Bunun coğrafiyasına nəzər salsaq Rusiya, Ermənistan, İran, Çin, ABŞ kimi ölkələrdən bizim informasiya resurslarımıza güc tətbiqi xarakterli təhlükələr hər zaman aktualdır. Adını çəkdiyim digər istiqamətlər üzrə də ciddi təhdidlər mövcuddur. “Balıq ovu” (phishing) – adından da bəlli olduğu kimi birbaşa vətəndaşı təhdid edən bir təhlükədir.
İndi kiber hücumların və virusların necə və haradan qaynaqlanmasını təsbit etmək çətin deyil. Burada ehtimaldan çox fakt əsasdır. Biz bu faktlara uyğun işlər aparmalıyıq. Hücumların xarakter və haradan gəldiyini bilib ona uyğun güclü muhafizə sistemi hazırlamaq, vətəndaşların ov olmaması üçün təbliğat, maarifləndirmə işləri aparmaq, zərərverici yoluxmalara qarşı lisenziyalı təhlükəsizlik və antivirus proqramlarından istifadəni genişləndirmək – eləcə də bu istiqamətdə yerli antivirus proqramlarının istehsalını stimullaşdırmaq, sırf bu sahə üzrə kadr hazırlığı, təcrübə mübadiləsi bu işlərdəndir.

Bəzi ekspertlər hazırkı hücumda istifadə edilən “Petya” adlı virusun may ayında kompüter şəbəkələrini sıradan çıxarmış “WannaCry” virusundan daha zərərli olduğunu iddia edirlər. Sizcə davamlı olaraq 2 ay ardıcıl beynəlxalq şəbəkənin hücuma məruz qalması nə məqsəd daşıyır? Bu hücum Beynəlxalq səviyyədə hansı ciddi katoklizmlərə səbəb ola bilər?

“Petya” virusu çox təhlü​kəli və hiyləgər viruslardandır. Bu virusun əsas məqsədi kompüter şəbəkəsini sıradan çıxarmaq deyil. Yuxarıda adını çəkdiyim sosial mühəndislik istiqamətində hazırlanmış bir virusdur və məqsədi yoluxduğu faylların əsas bilgilərini şifrələməkdir. Bu virus yoluxduğu kompüterdə mövcud faylları şifrələyir, şifrələnmiş faylları açmaq üçün virusu göndərən xakerin maraqlarını təmin etmək məcburiyyətində qalacaqsınız, hətta xakerin istəkləri reallaşmasa sizin informasiyalar məhv edilmə və yayılma təhlükəsi ilə üz-üzədir. Sadə desək informasiyalarınız xakerin əlində girova çevrilir. Virusun əsas məqsədi onu yazan və yayan xakerlərin maraqlarını təmin etməkdir, başqa cür desək onlara pul qazandırmaqdır. Bu virusdan ciddi şirkətlər, fiziki şəxslər, dövlət qurumları çox ciddi maddi və mənəvi zərər çəkə bilərlər. ​
Ümumiyyətlə bu tip viruslara yoluxmamaq üçün e-poçt ünvanınıza gələn naməlum, şübhəli keçidlərə (link) daxil olmayın, nə olduğuna və kimdən göndərildiyinə əmin olmadığınız faylları açmayın, mütləq əhəmiyyətli fayllarınızı başqa bir yerdə, xarici yaddaş qurğularında saxlayın, lisenziyalı antivirus proqramlarından istifadə edin və daim yenilənməsinə diqqət edin.

Site Footer