Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya. (PDF)

pdfBuludxan Xəlilov. MÜASİR AZƏRBAYCAN DİLİ: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2013, 310 səh.

Dərslikdə müasir Azərbaycan ədəbi dili anlayışı, müasir Azərbaycan ədəbi dili fənni və onun başqa elmlərlə əlaqəsi, müasir Azərbaycan ədəbi dili fənninin şöbələrində öyrənilən məsələlər şərh olunur.

Fonetika, onun məqsəd və vəzifələri, növləri, əhəmiyyəti, Azərbaycan dilinin fonetik quruluşu və fonemlər sistemi, fonetik transkripsiya, səs, səsin fiziki (akustik), fizioloji, ictimai əlamətləri, danışıq səsləri və onların təsnifi, Azərbaycan dilinin saitlər və samitlər sistemi, heca, vurğu, avazlanma, intonasiya, Azərbaycan di- lində fonetik hadisə və qanunlar geniş izah olunur.

Dərslikdə yazı, əlifba, qrafika, orfoqrafiya və orfoepiya şöbələrinin öyrəndiyi məsələlər də öz əksini tapır.

Dərslikdən ali məktəblərin tələbələri, müəllimləri, magistrlər, elmi işçilər, orta məktəb müəllimləri faydalana bilərlər.

Dərslik barədə qeyd və təkliflərini çatdıracaq oxuculara müəllif qabaqcadan öz minnətdarlığını bildirir.

Site Footer