Dilçilik İnstitutunda professor Şükrü Halük Akalınla görüş keçirilib

Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Halük Akalın AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görüş keçirib.

İnstitutun direktoru AMEA-nın müxbir üzvü M.Nağısoylu qonağı institututda görməkdən məmnunluğunu bildirib.

Sonra H.Ş.Akalın Bakıda olmağı ilə bağlı xoş təəssüratlarını bildirib. Vurğulayıb ki, Dilçilik İnstitutu Azərbaycan ilə əlaqə yaratmaq üçün ən əlverişli təşkilatlardan biridir.

Sonra Dilçilik İnstitutu Kompüter dilçiliyi şöbəsinin böyük elmi işçisi Cahid İsmayıloğlu çıxış edərək, dilçiliyimizin gələcəyi naminə Türkiyə və Türkiyəli dilçi alimlərlə əməkdaşlıq etməyin vacibliyini vurğuladı: “Hal-hazırda Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması işində Türk Dil Qurumu ilə əməkdaşlıq etməyimiz, qurumun təcrübəsindən yararlanmaq problemin həllində əsas çıxış yoludur. Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin, eləcə də Azərbaycan dilində mətnlərin avtomatik səhv yoxlama – korrektor (Spell Checker) proqramının hazırlanması işləri ləngiyir. Türk Dil Qurumunun gördüyü işlər, alınan mühüm nəticələr bizin üçün çox gözəl nümunədir. Bu təcrübədən yararlamağımız üçün sıx əməkdaşlıq vacib şərtdir.”

Cahid.info

Site Footer