Müstəqilliyimizin əbədi olması arzusu ilə…!

 

“Düz 25 ildir ki, müstəqil ölkəyik. Elə bugünkü yağış da bizə sübut etdi ki, çatışmazlıqlarımız, söküb yenidən inşaa ediləsi, yenidən qurulası işlərimiz çoxdur. Əldə etdiyimiz dəyərlərdən bərk-bərk yapışmağı, bu dəyərlərə sahib çıxmağı da bu 25 il bizə öyrətdi. Bir sözlə, 25 il bizə çox şeyləri qazandırıb – ağı-qaradan seçə bilirik, dostumuzu-düşmənimizi tanıyırıq, əyri-əksiklərimizin fərqindəyik.

Uğurlarımız, problemlərimiz, ideyalarımız, planlarımız, hədəflərimiz çoxdur. Uzun-uzadı danışmağa, yazmağa, silsilə tədbirlər, yığıncaqlar keçirməyə, “tost” deməyə, təriflər yağdırmağa ehtiyac yoxdur. İşləmək, ortaya konkret nəticələr qoymaq lazımdır.

Müstəqilliyimizin əbədi olması arzusu ilə…!”

Cahid İsmayıloğlu

Site Footer