Cahid İsmayıloğlu: “Yaxın gələcəkdə ali təhsili müəssisələrinə qəbul imtahansız olmalıdır.”

cahid_blog_2016111

“Bugün Azərbacanda təhsil sahəsində köklü dəyişikliklərin edilməsi, ən azından bu dəyişikliklərə zəmin hazırlanması dövrün, dayanmadan inkişafda olan, dünyaya sürətlə inteqrasiya edən cəmiyyətin tələbidir.”

Bu sözləri gənc alim, Xəzər Universiteninin müəllimi Cahid İsmayıloğlu Ölkə.Az-a açıqlamasında qeyd edib.

“Yaxın gələcəkdə ümumi orta məktəb təhsilini müvəffəqiyyətlə başa vuranlar ali təhsili öz istək və arzularına uyğun seçib, azad şəkildə təhsillərini davam etdirə bilməlidirlər. Bunun üçün hər hansı bir imtahanın tətbiq edilməsi zamanın tələblərinə uyğun gəlmir. Birmənalı olaraq ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahansız, sərbəst şəkildə həyata keçirilməlidir. Bu Azərbaycan təhsil sistemində yeni bir erayanın başlanğıcı, ümumi orta məktəb təhsilindən doktoranturaya kimi təhsilin bütün pillələrində şəffaf, keyfiyyətli təhsilin həyata keçirilməsi üçün əsas ola bilər. Ən əsası yüksək ixtisaslı mütəxəssis hazırlığında konkret nəticələr əldə edilər, təhsil almaq bir öhdəlik, məcburiyyət, dəb, ənənə deyil hədəf, məqsəd və nəticə olar. Əsas hədəf sadəcə ali məktəbə qəbul olmaq deyil, məzun olmaq, yüksək ixtisaslı mütəxəssis olmaq olar. İnsanların taleyi saatlar, dəqiqələr ərzində deyil, böyük bir müddət içində həll olunar. Təcrübə sübut edir ki, imtahanla ali məktəblərə qəbul olanların böyük bir qismi sadəcə diplom əldə etməklə kifayətlənir, məzun olduğu sahə üzrə heç bir zaman çalışmır, məzun olmaq bir məcburiyyətə çevrilir və səriştəsiz, qeyri-peşəkar diplomlu şəxslərin sayı durmadan artıq”.

Xatırladaq ki, C.İsmayıloğlu bir müddət öncə də Azərbaycanda rus dilində tədrisin ləğv edilməsini təklif etmiş, bu isə ictimaiyyətdə böyük müzakirələrə səbəb olmuşdu.

Ölkə.Az

Join the discussion

“Kredo” qəzeti