Cahid İsmayıloğlu: “Ölkəmizdə bu gün mövcud multikultural və tolerant dəyərlərin qurucusu və qoruyucusu Azərbaycan xalqıdır.”

2

Gəncədə “Gənclər dini radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda konfrans keçirilib. Gəncədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “Gənclər dini radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda gənclər, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Samirə Həsənova Azərbaycandakı multikultiralizm ənənələri haqqında tədbir iştirakçılarına məlumat verib. Daha sonra çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, bu gün bütün dünyada din adı altında radikalizm və ekstremizm kimi qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, cəmiyyətin müxtəlif sosial təbəqələrindən olan insanların, xüsusilə də gənclərin bu proseslərdə alət kimi istifadə edilməsi cəhdləri açıq şəkildə ortadadır. Konfransda daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional bölməsi üzrə nümayəndəsi Asif Əliyev, AMEA Dilçilik İnsititutu Gənc Alimlər Şurasının sədri Cahid İsmayıloğlu, politoloq Əhməd Şahidov, eləcə də QHT, dini və ictimai qurumların, siyasi partiyaların təmsilçiləri çıxış edərək dini radikalizm və onun fəsadları barədə konfrans iştirakçılarına məlumat veriblər. Tədbirdə ölkəmizin dini tolerantlıq sahəsində dünyaya örnək olduğu, multikulturalizmin respublikamızda həyat tərzinə çevrildiyi diqqətə çatdırılıb.

5

1

3 4 Gəncə, 11 iyul, Rauf Hacıyev, AZƏRTAC

Join the discussion

“Kredo” qəzeti