Elmi seminar

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi seminarında filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıl oğlu Kazımovun “Azərbaycanda dil siyasəti və dil situasiyası: Ciddi müqavimətlər müstəvisində (1950-ci illər, stenoqramların dili ilə)” mövzusunda məruzəsi dinlənilib.
C.İsmayıloğlu çıxışında dedi ki, sovet dövründə (50-ci illər) Azərbaycan dilindən dövlət dili kimi istifadədə təcridolunma, kənarlaşma prosesləri baş vermişdir. Bu dövr həqiqətən də ziddiyyətli bir dövrdür, mühüm dil məsələlərinin müzakirəsi məhz bu dövrün də payına düşür. Dil siyasətində də sovet rejiminin ikili standartlardan çıxış etməsi hakim rus-erməni şovinist dairələrinin təsiri altında, öncə, türk-müsəlman xalqlarının milli-mənəvi, əxlaqi dəyərləri ilə yanaşı, milli ana dilinin işləkliyinə hər vəchlə mane olmaq, bu dili sıxışdırmaq, «sovet insanını, sovet xalqını» formalaşdırmaq adı altında, məqsədyönlü formada milli respublikalarda ruslaşdırma siyasətini həyata keçirməkdən başqa bir şey deyildi.
Qeyd etdi ki, islamçılıq və türkçülük ideyalarının sıxışdırılması nəticəsində əks-təsir, yəni türk-müsəlman xalqlarının qabaqcıl nümayəndələrində, ziyalılarında, ədiblərində milli fikir axtarışları, milli duyğular, milli təəssüfkeşlik hissləri güclənməyə başladı, milli dil, ana dili, yerlərdə ana dilinin dövlət dili kimi tanınması uğrunda gözə görünən və gözə görünməz şəkildə mübarizə başladı.

Cahid.info

2

3

Join the discussion

“Kredo” qəzeti