Verilişdə ədəbi dil normalarının pozulması məsələləri müzakirə edilib – Video

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi nəzərdə tutulub. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarının Bakının Nəsimi, Səbail və Nərimanov rayonlarında apardıqları monitorinqdə küçə adları, afişa və reklamların dilinin normaya uyğunluğu nəzərdən keçirilib.
Son dövrlərdə Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi müşahidə olunur.
Azərbaycan dilindən istifadə zamanı yol verilən qüsurların aradan qaldırılması, dilimizin qrammatik qaydalarına əməl olunması çox vacib məsələdir. Azərbaycan dilindən həyatın bütün sahələrində daha dolğun, qanunauyğun şəkildə istifadə olunması üçün maarifləndirmə işinin aparılması və ictimai diqqətin bu işə cəlb edilməsinə səylərin artırılması olduqca zəruridir.

Cahid.info

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

0
Would love your thoughts, please comment.x
()
x