Cahid İsmayıloğlu ilə Azərbaycan dilinin qorunması, tarixi, bugünkü vəziyyəti haqqında söhbət

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Kompüter dilçiliyi şöbəsinin böyük elmi işçisi Cahid İsmayıloğlu ilə Azərbaycan dilinin qorunması, tarixi, bugünkü vəziyyəti haqqında söhbət.

“Azərbaycan dili ölkəmizin siyasi, ictimai, elmi və mədəni həyatı ilə qırılmaz şəkildə bağlıdır, bu sahələrin inkişafını birbaşa təmin edir.”

“Hər bir xalqın mədəni irsinin, milli dəyərlərinin əsasını onun doğma dili təşkil edir. Azərbaycan xalqının da mədəni-milli irsinin əsası Azərbaycan dilidir. Azərbaycan dili ümummilli dəyərlərimizin əsas faktorlarındandır. Bu gün dünyada gedən qloballaşma prosesi yalnız Azərbaycanın iqtisadi sahələrində deyil, həm də mədəni sahələrində ciddi dönüş yaratmaqdadır.”

“2-ci Türkoloji Qurultay Bakıda keçirilə bilər. 1-ci Türkoloji Qurultay öz işini 1926-cı ilin fevral ayının 26-da başlamış və martın 6-na kimi davam etdirmişdir. Qurultay Azərbaycanın paytaxtı Bakı şəhərində çağırılmışdır. O vaxtdan sonra türk xalqlarının keçmişi və gələcəyi ilə bağlı ən vacib məsələləri müzakirə obyektinə çevirən belə bir qurultay olmamışdır.”

Site Footer