Azərbaycan ədəbi dilinin tarixi (1-ci və 2-ci hissə) (PDF)

pdf • Tofiq İsmayıl oğlu Hacıyev. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı: “Elm”, 2012, 476 səh.

pdf • Tofiq İsmayıl oğlu Hacıyev. Azərbaycan ədəbi dilinin tarixi. II hissə. Bakı: “Elm”, 2012, 392 səh.

 

Universitetlərin filoloji fakültələri üçün nəzərdə tutulan bu dərslik “Azərbaycan ədəbi dilinin tarixi” proqramı əsasında yazılmışdır. Ədəbi dilin tarixi dövrlər üzrə ardıcılıqla təhlil olunur. Dövrlərin müəyyənləşməsində dilxarici hadisələr də nəzərə alınmaqla, dildaxili faktlara, üslubların yaranma və inkişafına, normanın tarixi təkamülünə xüsusi diqqət yetirilir.
Azərbaycan ədəbi dilinin yazıyaqədərki dövrünə aid xeyli material verilir. Dövr və mərhələlərin dil nümunələri əsasında aparıcı üslub üzərində geniş dayanılır. Ədəbi dilin zənginliyini, kamilliyini və milli məzmununu daha çox əks etdirdiyinə görə, dilçilikdəki ənənə də nəzərə alınaraq, bədii üsluba daha geniş yer ayrılır.
Cəmiyyətin inkişafı və tarixi şəxsiyyətlərin yetişməsi ilə ədəbi dilin səviyyəsi arasında uyğunluq dərslikdə əyani göstərilir.

Site Footer