AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Tədbir elmlər doktoru hazırlığı üzrə doktorluq dissertasiya mövzularının müzakirəsi və təsdiqi məsələsinə həsr olunmuşdur.
AMEA prezidenti, akademik Akif Əlizadə «Azərbaycan mühitində dil situasiyası və dil siyasəti» adlı dissertasiya mövzusunun müzakirəsi zamanı gələcək tədqiqatın əhəmiyyətindən danışıb, mühüm aktuallıq kəsb edən dissertasiya mövzularının seçilməsinin vacibliyini qeyd edib.
Doktorant Cahid İsmayıloğlu çıxış zamanı ilk olaraq onu qeyd edib ki, “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın əsas vəzifələri sırasında olan Azərbaycanda dil situasiyalarının öyrənilməsi, Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi istiqamətində mütamadi həyata keçirilməlidir”.
Tədbirdə doktorantların dissertasiya mövzuları müzakirə edilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Cahid.info

Join the discussion

“Kredo” qəzeti