SAY

1. SAY. Ümumi qrammatik mə`nasına görə əşyanın miq-da-rı-nı və ya sırasını bildirən əsas nitq hissəsinə say deyilir. Say neçə? nə qədər? və ya neçənci? suallarından birinə cavab olur.
Say bir qayda olaraq isimlə bağlı olur, isimdən (əşyadan) əv-vəl işlənir. Məs: beş dəftər, ikinci sinif, xeyli adam və s. Saylar cü-mlədə ən çox tə`yin vəzifəsində işlənir. Məs: Murad beşinci sinifdə oxuyur. Toya çoxlu qonaq çağırılmışdı və s. 
1. SAYLARIN QURULUŞCA NÖVLƏRI. Sayların quru-luş-ca üç növü var: sadə, düzəltmə, mürəkkəb-tərkibi.
a) Sadə saylar. Sadə saylar bir kökdən ibarət olur və sözün tərkibində sözdüzəldici (leksik) şəkilçi iştirak etmir. Məs: bir, beş, az, çox, min və s.
b) Düzəltmə saylar. Tərkibində leksik şəkilçilər olan saylar dü-zəltmə saylar adlanır. Məs: beş-inci, yüzlər-lə, minlər-cə və s.
c) Mürəkkəb saylar. Mürəkkəb-tərkibi saylar ən azı iki söz-ün birləşməsi ilə yaranır. Məs: beş-altı, on-on beş, bir çox, üçdə bir, sıfır tam onda beş və s.
Mürəkkəb saylar defislə, tərkibi saylar isə ayrı yazılır. Məs: beş-altı, üç-dörd (mürəkkəb), əlli beş, yüz altmış altı (tərkibi) və s.
2. SAYIN MƏ`NA NÖVLƏRI. Sayın mə`naca iki növü var: miqdar say-ları, sıra sayları.
1. Miqdar sayları. Miqdar sayları əşyanın miqdarını bildirir, neçə? nə qədər? suallarından birinə cavab olur. Miqdar saylarının aşağıdakı növləri var:
a) Müəyyən miqdar sayları. Müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirir, neçə? nə qədər? suallarına cavab olur. Məs: üç(neçə?) alma, yüz (nə qədər?) qələm və s.
Müəyyən miqdar saylarından sonra gələn isim cəm şəkilçisi qəbul etmir. Məs: 5 kitab, 10 qələm (5 kitablar, 10 qələmlər demək və yazmaq olmaz).
Müəyyən miqdar sayları ilə isim arasında nəfər, baş, dənə, ədəd, cüt, dəst, kiloqram, metr, litr kimi bir çox sözlər işlənir ki, bu cür sözlərə numerativ sözlər deyilir.
– Nəfər sözü ancaq insan bildirən isimlərdən əvvəl işlənir. Məs: üç nəfər şagird, on nəfər fəhlə və s.
– Baş sözü, əsasən, heyvan bildirən isimlərdən əvvəl işlənir. Məs: beş baş qoyun, doqquz baş inək və s.
– Ədəd, dənə sözləri cansız əşya bildirən isimlərdən əvvəl gə-lir. Məs: on dənə alma, altı ədəd dəftər və s. 
– cüt və dəst sözləri qoşalıq bildirmək üçün işlədilir. Məs: bir cüt corab, iki dəst paltar və s.
Bunlardan əlavə göz (5 göz otaq), parça (bir parça torpaq), tikə (bir tikə qənd), qaşıq (beş qaşıq dərman), top (iki top çit) söz-ləri də sayla isim arasında işlənə bilir.
b) Qeyri-müəyyən miqdar sayları. Əşyanın konkret miqdarını göstərməyən saylara qeyri-müəyyən miqdar sayları deyilir. Qeyri-müəyyən miqdar sayları nə qədər? sualına cavab olur. Məs: beş-on dəftər, bir-iki söz və s.
– Az, çox, xeyli, bir çox, bir qədər, onlarla, yüzlərlə, yüzlərcə və s. sözləri qeyri-müəyyən miqdar saylarıdır.
– 5-6, 10-15 tipli saylardan əvvəlki rəqəmlər “ən azı”, sonrakı rəqəmlər isə “ən çoxu” mə`nalarını ifadə edir.
– Az, çox saylarından əvvəl lap, ən, daha sözlərini də işlətmək olar. Məs: ən az, lap çox, daha çox və s.
– Bir sıra, bir çox saylarından sonra gələn isimlər cəmdə olur. Məs: bir sıra qəzetlər, bir çox adamlar və s.
– Çox, onlarla, onlarca, yüzlərlə, yüzlərcə tipli saylardan son-ra gələn isimlər həm təkdə, həm də cəmdə ola bilər. Məs: çox adam (adamlar), onlarla şəhər (şəhərlər) və s.
– Digər qeyri-müəyyən saylardan sonra gələn isimlər həmi-şə təkdə olur.Məs: xeyli tamaşaçı, çoxlu adam və s. 
c) Kəsr sayları. Kəsr sayları ya hissəni, ya da tamın hissəsini bildirir, nə qədər? neçə hissə? suallarından birinə cavab olur. Məs: üçdə iki (2/3), bir tam onda beş (1,5) və s.
2) Sıra sayları. Əşyanın sırasını bildirən, neçənci?, bə’zən də hansı? sualına cavab olan saylar sıra sayları adlanır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı4, saitlə bitənlərin sonuna -ncı4 şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s.
Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı4 şəkilçi qəbul edə-rək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s.
3) SAYLARIN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ. Bütün tər-ki-bi saylar ayrı (on dörd, yüz əlli iki və s.), mürəkkəb saylar isə defislə yazılır.(beş-altı, on-on və s).
– Sıra sayları ərəb rəqəmləri ilə (1,2,3,4,5,6,7,8,9) yazıldıqda on-lardan sonra -ıncı4 (-ncı) əvəzinə -cı4 şəkilçisi işlənir. Məs: 5-ci, 9-cu, 16-cı, 80-ci və s.
– Roma rəqəmlərindən sonra heç bir sıra şəkilçisi yazılmır. (I,II,III,IV, V, VI, VII, VIII, IX, X və s). I fəsil, IX əsr və s.
– Sıra saylarından sonra (ərəb rəqəmli saylar) nöqtə və ya ya-rımmö`tərizə də işlənə bilər. Məs: 5. 5) və s.
4) SAYIN ISIM KIMI IŞLƏNMƏSI. Say isimsiz işlən-dik-də onun xü-susiyyətlərini qəbul edərək isimləşir. Bu zaman say isim kimi hallanır, mənsubiyyət şəkilçisi qəbul edir, kim? və ya nə? (müxtəlif hallarda) suallarına cavab olur, cəmlənə bilir, cümlədə mübtəda və ya tamamlıq rolunda çıxış edir. Məs: Jəkkiz (nə) ondan (nədən) azdır. Beşincilər qalib gəldilər.

A. beş mənim beş-im
Y. beşin sənin beş-in
Yön. beşə onun beş-i
T. beşi bizim beş-imiz
Yer. beşdə sizin beş-iniz
Ç. beşdən onların beş-i (ləri)

Sayın təhlil qaydası

1) cümlədə qrammatik mə`nası, sualı.
2) Hansı isimlə bağlı olması.
3) Quruluşca növü.
4) Mə`naca növü.
5) cümlədə rolu.

Site Footer