SİFƏT

1. Ümumi qrammatik mə`nasına görə əşyanın əlamətini bil–dirən əsas nitq hissəsinə sifət deyilir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur.
Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox tə`yin və xəbər vəzifəsində işlənir.
Sifət xəbər yerində o zaman çıxış edir ki, isimdən əvvəl işlə-dil-məsin və müvafiq xəbərlik şəkilçilərini (gözələm, gözəlsən, gö-zəldir, gözəllik, gözəlsiniz və s.) qəbul etsin. Misallara diqqət edək. Yaxşı (necə?) adam, yaraşıqlı (nə cür?) qız, evdəki (hansı?) adam. Sevda gözəl qızdır. Sevda gözəldir. 
Qeyd: Birinci növ ismi birləşmələrdəki birinci, yə`ni asılı tərəf isimlə ifadə olunduğu halda belə, cümlədə tə`yin rolunda çıxış edir və bu sözlər təhlil zamanı necə? nə cür? hansı? suallarına cavab olurlar. Bu tipli sözləri sifət saymaq olmaz. Bunlar isimdirlər. Məs: qızıl üzük, gümüş qaşıq, daş hasar və s.
Sifətlər rəng (ağ, qırmızı, qara, yaşıl və s.), dad (şirin, acı, turş və s.), həcm (iri, uzun, gödək və s.), keyfiyyət (çalışqan, ali-cə-nab, qoçaq və s.), zahiri görkəm (nurani, qoca, gənc və s.) bildirirlər. 
2. SIFƏTIN QURULUŞCA NÖVLƏRI. Dilimizdəki si-fət-lər quruluşca üç qismə ayrılır: sadə, düzəltmə, mürəkkəb sifətlər. 
1) Sadə (əsli) sifətlər. Bir kökdən ibarət olan, sözdüzəldici şəkilçinin iştirak etmədiyi sifətlər sadə sifətlər adlanır. Məs: ağ, turş, yaxşı, pis, nəm, yaşıl və s.
2) Düzəltmə sifətlər. Ayrı-ayrı sözlərin sonuna leksik (söz-düzəldici) şəkilçilərin artırılması ilə düzələn sifətlərə düzəltmə si-fət-lər deyilir. Düzəltmə sifətlər, əsasən, isimlərin və fe`llərin jo-nuna leksik şəkilçilər artırmaqla yaranır. Buna görə də düzəltmə sifətlər iki qrupa ayrılırlar: 1) isimdən düzələn sifətlər; 2) fe`ldən düzələn sifətlər.
3) İsimdən düzələn sifətlər. İsimdən sifət düzəltmək üçün, əsasən, aşağıdakı şəkilçilərdən istifadə olunur. 
a. -lı4. Bu şəkilçilərlə keyfiyyət, dad, xasiyyət, əlamət və s. bildirən sifətlər yaranır. Məs: ağıl-ağılclı (adam), iradə-iradəcli (oğlan), duz-duzclu (xörək) və s.
b. -sız4. Bu şəkilçi ilə -lı4 şəkilçisindən yaranan sifətlərin mənfi mə’na çalarını ifadə edən sifətlər yaranır.Məs: dad-sız (xörək), iradə-siz (oğlan) və s. 
c. -cıl4. Bu şəkilçilər vasitəsilə bacarıq, xasiyyət və s. bildirən sifətlər əmələ gəlir. Məs: qohum-cul (kişi), ölüm-cül (yara), qo-naq-cıl (adam) və s.
ç. –dakı2. Bu şəkilçilərin köməkliyi ilə keyfiyyət, hal-və-ziyyət və s. mə`naları ifadə edən sifətlər yaranır. Məs: ev-dəki (adam), bağ-dakı (ağac), dəniz-dəki (balıq) və s.
d. -ı4 (-yı,-yi). Bu şəkilçi ilə əsasən, rəng və əlamət bildirən si–fətlər əmələ gəlir. Məs: palıd-ı (rəng), gümüş-ü (saç), armud-u (jtəkan), sürmə-yi (papaq) və s.
e. -i,-vi. Bu şəkilçilər nisbət və aidiyyət bildirən sifət dü-zəl-dir-lər. Məs: tarix-i (hadisə), inqilab-i (fəaliyyət), kütləv-i (tədbir) və s. 
Qeyd: Dilimizdə az işlənən bi- (biədəb (uşaq)), na- (naxələf (öv-lad)), la- (laqeyd (rəhbər)), anti- (antifaşist (koalisiya)), -baz (kələkbaz (uşaq)), -pərəst (şöhrətpərəst (qadın)) və s. bu kimi başqa dillərdən dilimizə keçən şəkilçilər də isimdən sifət düzəldə bilirlər. 
4) Fe`ldən düzələn sifətlər. Fe`llərdən sifət düzəltmək üçün aşa-ğıdakı şəkilçilərdən istifadə olunur. 
a. -ağan, -əyən. Bu şəkilçilər vasitəsilə xasiyyət bildirən sifətlər əmələ gəlir. Məs: küsəyən (uşaq), qaçağan (at) və s.
b. -qan, -kən. Bu şəkilçilərlə xasiyyət və keyfiyyət bildirən si-fətlər yaranır. Məs: çalışqan (tələbə), sürüşkən (yer) və s.
c.-qın, -kin, -qun, -kün, -ğın, -gin, -ğun, -gün. Bu şəkilçilər kar və cingiltili samitlə bitən fe`l kök-lərinə artırılır. Məs: tutqun (hava), coşqun (dəniz), kəskin (söz) azğın düşmən, yorğun adam və s.
ç. -ıcı4 (-yıcı4). Bu şəkilçilərlə vəzifə, bacarıq, keyfiyyət və s. bil-dirən sifətlər düzəlir. Məs: alıcı (quş), yuyucu (toz), keçici (bayraq), qurucu (adam) və s.
d. -ıq4 (-q,-k). Bu şəkilçilərlə əsasən, hal-vəziyyət və keyfiy-yət bildirən düzəltmə sifətlər yaranır. Məs: sök-ük (divar), böyü-k (qardaş), soyu-q (su), əz-ik (pul) və s.
e. -ınc4. Məs: qorxunc (iş), gülünc (hadisə) və s. 
ə. –ma4. Bu şəkilçi ilə həm fe’llərdən isim, həm də sifət dü-zə-lir. Məs: vuruşma, dolma (isim), gəlmə (adam), hörmə (saç) – si-fət və s.
5) Mürəkkəb sifətlərin əmələ gəlməsi və yazılışı. Mürəkkəb sifətlər aşağıdakı yollarla əmələ gəlir və yazılır. 
1. İki sadə sözün birləşməsindən əmələ gəlib bitişik yazılanlar. Məs: şirindil (uşaq), qaraqaş (oğlan) və s.
2. Birincisi fe’ldən, ikincisi isimdən düzələn iki düzəltmə sifətin birləşməsi ilə əmələ gəlib bitişik yazılanlar. Məs: açıqqəlbli (in-san), soyuqqanlı (əsgər) və s. 
3. Bir sadə, bir düzəltmə sözün birləşməsi ilə yaranıb bitişik yazılanlar. Məs: çoxhecalı (söz), üçtelli (durna) və s.
4. Mənsubiyyət şəkilçili sözün iştirakı ilə yaranıb bitişik yazılanlar. Məs: fakültələrarası (yarış), stolüstü (oyun) və s.
5. Sadə və düzəltmə sifətlərin təkrarı ilə yaranıb əlamətin çoxluğunu bildirən və defislə yazılanlar. Məs: sərin-sərin (sular), dadlı-dadlı (meyvələr) və s.
6. Biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin birləş-məsi ilə yaranıb defislə yazılanlar. Məs: əyri-üyrü (küçələr), kələ-kötür (yol) və s.
7. Yaxın və ya əks mə’nalı sözlərin birləşməsindən əmələ gə–lib defislə yazılanlar. Məs: bağlı-bağatlı (kənd), irili-xırdalı (evlər) və s.
6) SIFƏTIN MÜQAYISƏ DƏRƏCƏLƏRI. Sifətin üç dərəcəsi var: adi dərəcə, azaltma dərəcəsi, çoxaltma dərəcəsi. Bun-lar əşyanın əlamətinin üç dərəcədə: normal, normadan az və normadan çox olması ilə bağlıdır. 
1. Adi dərəcə. Əlamətin adi halda olduğunu bildirən dərəcəyə sifətin adi dərəcəsi deyilir. Adi dərəcə digər dərəcələr üçün ölçüdür. Azaltma və çoxaltma dərəcələri bu dərəcənin əsasında müəyyənləşdirilir. Bu dərəcənin heç bir xüsusi şəkilçisi yoxdur. Məs: qırmızı (alma), ağ (kağız) və s. 
2. Azaltma dərəcəsi. Əlamətin adi halından az olduğunu bildirən dərəcəyə sifətin azaltma dərəcəsi deyilir. Bu dərəcəni düzəltmək üçün adi dərəcədə olan bə’zi sifətlərin sonuna –ımtıl4, -raq2, -ımtraq, -mtraq, -sov, -ımsov, -ümsov şəkilçilərindən biri artırılır. Məs: ağ-ım-tıl (kağız), uzun-sov (daş), yaxşı-raq (iş) və s.
Azaltma dərəcəsini düzəltmək üçün bə’zən açıq və təhər sözlərindən də istifadə olunur. Açıq sözü sifətin əvvəlinə artırılaraq ondan sonra defis (-) işarəsi qoyulur. Məs: açıq-sarı, açıq-qırmızı və s. Təhər sözü isə sifətdən sonra işlədilir. Məs: qırmızı təhər, sarı təhər və s.
3. Sifətin çoxaltma dərəcəsi. Əlamətin adi haldan çox oldu-ğu-nu bildirən dərəcəyə sifətin çoxaltma dərəcəsi deyilir. Çoxalt-ma dərəcəsi aşağıdakı üsullarla düzəlir:
a. Adi dərəcədə olan sifətlərə –ca2 şəkilçisi artırmaqla. Bu zaman sifətin leksik mə’nası qüvvətləndirilir. Məs: zorba – zorbaca (it), körpə – körpəcə (uşaq) və s.
b. Sifətin ilk hecasının son samiti m, p, r samitlərindən biri ilə əvəz edilir və eyni sifətin əvvəlinə artırılır. Əgər sifətin ilk he-ca-sının sonunda samit olmasa, saitlə bitən həmin hecaya (açıq he-caya) bu samitlərdən biri əlavə edilir. Məs: təmiz-tərtəmiz (paltar), qırmızı-qıpqırmızı (alma), təzə-təptəzə (ayaqqabı), yaşıl-yamyaşıl (yarpaq) və s.
c. Adi dərəcədə olan sifətlərin əvvəlinə daha, ən, lap, olduqca ədatlarından biri, düm hissəciyi və ya tünd sözü artırılır. Bunlardan düm bitişik, tünd defislə, qalanları isə ayrı yazılır. Məs: dümağ (parça), tünd-qırmızı (alma), ən gözəl (kitab), daha maraqlı (roman) və s.
7) SIFƏTIN ISIM KIMI IŞLƏNMƏSI. Əlamət bildirən söz (sifət) cümlədə əşya bildirən sözü (ismi) əvəz edə bilir, yə’ni isi-mləşərək cü-mlədə mübtəda və tamamlıq yerində işlənir. Belə sifətlərə isi-mləşmiş (substantivləşmiş) sifətlər deyilir.
Sifətlər isimləşəndə ismin suallarına cavab olur. Məs: 
1)Qır-mızı (nə?) qaradan (nədən?) daha yaxşıdır. 
2) Qoca (kim?) zorla nəfəs alırdı.

Sifətin təhlil qaydası

1. Ümumi qrammatik mə’nası və sualları
2. Quruluşca növü
3. Dərəcəsi
4. Əlaqədar olduğu söz
5. cümlədə rolu

Site Footer