SÖZ YARADICILIĞI

1. SÖZ YARADICILIĞININ ƏSAS VASITƏLƏRI. Söz yaradıcılığı dil haq-qında elmin xüsusi bir bölməsidir. Bu bölmədə sözlərin hansı üsul və vasitələrlə yaranmasından bəhs olunur.
Dilimizdə söz yaradıcılığının vasitələri müxtəlif olsa da, bun-ların ikisi daha əsasdır.
1) Leksik (sözdüzəldici) şəkilçilərin vasitəsilə yeni sözlərin yaranması; Məs: dağ-dağclıq, dəmir-dəmircçi, duz-duzclu, yaz-yazcıcçı, ək-əkcin və s.
2) Sözlərin birləşməsi ilə yeni sözlərin yaranması; Məs: uca və boy=ucaboy, gün və baxan=günəbaxan və s.
2. DÜZƏLTMƏ SÖZLƏRIN ƏMƏLƏ GƏLMƏSI. Leksik (sözdüzəldici) şəkilçilər vasitəsilə əmələ gələn sözlərə dü-zəl-tmə sözlər deyilir. Məs: qış-qışlaq, məktəb-məktəbli, kö-mür-kömürçü, yağ-yağsız, sə-nət-sənətkar və s.
3. EYNIKÖKLÜ SÖZLƏR. Eyni bir kökdən əmələ gələn sözlər eyniköklü sözlər adlanır. Məs: baş – başçı, başlıq, baş-la(maq), başla-nğıc; ot-otluq, otlu, otlaq; göz-gözlük, gözlə və s.
Eyniköklü sözlər həm eyni bir nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilir; Məs: bağ – bağça, bağlıq, bağban (hamısı isim-dir); yağ – isim, yağlı – sifət, yağla – fe’ldir.
Eyniköklü sözlərin kökü mütləq eyni nitq hissəsinə aid olur. Eyni nitq hissəsinə və müxtəlif nitq hissələrinə aid olan omonim kök-lərdən yaranmış sözlər eyniköklü söz sayılmır. Məs: gülçü, gül–lük, gülüstan, güləyən; bağban – bağlıq, bağlamaq; yağlı, ya-ğ-sız, yağış və s. Nümunələrdəki güləyən, bağlamaq, yağış sözləri yuxarıda qeyd olunmuş qaydalardan göründüyü kimi, əvvəlki söz-lərlə eyniköklü sayıla bilməz. Qrammatik şəkilçilər yeni söz əmələ gətirə bilmədiyi kimi, eyniköklü sözlər də yarada bilmirlər. Bir nümunəyə diqqət edək. Məs: kitab, kitabın, kitaba, kitabı, ki-tabdan və s. Göründüyü kimi, burada sözün forması dəyişsə də, lek-sik məzmununda dəyişiklik olmamışdır.
Qeyd: Həm söz kökləri, həm də eyniköklü sözlər formasına görə dəyişə bilir və bu zaman sözün leksik mə’nasında heç bir dəyişiklik baş vermir. Məs: işin, işdə, işçinin, işçidə, işçiyəm, işçidir, işləyir, işləyəcək və s.
4. İKI VƏ DAHA ARTIQ SÖZDÜZƏLDICI ŞƏKILÇISI OLAN DÜZƏLTMƏ SÖZLƏR. Dilimizdə elə düzəltmə sözlər var ki, onlar köklərə iki və ya daha artıq sözdüzəldici (leksik) şəkilçinin qoşulması ilə əmələ gəlir, yə’ni düzəltmə sözdən digər bir düzəltmə söz də əmələ gəlir. Məs: yaz-yazcı, yazıcçı, yazıçıclıq; ək-əkcin, əkincçi, əkinçiclik; əl-əlcə, ələck, ələkcçi, ələkçiclik və s.
Qeyd: Üzr, üzv, hökm, rəhm, sədr kimi sonu iki samitlə bitən təkhecalı sözlərdən «üzrlü», «üzrsüz», «rəhmli», «sədrlik», «üzvlər», «hökmdar» kimi sözlər düzəltdikdə üç samitin yanaşı gəl-mə-si tələffüzü çətinləşdirir. Buna görə həmin sözlər [üzürlü], [üzür-süz], [rəhimli], [sədirlik], [üzüvlər], [hökümdar] kimi tələffüz olunur.
Sonu iki kar samitlə bitən sözlərə samitlə başlanan hər cür şəkilçi artırıldıqda, həmin samitlərdən ikincisi tələffüz olunmur. Məs: dostluq [dosluq], neftçi [nefçi), sərbəstlik [sərbəslik), poçtdan [poşdan), üstdə [üsdə) və s.
5. MÜRƏKKƏB SÖZLƏRIN ƏMƏLƏ GƏLMƏSI VƏ YAZILIŞI. İki və daha artıq sözün birləşməsi ilə əmələ gələn yeni mə’nalı sözlər mürəkkəb sözlər adlanır.
Mürəkkəb sözlər müxtəlif yollarla əmələ gəlir:
1) İki müxtəlif mə’nalı sözün birləşməsi ilə əmələ gəlib bitişik yazılanlar. Məs: ayaqqabı, suiti, baramaqurdu, əlüstü və s.
2) Yaxın mə’nalı sözlərin birləşməsindən əmələ gəlib defis-lə yazılanlar. Məs: oğul-uşaq, qapı-pəncərə, toyuq-cücə və s.
3) Antonim sözlərin birləşməsindən əmələ gəlib defislə ya-zı-lanlar. Məs: böyük-kiçik, gec-tez, az-çox, dərə-təpə və s.
4) Eyni sözün təkrarı ilə yaranıb defislə yazılanlar. Məs: üz-üzə, səhər-səhər, yavaş-yavaş və s.
5) Məcazi mə’nalı iki sözün birləşməsindən əmələ gəlib bitişik yazılanlar. Məs: üzüyola, suyuşirin və s.
6) Tərəflərdən biri ayrılıqda işlənməyən sözlərdən əmələ gəlib defislə yazılanlar. Məs: kağız-kuğuz, əzik-üzük, bəzək-dü-zək, çör-çöp və s.
7) Əvvəlinci hissəsi «qeyri» sözündən ibarət olub defislə yazı-lanlar. Məs: qeyri-adi, qeyri-müəyyən, qeyri-dəqiq və s.
Qeyd: Mürəkkəb fe’llər (kömək etmək, razı qalmaq, şad olmaq və s.), mürəkkəb saylar (on iki, otuz beş və s.) ayrı yazılır.

Site Footer