Səfəvilər dövründə Azərbaycan Türk dili

XVI əsr bədii ədəbiyyatın, rəssamlıq və nəqqaşlığın, elmin və mədəniyyətin, sosial-ictimai münasibətlərin intensiv inkişaf etdiyi, el sənətinin, sənətkarlığın yüksəlişi, «Kitabi-Dədə Qorqud» kimi əzəmətli abidələrin yenidən yazıya alındığı, fars mühitində türk dilinin saraylara yol açdığı, hər sahədə milli özünüdərkin, milli oyanışın gücləndiyi bir dövrdür.

Həmin əsr Azərbaycanın tarix səhnəsinə Səfəvilər dövlətini yetişdirdi. Səfəvilər Azərbaycanın beşiyi –əsas vətən, yurd sayılırdı. Dövlətin əsasını türk kütləsi təşkil etdiyindən türk dili də dominant rolunu oynamağa başladı. Kiçik feodal əyalətlərin vahid mərkəzdə birləşdirilməsində ordu ilə yanaşı, türk sözünün nüfuzu və kəsəri artdı. Şah İsmayıl dövlət xadimi kimi Azərbaycan türk dilini saraylarda da işləkliyi üçün münbit tarixi-siyasi şərait yarada bildi.

O, ölkədəki xırda feodal hakimlərinin əl-ayağını bir yerə yığmaq, mərkəzləşmiş dövlət yaratmaq və Osmanlı sultanlığına qarşı təsirli mübarizə aparmaq üçün şiəliyi yalnız dini deyil, eyni zamanda siyasi və fəlsəfi bir bayrağa çevirdiyi zaman şiəliliyə zidd olan görüşlər şiddətli təqib olunur, bu görüşləri yaymaqda ittiham edilənlər isə ağır cəzalanırdılar.

Beləliklə, hələ özünü yeniyetməliyindən güclü şəxsiyyət kimi göstərmiş Şah İsmayıl, eyni zamanda ana dilini, sənəti, sənətkarı, xüsusən də söz sənətini sevmiş, yüksək qiymətləndirmişdir. O.Əfəndiyev yazırdı ki, XV əsrin ikinci yarısından ana dilinin işləkliyi genişlənir, şah İsmayıl şeirlərini Xətai təxəllüsü ilə Azərbaycanda dilində yazır. Türk dili səfəvi monarxları, zadəganları arasında fars dilini həmişə sıxışdırırdı, üstün gəlirdi. Ana dili məsələləri Şah İsmayılın siyasi və dini marağına çevrilmişdi. Kak mı skazali, v period Sefevidov, vse dela naxodilisğ v rukax törkov, pri ix dvorax i v Tebrize, i v Kazvine, i v İsfaxane, qovorili po-törkski» (Эфендиев О.А. Азербайджанское государство Севевидов в ХВЫ в. Баку, 1981:132)

İran alimləri bu xüsusda narahatlıqlarını büruzə verirdilər. «В эпоху, когда сладностный  персидский язык в Османской империи, в Индии был языком политики и благовоспитанинности, он сделал тюркский язык официальным языком иранского двора. Даже сам он сочинял стихи исключителбно на тюркском языке и этот чужой язык нашел такое распространение при дворе Сефевидов, что до конца правления этой династии и даже после этого он оставался официальным языком двора…При иранском дворе говорили по-тюркски… Шах Исмаил слагал стихи на тюркском языке.  (yenə orada: 136 ). Bununla belə, yüksək hərbi-siyasi dairələrdə də türk dilində danışırdılar. Haqlı olaraq, Azərbaycanın görkəmli dilçisi Ə.Dəmirçizadə böyük miqdarda türkdilli hərbi və rütbə adlarının türk mənşəli olduğunu və orduda, əyalətlərdə «top», «qoşun», «tüfəng», «baydaq» (bayraq), «barut», «yüzbaşı», «yaraq», «topçu», «tüfengçi», «ordubaşı», «yağı», «yasaq», «ocaq» və s. söz və terminlərin işləkliyini göstərmişdir.

Azərbaycan dilini ilk dəfə dövlət dili elan edən Şah İsmayıl Xətai, təbii olaraq, «türk dili» ifadəsinə üstünlük vermişdir. Şah İsmayıl Azərbaycanın həqiqi müstəqilliyinə çalışmış, ona görə də Anadolu türkləri ilə qarışmamaq, müstəqil Azərbaycanın müstəqilliyini əbədi etmək üçün osmanlıların sünni məzhəbi müqabilində şiəliyi genişləndirməklə yanaşı, dövlət dilini və onun adını da beynəlxalq aləmə tam fərqli şəkildə- xalqın işlətdiyi kimi «türk dili» şəklində çatdırmış və bu hal «azəri dili» terminin daha çox məhdudlaşmasına səbəb olmuşdur.

Səfəvilər dövründə «saray adamlarının dili türk dili olmuşdur» (Azərbaycan tarixi üzrə qaynaqlar. Azərbaycan Universiteti Nəşriyyatı, Bakı, 1989, s. 185).

Başqa bir mənbə 1685-1694-cü illərdə Azərbaycanda olmuş alman alimi Engelbert Kempferə istinadən yazır: «Səfəvilər sülaləsinin ana dili olan türk danışığı İran sarayında geniş yayılmış dildir. Bu dil ölkə əhalisinin adi danışıq dilindən seçilir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır» (Bax: S.M.Onullahi, A.Q.Həsənov. Səfəvi hökmdarlarının daha iki naməlum məktubu haqqında. ADU, Elmi əsərlər, tarix və fəlsəfə seriyası, 1974, № 4, s.85).

Daim müxtəlif imperiyalar tərkibində olması nəticəsində Azərbaycan xalqı öz dilindən az hallarda dövlət dili kimi istifadə edə bilmişdir. Şübhəsiz, Manna, Mada dövründə aparıcı aborigen tayfalar olan mannalıların, madalıların dili rəsmi dövlət kimi fəaliyyətdə olmuşdur. Lakin Əhəməni, Sasani imperiyalarının və Xilafətin tərkibində geniş türk dilli əhalinin işlətdiyi dil başqa, rəsmi dövlət dili başqa dil olub. Əsrlərlə davam edən bu prosesi Şah İsmayıl dayandırıb. Şah İsmayılın göstərişi ilə xalq ilk dəfə öz dilindən ali məclislərdə, yazışmalarda, diplomatik sənədlərdə həvəslə istifadə etmişdir. Yalnız Səfəvilər Azərbaycan türk dilini tamhüquqlu dövlət dilinə çevirmişlər. Bununla yanaşı, onlar heç bir dilin hüququnu əlindən almamış, heç bir etnosun dilini türkləşdirməmişlər.

Cahid.info

Site Footer